1.9.6. Biosferi deqradasiyaya uğradan faktorlar
Ehtimal olunur ki, ilk insana bənzər məxluqlar yaranana kimi təbiətdə
mövcud olan canlı aləm biosferin sabitliyinə mənfi təsir göstərməmişdir. İn-
sanların ən qədim əcdadlarının qalıqları Tanzaniyanın Olduvan vadisində
tapılmışdır ki, onların yaşı 1,7 milyon ildir. İnsanların sayı artdıqca onların
hegemonluğu və təbii tarazlığın pozulmasına təsirləri də artmışdır. Məsələn,
Şimali Amerika preriləri – nəhəng otlaqları 10 min il qabaq yerli hindlilər
meşələri yandırmaqla yaratmışlar. İnsanın biosferə sarsıdıcı zərbəsi onun
kənd təsərrüfatı ilə məşğul olmasından başladı. Haqlı olaraq, belə hesab
edirlər ki, kənd təsərrüfatı dəyişdirən ilkin faktordur. Bu baxımdan Kux-
nixolts-Lordun məşhur reqressiv qanununu yada salmaq lazımdır: sulva-
saltus – aqer. Neolit dövründə Çinin ərazisinin 90%-ni meşələr təşkil edirdi,
hazırda bu rəqəm 5%-ə enib. Dünya sivilizasiyasının beşiyi sayılan Fələstin,
Şimali Suriya, Mesopotomiyadan Şərqi İrana qədər olan sahələrdəki boş
sahələr 10 min il əvvəl bütün il boyu məhsul verən münbit torpaqlar imiş.
Bununla belə, elmin, texnikanın və mədəniyyətin inkişafı həmişə aqrar
sektorun ―çiyinlərində‖ durur, çünki heç bir texniki tərəqqi torpağın verdiyi
nemətlərin hamısını icad edə bilmir və etməyəcək də.
XIII əsrin əvvəllərində baş verən bir çox elmi kəşflər müasir istehsal
sahələrinin və cəmiyyətin inkişafı üçün əsas təkan hesab olunur. Texniki
bitkilərin becərilməsi texnikanın inkişafı ilə əlaqədar olaraq genişləndirilir.
XIX əsrin ikinci yarısında sənaye sahələri daha mürəkkəb və çoxcəhətli
şəkildə inkişaf etmiş və böyük həcmdə tullantılar əmələ gəlmişdir. Müasir
61
insan gündə 1,5-2,5 kq tullantı yaradır, yer kürəsində bir ildə 3,6-4 mlrd.ton
tullantı yaradır.
Ekosferin ayrılmaz hissəsi olan insanların durmadan artımı da bio-
sferin deqradasiyasına səbəb olur. Demoqrafik problem barədə Tomas Mal-
tusun nəzəriyyəsi çoxdan məlumdur. Hələ 1798-ci ildə Maltus göstərmişdir
ki, insanların artımı həndəsi, ərzaq artımı isə riyazi proqres əsasında inkişaf
edir. Lakin Maltus nəzəriyyəsində insanların qida ilə təmin olunmasının
riyazi proqresə tabe olması əsassızdır, çünki istər kənd təsərrüfatı, istərsə də
sənaydə məhsul istehsalı əhalinin artımı ilə əlaqədar deyil. Məsələn, keçmiş
Rusiyada yaşayan əhalnin dörddə üçü kənd təsərrüfatı ilə məşğul olurdusa,
hazırda əhali sayı 2 dəfə artsa da kənd təsərrüfatı ilə məşgul olanlar əhali
sayının dörddə birini təşkil edir və adambaşına istehsal olunan ərzaq 2-3
dəfə artmışdır.
Dünya əhalisinin artması ilə əlaqədar olaraq, bir neçə fərziyyə yaran-
mışdır. Onlardan biri demoqrafik alarmizmdir. Alarmistlərə görə insan
artımı mütləq aclığa, müharibələrə, epidemiyalara, ümumiyyətlə, kütləvi
qırğına səbəb olacaqdır. Maltusun müasir tərəfdarları hətta müharibələri də
bioloji mənşəyə mənsub olan qanunauyğunluq sayırlar: insan artımında
birinci amil sayılan ‖artıq‖ kişilərin məhvi, adamların sayını tənzimləyir.
Başqa bir qrup alimlərə görə insanların artımında ictimai inkişaf da
mühüm faktordur – demoqrafik determinizm. Belə ki, iqtisadi cəhətdən
inkişaf edən cəmiyyətdə əhali artımı şüurlu şəkildə davam edir.
Dostları ilə paylaş: |