M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə88/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   437
2.2.

 

Texnogenez Ģəraitində aqroekosistemlərin funksiyalaĢması 

 

2.2.1. Texnogenez  

İnsanlar təbii mühitin maddə və problemlərini fasiləsiz dəyişməklə və 

yenidən  formalaşdırmaqla  özünə  əlverişli  şərait  və  yaşama  mühiti  yaradır. 

Cəmiyyətin  inkişafının  daha  yüksək  pilləsində  mü-hitin  özünün  yenidən 

formalaşması baş verir. Nəticədə hər bir əmək məhsulu insanla təbiətin bir-

gə təsirinin nəticəsi kimi üzə çıxır, cəmiyyətin istehsal gücünün inkişafının 

səviyyəsi isə belə qarşılıqlı təsirin miqyasında əks olunur. İstehsal gücündən 

asılı olaraq təbii-ehtiyyatlar potensialından istifadə genişlənir, ictimai isteh-

sal  təbii  mühitin  ―iştirak‖  dərəcəsi  artır  ki,  nəticədə  təbii  komplekslərə  və 

onların  komponentlərinə  birtərəfli  antropogen  təsirin  daim  güclənməsi  ilə 

şərtlənir. Şübhəsiz ki, belə təsirlərin birbaşa nəticəsi texnogenez prosesinin 

formalaşması və inkişafıdır.  

Texnogenez  –  bu  insanın  istehsal  fəaliyyətinin  təsirindən  təbii  kom-

plekslərin  dəyişməsi  prosesidir.  Biosferin  yenidən  formalaşması  ilə  nəticə-

lənir. Burada çoxsaylı geokimyəvi proseslər baş verir (insanların texniki və 

texnoloji  fəaliyyətinə  bağlı),  bir  çox  kimyəvi  elementlərin  qatılaşması  və 

yenidən qruplaşması, onların mineral və üzvi birləşmələri yaranır.  

İnsanın  sənaye,  kənd  təsərrüfatı  və  digər  çoxplanlı  fəaliyyəti  nəti-

cəsində müxtəlif formalı maddənin böyük həcmdə texnogen miqrasiyası baş 

verir. Bunların çoxu təbii ətraf mühiti çirkləndirir (cədvəl 2.5, 2.6, 2.7). 

Kənd  təsərrüfatının  payına  1970-ci  ildə  39%-dən  çox  tullantı  düşür. 

Bu rəqəm son vaxtlar xeyli artıb. Bunu təbiətin mühafizəsi tədbirlərində nə-

zərə  almaq  lazımdır,  belə  ki,  texnogenez  prosesləri,  bir  qayda  olaraq  ener-




80 

 

getik, sənaye və nəqliyyat təsiri ilə izah olunur. Kənd təsərrüfatı tullantıları 



struktur spesifikasından və onların sonrakı transformasiyasından özünəməx-

susluğu, təbii  komponentlərlə (torpaq, su və b.) birbaşa təsiri çox aktiv baş 

verir. 

           




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin