1.5.5.Qırmızı kitablar
Saylarının azalması həyacan doğuran növlərin tədqiqi əsasında nadir
və itən bitki və heyvan növlərinin siyahısı tərtib olunur. Təbiətin və Təbii
Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq İttifaqın himayəsi altında itmək
təhlükəsi olan müxtəlif heyvan və bitki növlərinin populyasiyalarının
vəziyyəti haqqında məlumatlar olan ―Qırmızı Kitab‖ və ―Qırmızı siyahı‖
çap olunur. ―Qırmızı Kitab‖ ilk dəfə 1963-cü ildə çap olunmuşdur. Onun
1978-1980-ci illərdə buraxılmış 4-cü nəşrinə məməlilərin 226 növ və 70
növaltı, quşların 181 növ və 77 növaltı, sürünənlərin 77 növ və 21 yarım-
növü və s. daxil edilmişdir. Təhlükə altında olan növlərin "Qırmızı siya-
hı"sının sonuncu versiyası 2006-cı ildə hazırlanmışdır. Bu siyahının tutul-
ması üçün meyarlar sonuncu dəfə 2001-ci ildə müəyyən edilmişdir. Bu me-
yarlara görə, növlər bu cür qruplaşdırılır: 1) nəsli kəsilmiş; 2) təbiətdə nəsli
kəsilmiş; 3) kəskin təhlükə altında olan; 4) təhlükə həddində olan; 5) zəif-
ləmiş; 6) təhlükəli həddə yaxın olan; 7) az təhlükəli; 8) az öyrənilmiş;
9) qiymətləndirilməmiş. Ümumdünya Ətraf Mühitin Monitorinqi Mərkəzi
tərəfindən də 1981-ci ildən ―Mərkəzi Qırmızı Kitabı‖ nəşr edilir. Son üç yüz
əlli ildə Yer üzərində 60 növdən çox vəhşi heyvan və demək olar ki, 100 quş
növü itmişdir. Bu siyahı artımı bu gün də davam edir.
40
Azərbaycanın ―Qırmızı Kitabı‖ 1989-cu ildə nəşr edilmişdir. Kitab altı
hissədən ibarət olmaqla itmək təhlükəsində olan növlərin siyahısını ver-
məklə yanaşı, onların biologiyası və hazırkı vəziyyəti haqında məlumatlar
da verir. Azərbaycanda itmək təhlükəsi altında olan 400-ə qədər bitki nö-
vündən 140-ı bu kitaba daxil edilmişdir və s.
Azərbaycanın ―Qırmızı Kitabı‖nın yeni nəşri, təəssüf ki, daha çox
növü əhatə edəcəkdir.
Dostları ilə paylaş: |