A - sinif yanğınlar: Bərk materiallar (Kağız, taxta, parça, kağız kimi qatı maddə yanğınları).
B - sinif yanğınlar: Maye maddələr (Maye yanacaq, tez alışan kimyəvi məhlullar kimi yanar maddələr).
C - sinif yanğınlar: Qazlar (Metan, propan, LPG (mayeləşdirilmiş neft qazı kimi yanan və partlayıcı qaz) yanğınları).
E - sinif yanğınlar: Elektrik (Elektrik şəbəkəsində baş vermiş yanğınlar).
Yanğın söndürmə cihazları
Yanğınların söndürülməsində yanğın söndürmə cihazlarından geniş istifadə olunur. Yanğın söndürmə cihazlarının müxtəlif növləri olsa da, onların hamısından yanğınların ilkin mərhələsində istifadə edilir. Yanğın söndürmə cihazının tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçilməlidir. Yanğın söndürən cihazlar , tez istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.