Təbii havalandırma:
Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:
Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranması nəticəsində yaranan havalandırma.
Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma.
Mexaniki havalandırma:
Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Onlar müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.
Tüstüsovurma:
Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.
Tüstüdən müdafiə:
Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binadan/lardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Bundan əlavə hər hansı bir binanın tüstü sovurma sistemləri ilə təchiz edilməsi yanğın söndürən dəstələrə yanğının söndürülməsini və yayılmasını təşkil etməkdə və yanan maddələrin uzaqlaşdırılmasında çox kömək edir.
Dostları ilə paylaş: |