Belə ki, təbii ekosistemlərdə suyun infiltrasiyası (süzülməsi) yüksək olub,
səth sularını xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir.
pağın ion mübadiləsini və su saxlama qabiliyyətini artırır. Aqroekosistem-
maddələrin oksidləşməsi və dağılması ila əlaqədar torpaqda kalloidlərin
73
itməsi baş verir. Üzvi maddələrin oksidləşməsi ilə paralel olaraq həm da
intensiv minerallaşma gedir, bu da üzvi maddələrin mütahərrik hissəsinin
xeyli itirilməsinə gətirib çıxarır. Aqroekosistemlərdə oksidləşmə və mineral-
laşma prosesləri bitki örtüyünün sıxlığının azalması və torpağın tem-
peraturunun artması nəticəsində güclənir.
Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosistemə
nisbətən daha qapalı gedir, çünki burada onların böyük hissəsi məhsulla
çıxarılır. Aqroekosistemlərdə torpaqdan qaz halında olan azotun itkisi təbii
ekosistemlərlə müqayisəda xeyli yüksəkdir, bu, denitrifikasiya mikroor-
qanizmlərin yüksək aktivliyi nəticəsində baş verir.
Təbii ekosistemlərdə bitkinin qida elementlərini udma qabiliyyəti,
torpaqda onların mənimsənilmə formalarının əmələgəlmə sürətindən
yüksəkdir. Təbii ekosistemlərin bitkiləri daha çox müxtəlif kök sisteminə
malikdir, bu, onun torpaq profilindən tam istifadəsinə imkan yaradır.
Aqroekosistemlərdə aqrotexnika, həm rütubətdən istifadə effektliyini aşağı
salır, həm da yuyulma prosesi nəticəsində qida maddələrinin torpağın kök
sistemi yerləşən qatından da kənara aparılması təhlükəsi yaranır. Təbii
ekosistemlər üç əsas həyattəminedici funksiya daşıyır (yer, vasitə, şərait).
Onlardan fərqli olaraq aqroekosistemlərdə qida, yem, dərman və xammal re-
sursunun ilkin manbəyi kimi mümkün maksimum miqdarda məhsul əldə et-
mək formalaşır, yəni aqroekosistemin funksiya sı, əsasən, həyat vasitasi
kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstutumlu və təbiəti dağıdıcı aqro-
ekosistemlərin üstünlük təşkil etməsidir.
Aqroekosistemin elmə əsaslanmış təşkili yerli landşafta və bütövlükdə
ərazinin təsərrüfat istifadəsinə adekvat (tam uyğun), səmərəli təbii və təbii-
təsərrüfat infrastrukturunun yaradılmasını nəzərda tutur.
Aqrolandşaftın təşkili təbii komplekslərin konturlarına yaxın olma-
lıdır, bu, aqrolandşaftın optimallaşdırılması ilə yerinə yetirilir. Lakin bu,
ekoloji əsaslanmış aqroekosistemin yalnız görünən hissəsidir. Landşaft -
ekoloji tarazlığı saxlayan kütlə və enerji mübadiləsinin «daxili» prosesləri
daha mürəkkəbdir.
Dostları ilə paylaş: