Əgər “Sifarişçi” vaxtından əvvəl müqaviləyə xitamvermək istəsə, ərizə ilə müəssisənin rəhbərliyinə müraciət etməlidir. Ödəniş (qeydiyyat) tarixindən 7 iş günü sonra yazılan ərizə 4.4-ci bəndə əsasən qiymətləndirilir. Əgər ödəniş (qeydiyyat) tarixindən 7 iş günü ərzində ərizə ilə müraciət olunarsa, bir həftəlik xidmət haqqı çıxılır, qalan məbləğ “Sifarişçi”yə geri ödənilir.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ “Sifarişçi” ödənişi müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə planında göstərilmiş tarixdə ödəməzsə və 7 (yeddi) təqvim günündən artıq gecikdirərsə, “Dinləyici” xəbərdarlıq edilmədən dərslərə buraxılmayacaq.
Dərs cədvəlinə əsasən, dərs saatında müəssisədən kənarda “Dinləyici”nin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüquq pozuntularını (mülki xəta, inzibati xəta və cinayət) törətməsinə görə “Dinləyici”nin özü şəxsən məsuliyyət daşıyır. Müəssisə rəhbərliyi bununla əlaqədar heç bir məsuliyyət və cavabdehlik daşımır.