M ü n d ə r I c a t


  Aqroekosistemlərdə  maddələr  mübadiləsinin  (dövranının)



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə87/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   437
2.1.7.  Aqroekosistemlərdə  maddələr  mübadiləsinin  (dövranının) 

xüsusiyyətləri 

Planetimizdə  kütlə  və  enerji  mübadiləsinə  litosfer,  hidrosfer  və  at-

mosferdə  maddi  və  energetik  çevrilmələrin  və  yer  dəyişmələrin  müxtəlif 

prosesləri  daxildir.  Həyatın  yaranması  ilə  bu  dövran  və  axınlar  intensivlə-

şərək,  biogen  miqrasiyamn  inkişafı  nəticəsində  xeyli  keyfiyyət  dəyiş-

kənliyinə məruz qalmışlar. 

İnsanın  çoxplanlı  istehsalat fəaliyyəti kütlə və enerji mübadiləsi  pro-

seslərinə nəzərə çarpacaq dərəcədə düzəliş verərək, onun ərazi və müvəqqəti 




78 

 

xarakterinə toxunur və dəyişdirir. Aqroekosistemlər, şübhəsiz ki, bu dəyişik-



likdə  bilavasitə  iştirak  edərək  (özü  də  yüksək  dərəcədə),  qisman  maddənin 

dövranının  seyrəlməsinə  səbəb  olur.  Belə  ki,  planetdə  aqroekosistemin 

kimyalaşdırılmasının  təsiri  ilı  azotun  dövranının  seyrəlməsi  nəticəsində  o, 

suda, torpaqda toplanır və təxminən 10 mln. tona qədəri atmosferə qayıtmır. 

Biogen  maddələrin  izafi  toplanması  təbii  suların  çirklənməsinə,  torpaqda 

arzuolunmaz  proseslərin  inkişafına  səbəb  olur.  Kənd  təsərrüfatı  maddənin 

təbii  dövranı  və  enerji  axınını,  onların  intensivliyini  və  yerdayişməsinin 

trayektoriyasını dəyişdirir. Suni sintetik maddələrin, o cümlədən, ksenobio-

tiklərin dövrana daxil edilməsi xüsusilə təhlükəlidir. 

Təbii sistemlərdə qida maddələrinin daxili dövranı, həcminə görə on-

ların atmosferdən daxil olmasından və torpaqdan yuyulma itkisindən çoxdur 

(a  bloku).  Idarə  olunan  (nizamlanan)  kənd  təsərrüfatı  ekosistemində  (b 

bloku)  qida  maddələrinin  yayılması  (paylanması)  dəyişir,  bu,  onların  ilkin 

produsentlərdən  istifadəçilərə  (konsumentlərə)  ötürülməsinin  azalmasında, 

həmçinin  bu  maddələrin  redusentlərə  daxil  olma  rejiminin  sonraki  qanu-

nauyğun dayişməsindaə tazahür olur. 

Aqroekosistemlərdə  belə  vəziyyətin  alınması  pestisidlərdən  istifadə 

edilməsi  və  aqrotexniki  tadbirlərin  aparılması  olmuşdur.  Bu,  torpağın 

sonraki  becarilməsinda  bitki  qalıqlarmm  torpağa  ötürülməsi  redusentlərin 

aktivliyini artırır. Aqroekosistemin idarə olunması (nizamlanması) sayəsin-

də qida maddələrinin adi («konservativ») dövranı dəyişməsi və onun abiotik 

vəziyyətə  keçmaə  sürətinin  yüksəlməsi  müşahidə  olunur.  Aqroekosistem-

lərdə  təbii  sistemlərə  xas  olan  özünütanzimləmə  xassəsi  dəyişir,  bu  isə 

biotik davamlığın aşağı düşməsinə aparır. 

Bütün ekosistemlər təkamül prosesində təşəkkül tapan hərtərəfli (uni-

versal)  təbii  proseslər  -  biogeokimyəvi  tsiklləri  keçməsi  əsasında  fəaliyyət 

göstarir. Homeotaz prinsiplərinə uyğun olaraq, ekosistemi formalaşdıran hər 

hansı  bir  funksional  (fəaliyyətdə  olan)  komponentlərin  aşkar  dəyişməsi, 

digər komponentlərin də əhəmiyyətli dərəcədə dəyişməsinin ilkin səbəbi ola 

bilər;  bu  zaman  sistemin  əvvəlki  daxili  quruluşu  pozulur  (bitki  və  heyvan 

qruplaşmalarının tərkibi, üzvi maddələrin dominantlığı və s.). Belə halda da 

homeostaz  yeni  səviyyəyə  keçirsə,  o  zaman  eksistemin  sabitliyi  saxlanılır. 

Əgar  funksional  (fəaliyyətdə  olan)  komponentlərin  hər  hansı  biri  sıradan 

çıxarsa və ya effektliyini itirarsə, o zaman abiotik faktorların təsiri ilə eko-

sistem dağıla bilər, məsələn, eroziya prosesinin təsiri ilə. 

Ekosistemin  stabil  fəaliyyətina  nail  olmaq  və  deqradasiya  proses-

lərinin  baş  verməsinin  və  inkişafının  qarşısını  almaq  üçün  daima  məqsəd-

yönlü işlər yerinə yetirilməlidir: bioloji məhsuldarlığın xüsusiyyətlərini elmi 

cəhətdən dərk etmək, praktiki fəaliyyətdə məqsədyönlü istiqamət formalaş-



79 

 

dırmaq.  Perspektivdə  suni  törəmələrin  xassələri  təbii  ekosistemlərin  xassə-



lərinə  maksimum  yaxınlaşmasını  təmin  etməlidir,  əslində  bunun  aqrosis-

temdə  kütlə  və  enerji  mübadiləsi  xüsusiyyatlərinə  əsaslanan  aqroekoloji 

həlli tapılmalıdır.

 

Aqroekosistemin  məhsulvermə  prosesi  ayrı-ayrılıqda  təsir  göstərən 



abiotik (yeri, günəş radiasiyası, istilik və su rejimi, mineral qidalanma və s.), 

biotik və antropogen faktorlardan deyil, eyni vaxtda (aparılan) bu faktorlarm 

kompleksindən  asılıdır  (faktorlararası  qarşılıqlı  təsirin  mürəkkəb  kombina-

siyasının  yekunlaşdırıcı  vektörü).  Aqroekosistemin  məhsuldarlığı  insanın 

idarə olunması (nəzarəti) altında becarilən bitki və ətraf muhit arasında mad-

dələr mübadiləsi və enerji çevrilməsi proseslərinin  intensivliyi və istiqaməti 

ilə təmin olunur. Aqroekosistemin bioloji təşkilinin ekosistem səviyyəsi son 

nəticədə idarəetmənin keyfiyyətindən, onun təbiətə  uyğunluq dərəcəsindən 

asılıdır. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin