Maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən


Dopinqçi 0 2. 504 1 dəqiqədə oxu Sətəm nədir?



Yüklə 29,98 Kb.
səhifə2/11
tarix02.01.2022
ölçüsü29,98 Kb.
#45024
1   2   3   4   5   6   7   8   9   10   11
Setemm

Dopinqçi

0 2. 504 1 dəqiqədə oxu

Sətəm nədir? Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit.

Sağlamlıq –  İş yerlərində işcilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan,sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur. Sağlamlıq xəstəliyin olmamasıdır.

ƏT – Əməyinin Təhlükəsizliyi – Şəxsin ciddi xəsarət alma riskinin olmamasıdır. Yəni yükqaldırma əməliyyatı zamanı yükün altında dayanmaq şəxsin ciddi xəsarət almasına və ölümünə səbəb ola bilər.

ƏMM- Ətraf mühitin mühafizəsi –  Əmək fəaliyyəti iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin çirklənməsi ənə yol verməmək və çirklənmənin qarşısını almaqdır.

SƏTƏM-in iş prinsipləri belədir:

İnsanlara ziyan verməmək

Mülkiyyətə ziyan vurmamaq

Ətraf mühitə ziyan vurmamaq

Bədbəxt hadisələrin qarşısını almaq

Hər bir kəs fövqəladə hallar zamanı idarəetmə prinsipinə uyğun hərəkət etməli,  “SƏTƏM” – in əhəmiyyətini, ” SƏTƏM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli qanunvericiliyin tələblərini, işəgötürənin və işcilərin SƏTƏM – dair öhdəliklərini bilməlidir. Bu halda heçkim nə öz həyatını təhlükəyə atmaz, nə də ətrafdakılara ziyan vura bilməz.



SƏTƏM sahəsində çalışan bütün işcilər və tələbələr iş yerlərində və təcrübə ərazisində təhlükəsizlik prinsiplərinə əməl etməlidirlər. Onlar özlərinin və ətrafdakıların daha az risklə üzləşməsi üçün təlqin olunan bilik və bacarıqlara yiyələnməli və çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə özlərinin və ətrafdakılarının təhlükəsizliklərini sığortalamalıdırlar. Ümumiyyətlə hər kəs ayıq olmalı, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri ərazidə, yolda və s. yerlərdə diqqətsizliyə yol verməməlidir.
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur ( -82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir.

Azərbaycanda illik metan qazı istehsalı 40-45 mln. m3.qaya.

Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir. O, kömürün hasilatı zamanı şaxtalarda yığılaraq hava ilə partlayış təhlükəli qarışıq əmələ gətirdiyindən, onu çox zaman “filiz qazı” da adlandırırlar.

Təbiətdə metan üzvi birləşmələrin parçalanması ilə əlaqədər “metan qıcqırması” adlanan proses nəticəsində fasiləsiz əmələ gəlir, məsələn, bataqlıqların dibində. Bu üzdən onu bəzən “bataqlıq qazı” da adlandırırlar. Ağacların quru qovulması zamanı əmələ gələn qazın tərkibinin də əsas hissəsini metan təşkil edir.

Bərk yanacaqların hidrogenləşdirilməsi zamanı əmələ gələn qazların tərkibinə etan, propan və butanla savayı xeyli miqdarda metan da daxildir. Bunlardan əlavə, daş və boz kömürün yarımkokslaşması zamanı əmələ gələn və istilik əmələgətirmə qabiliyyəti 6000-9000 kal/m3 olan qazların tərkibində yüksək miqdarda metan vardır.

İndiyə qədər istifadə edilməyən daha bir qaz mənbəyi – təmiz metandan ibarət olan tullantı suların qazlarıdır. Üzvi tullantıların ferment parçalanması zamanı əmələ gələn bioqazın tərkibi, əsasən metan və karbon qazından ibarətdir.

PropanPropan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir.

Fiziki xassələri[redaktə | əsas redaktə]

Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu -42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır.

0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir.


Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri də odsöndürən balonlarıdır. Onlardan yanğın sinfinə uyğun olaraq istifadə edilir.

Sulu (A), quru Kimyəvi Tozlu (ABCE), Köpüklü (AB), Karbon dioksidli odsöndürənlərdən isə (BCE) sinifə aid yanğınların söndürülməsində istifadə olunur.


Yüklə 29,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin