“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
Azərbaycan Respublikası, AZ 42 00, Lənkəran şəhəri, Qala Xiyabanı 12,
E-mail: magiya_ngo@yahoo.com, Tel.: (+ 994 25) 255 09 04, Mob.: (+ 994 55) 792 44 42
PRESS-RELİZ – 2011
MAGİYA ictimai birliyi 2011-ci il ərzində müxtəlif hökümət və qeyri-hökümət
təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində aşağıdakı layihələri (tədbirləri) uğurla həyata
keçirmişdir:
1.
10-12 fevral “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat
Məktəbi”nin şagirdləri üçün “Yeniyetmə və gənclərin həyat bacarıqlarının
inkişafı” mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak
edən 20 şagirdə təlim ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai
kompüter bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o
cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı,
erkən nikahlar və ailədaxili zorakılıq” haqqında geniş məlumat verilmiş və
sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
2.
17-19 fevral tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin ndə
“Lənkəran Peşə Liseyi” və “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin
müəllim, habelə təlimatçı və tərbiyəçiləri üçün “Həyati Bacarıqların Tədrisi”
mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər bir
müəssisədən 10 nəfər olamqla ümumilikdə 20 nəfər iştirakçıya təlim ərzində
“2010-cu il ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı”
layihəsinin gedişatı ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı, İbtidai
kompüter bilikləri və internet, CV formaları və intervü, zərərli vərdişlər – siqaret
və alkoqolizm, o cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq
əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender,
Tolerantlıq və Stereotiplər” haqqında geniş məlumat verilmiş və sonunda bütün
iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
3.
24 fevral tarixində Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar
Kolleci və Lənkəran Tibb Kollecinin 40-a yaxın tələbələri üçün Lənkəran şəhər
Gənclər və İdman İdarəsinin dəstəyi ilə Lənkəran Gənclər Evində “Xocalı
soyqrımının tanıdılmasında gənclərin səfərbərliyi” adlı dəyirmi-masa təşkil
olunmuşdur.
4.
15 mart tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran
Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat
Məktəbi”nin şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin əməkdaşları ilə
birgə “Lənkəran Gənclər Evində”də “Yeniyetmə və Gənclərin Həyat
Bacarıqlarının İnkişafı” mövzusunda mübadilə görüşü təşkil olunmuşdur.
Görüşdə 30 nəfərdən artıq şagird iştirak etmişdir. İştirakçılara Lənkəran
Məşğulluq Mərkəzi, işə düzəlmə qaydaları və sənədləşmə prosedurları, habelə
şirkətlər və onların elan etdiyi vakansiyalar barədə geniş məlumat verilmişdir.
Bununla yanaşı iştirakçılara habelə CV (Tərcümeyi-hal) və interview (müsahibə)
haqqında ümumi məlumat, eləcə də, bu istiqamətdə müvafiq uğur hekayələrinin
təqdimatları keçirilmişdir.
5.
17-19 mart tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin
şagirdləri üçün “Yeniyetmə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı”
mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 20
şagirdə təlim ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter
bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən
HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar
və ailədaxili zorakılıq” kimi mövzular barədə geniş məlumat verilmiş və sonda
bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
6.
07-08 aprel tarixində “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi
İnternat Məktəbi”nin şagirdləri arasında həyat bacarıqlarının artırılması
istiqamətində İctimai sorğu həyata keçirilmişdir və bu sorğuların əsasında adı
çəkilən müəssisənin yeniyetmə və gəncləri üçün gələcəkdə həyat bacarıqlarının
artırılması istiqamətində müvafiq təbirlərin həyata keçirilməsi
müəyyənləşdirilmişdir.
7.
25-27 may tarixlərində “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi
İnternat Məktəbi”ndə “Lənkəran Məşğulluq Mərkəzi” və “Əqli və Fiziki
Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin müəllim, habelə
təlimatçı və tərbiyəçiləri üçün “Həyati Bacarıqların Tədrisi” mövzusunda 3
günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər iki müəssisədən təmsil
olunan ümumilikdə 20 nəfər iştirakçıya təlim ərzində “2010-cu il ərzində
“Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı” layihəsinin getişatı ilə
əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı, İbtidai kompüter bilikləri və
internet, CV formaları və intervü, zərərli vərdişlər – siqaret və alkoqolizm, o
cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı,
erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender, Tolerantlıq və Stereotiplər”
haqqında geniş məlumat verilmiş və sonunda bütün iştirakçılara müvafiq
sertifikatlar təqdim edilmişdir.
8.
09 iyun tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran
Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat
Məktəbi”nin şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin əməkdaşları ilə
birgə “Lənkəran Gənclər Evi”ndə “Yeniyetmə və Gənclərin Həyat
Bacarıqlarının İnkişafı” mövzusunda mübadilə görüşü təşkil edilmişdir. Görüşdə
40 nəfərə yaxın şagird iştirak etmişdir. İştirakçılara Lənkəran Məşğulluq Mərkəzi,
işə düzəlmə qaydaları və sənədləşmə prosedurları, habelə şirkətlər və onların elan
etdiyi vakansiyalar barədə geniş məlumat verilmişdir. Bununla yanaşı,
iştirakçılara CV (Tərcümeyi-hal), intervü (müsahibə) haqqında ümumi məlumat
verilmiş və bu istiqamətdə müvafiq uğur hekayələrinin təqdimatları keçirilmişdir.
9.
11 iyun tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində 1 günlük dəyirmi-
masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev adına Qarışıq Tipli
Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar
üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin
əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir. Tədbirin əsas
məqsədi 2011-ci il ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı”
layihəsinin gedişatı ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının
keçirilməsindən, layihə ilə bağlı ictimai müzakirələrin aparılmasından və gələcək
fəaliyyət üçün müvafiq təkliflərin hazırlanmasından ibarət olmuşdur.
10.
13 iyul tarixində MAGİYA ictimai birliyinin ofisində dəyirmi-masa təşkil
edilmişdir. Dəyirmi-masanın təşkilində əsas məqsəd ictimai birlik tərəfindən
Lənkəranda həyata keçirilən “Yeniyetmələr üçün həyat bacarıqları” proqramı
çərçivəsində nəşr edilən 200 ədəd yeni məlumatlandırıcı bukletlərin təqdimatı
olmuşdur. Təqdimat zamanı iştirakçılara (QHT və KİV nümayəndələrinə) 2010 və
2011-ci illər ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının
Lənkəranda uğurla reallaşdırılması barədə geniş məlumat verilmişdir.
11.
28-30 iyun və 01 iyul tarixlərində Lənkəran rayonunda “Azərbaycanda QHT-lərə
ictimai münasibət” adlı sosioloji araşdırma aparılmışdır. Həmin araşdırmanın
həyata keçirilməsində əsas məqsəd respublikada fəaliyyət göstərən QHT-lərə
ictimai münasibəti öyrənmək və təhlil etmək, QHT-lərin icra etdikləri layihələrin
sosial təsirini araşdırmaq, ölkədə vətəndaş cəmiyyətinin qurulmasında və sosial-
iqtisadi inkişaf sahəsində QHT-lərin fəaliyyətinə ictimai münasibəti öyrənmək,
eləcə də, hökumət və biznes qurumlarının QHT təsisatlarına münasibəti və onların
qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması sahəsində mövcud vəziyyəti
araşdırmaqdan ibarət olmuşdur. Qeyd edək ki, Lənkəran rayonunda təşkil edilən
sosioloji araşdırma və görüşlərdə ümumilikdə 150 nəfərdən çox respondent iştirak
etmişdir.
12.
19-23 sentyabr tarixlərində “Lənkəran Peşə Liseyi”nin şagirdləri üçün
“Yeniyetmə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı” mövzusunda 5 günlük
təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 25 nəfər şagirdə təlim
ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter bilikləri və
internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HİV/AİDS və
narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili
zorakılıq” kimi mövzular haqda geniş məlumat verilmiş və sonda bütün
iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
13.
24 sentyabr tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində
“Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının yekunu ilə əlaqədar 1
günlük dəyirmi-masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev
adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən
Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq
Mərkəzi”nin əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Tədbirin əsas məqsədi 2010-2011-ci illər ərzində “Yeniyetmələr üçün Həyat
Bacarıqlarının İnkişafı” layihəsinin gedişatı, eləcə də, adı çəkilən layihənin
yekunu ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və
layihə ilə bağlı yekun ictimai müzakirələrin aparılmasından ibarət olmuşdur.
14.
26 sentyabr tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində
“Yeniyetmələr üçün Həyat Bacarıqları” proqramının yekunu ilə əlaqədar
mətbuat konfransı təşkil olunmuşdur. Mətbuat konfransında KİV və QHT
nümayəndələri, eləcə də, ictimai birliyin tərəfdaş təşkilatları olan “Osman
Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki
Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran
Məşğulluq Mərkəzi”nin əməkdaşları iştirak etmişdir. Tədbirin məqsədi 2010-
2011-ci illər ərzində Lənkəranda “Yeniyetmələr üçün Həyat Bacarıqları”
layihəsinin reallaşdırılması, eləcə də, adı çəkilən layihənin yekunu ilə əlaqədar
MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və layihə ilə bağlı
yekun ictimai müzakirələrin KİV-ə təqdim edilməsindən ibarət olmuşdur.
Məlumat üçün qeyd edilməlidir ki, “Yeniyetmələr üçün Həyat Bacarıqları”
proqramı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi (Lənkəran
şəhər Gənclər və İdman İdarəsi) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirmişdir.
Həmin proqramın əsas məqsədi yeniyetmə və gənclərin peşə hazırlığını artırmaq,
onların həyat bacarıqlarını inkişaf etdirmək və yaşadıqları müəssisələri tərk etdikdən
sonra onlara həyatda müstəqil fəaliyyət göstərmələri üçün yardım göstərməkdən
ibarət olmuşdur. Lənkəranda bu layihə çərçivəsində ictimai birliyin tərəfdaş
təşkilatları olan “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə
Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və
“Lənkəran Məşğulluq Mərkəzi”nin şagird, müəllim və işçi heyəti üçün ümumilikdə 3
sosial sorğu, 3 mübadilə görüşü, 3 dəyirmi-masa, 7 təlim kursu və 1 mətbuat
konfransı təşkil edilmişdir. Bütün bu tədbirlər ərzində QHT və KİV nümayəndələri
də daxil olmaqla, tərəfdaş təşkilatların əməkdaşları və şagirdləri həyat bacarıqlarının
inkişafı sahəsində yüksək səviyyədə maarifləndirilmiş və məlumatlandırılmışlar.
MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi,
30 dekabr, 2011-ci il
Dostları ilə paylaş: |