Magistr dissertasiyasi



Yüklə 0.77 Mb.
səhifə1/8
tarix19.06.2017
ölçüsü0.77 Mb.
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
NƏSİROVA GÜNEL ADIGÖZƏL qızı
«İNNOVASİYA YÖNÜMLÜ İNVESTİSİYA QOYULUŞLARININ STİMULLAŞDIRILMASI MEXANİZMİNİN HÜQUQİ TƏMİNATI MƏSƏLƏLƏRİ» mövzusunda

MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060404 - “İqtisadiyyat”

İxtisaslaşma: “İqtisadiyyatın hüquqi tənzimlənməsi”


Elmi rəhbər: Magistr proqramının rəhbəri

iqtisad üzrə fəlsəfə doktoru, iqtisad üzrə fəlsəfə doktoru,

dosent S.Z. İSAYEV dosent S.Z. İSAYEV

Kafedra müdiri:

iqtisad elmləri doktoru,

professor F.P. RƏHMANOV


BAKI-2015

MÜNDƏRİCAT

GİRİŞ.............................................................................................................................3

FƏSİL I. İNVESTİSİYA QOYULUŞU VƏ ONUN NƏZƏRİ-METODOLOJİ

ASPEKTLƏRİ................................................................................................ 8

1.1 İnvestisiyanın sosial-iqtisadi mahiyyəti və reallaşdırılması

formaları.................................................................................................... 8

1.2 İnvestisiya qoyuluşunu şərtləndirən amillər və onun

maliyyələşdirilməsi mənbələri..................................................................19

1.3 İnnovasiya yönümlü investisiyaların spesifik

xüsusiyyətləri........................................................................................... 29

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA İNVESTİSİYA

QOYULUŞLARININ REALLAŞDIRILMASININ İQTİSADİ

HÜQUQİ MEXANİZMLƏRİNİN MÜASİR VƏZİYYƏTİ......................37

2.1 Azərbaycanda investisiya qoyuluşlarının reallaşdırılmasının

normativ-hüquqi bazası............................................................................ 37

2.2 Respublikamızda investisiya qoyuluşlarının sahələrarası

strukturunun mövcud vəziyyəti............................................................... 46

2.3 İnvestisiya qoyuluşlarının reallaşdırılmasının prioritetlər.........................60

FƏSİL III. AZƏRBAYCAN RESPUBLİKASINDA İNVESTİSİYA QOYULUŞLARININ

SƏMƏRƏLİ STRUKTURNUN FORMALAŞDIRILMASI VƏ İNNOVASİYA

YÖNÜMLÜLÜYÜNÜN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ... 69

3.1 İnnovasiya yönümlü investisiyanın stimullaşdırılması sahəsində

dövlət tədbirləri........................................................................................ 69

3.2 İnvestisiya qoyuluşlarının səmərəli strukturunun təkmilləşdirilməsi

istiqamətləri............................................................................................. 79

3.3 İnnovasiya yönümlü investisiyanın stimullaşdırılması sahəsində

xarici ölkələrin təcrübəsi ..........................................................................85

NƏTİCƏ VƏ TƏKLİFLƏR........................................................................................94

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR.............................................................98

GİRİŞ

Mövzunun aktuallığı. Müasir şəraitdə istər ayrı-ayrı dövlət və regionların, istərsə də ümumbəşəri problemlərin uğurlu həlli üçün inteqrasiya prosesləri genişlənmiş və müxtəlif regional-iqtisadi bloklar şəklində bütün dünyanı əhatə etməyə başlamışdır. Artıq ayrı-ayrı regionlarda və dövlətlərdə əhalinin rifah səviyyəsi orada mövcud olan təbii sərvətlərin miqdarı ilə deyil, həmin təbii sərvətlərdən beynəlxalq əmək bölgüsünün üstünlükləri nəzərə alınmaqla səmərəli istifadə olunma dərəcəsi ilə müəyyən edilir. Ona görə də beynəlxalq əmək bölgüsü inkişaf etdikcə dünya təsərrüfatı sisteminin müxtəlif həlqələri arasında əlaqələr getdikcə genişlənir. Ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalmış ümumdünya ticarət əlaqələri özünün mühüm əhəmiyyətini saxlamaqla yanaşı, kapital və maliyyənin beynəlxalq hərəkəti müasir mərhələdə daha geniş vüsət almış, təsərrüfat əlaqələrinin inkişafını təmin edən vacib şərtlərdən birinə çevrilmişdir.



Milli iqtisadi inkişafının təcrid olunmuş halda həyata keçirilməsinin qeyri-mümkünlüyü faktı istər-istəməz xarici amillərin tam ciddiliklə nəzərə alınmasını tələb edir. Başqa sözlə, qapalı iqtisadi məkandan dünya təsərrüfatına inteqrasiya edilməsi artıq ümumbəşəri problemə çevrilmişdir. Milli dövlət mənafelərinin birbaşa regional və qlobal mənafelərdən asılılığı isə iqtisadi inteqrasiyanı zəruri bir amilə çevirir. Re­surs­ların məhdudluğu və onlara olan tələbatın durmadan inkişafı istənilən cəmiyyəti xarici resursların ölkəyə cəlb olunması üsullarını axtarmağa məcbur edir. Xüsusən ba­­­zar münasibətlərinə keçid şəraitində müxtəlif layihələrə investisiya qoyuluşu çox bö­yük əhəmiyyətə malikdir. Onsuz əsas istehsal fondlarının təzələnməsi, geniş təkrar istehsalı və onunla əlaqədar rəqabət qabiliyyətli məhsul istehsalı, deməli, ölkənin inkişafının sosial-iqtisadi problemlərinin həlli mümkün deyildir.

Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təla­bat­ı­nın ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsi, ETT-nin nailiyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisiya qoyu­luş­la­rın­dan asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının əhə­miy­yəti və rolu son dərəcə artmış olur.

İnvestisiyanın yönəldilməsi istiqamətlərindən biri kimi innovasiya yönümlü investisiyalar müasir dövrdə xüsusi əhəmiyyətə malikdir. Biliyə əsaslanan cəmiyyətin əsas potensialı insan kapitalıdır. İnsanların yeni bilik yaratmaq və ondan səmərəli istifadə etmək qabiliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən də investisiyalar əsasən insan resurslarının inkişafına yönəldilir. Bu dolayısı ilə davamlı, fasiləsiz təhsilin əhəmiyyətini daha da artırır. Biliyə, informasiyaya əsaslanan cəmiyyətə son zamanlar innovasiya cəmiyyəti deyirlər. İnnovasiya cəmiyyətini yaratmaq isə böyük maliyyə vəsaiti tələb edir. Həmçinin xalq təsərrüfatı sahələrində də innovativ islahat­la­rın aparılması istehsal olunan məhsulların kəmiyyət və keyfiyyətinin artmasına şərait yaradır ki, bu da ixracyönümlü istehsalın inkişafına səbəb olur. Bu da öz növ­bə­sində ölkənin iqtisadi qüdrətinin artmasına səbəb olur.

Мцасир дюврдя игтисади наилиййятлярин ялдя олунмасы щяр бир юлкя иг­ти­са­дий­йа­тынын рягабят габилиййятлилийиндян ящямиййятли дяряжядя асылылыьы данылмаз фактдыр. Бу амил глобал­лаш­ма­нын дяринляшдирйи бир шяраитдя юз ящямиййятини бир даща артыр­маг­да­дыр. Бе­ля ки, йцксяк рягабятгабилиййятли игтисадиййата малик юл­кя­ляр бейнял­халг базара эцж­лц вя даща чох файда ялдя едян субйект кими гошулдуьу щалда, мцвафиг пара­метр цзря зяиф олан юлкяляр ися яксяр щалларда истещлакчы гисминдя иштирак едирляр.

Юлкя игти­садиййатынын рягабятгабилиййятлилийи ися шцбщясиз ки, онун ясасыны тяшкил едян еле­мент­лярин рягабятгабилиййятлилийи иля шяртлянир. Бурада хцсуси диггят йетирилян мягам, игтисадиййатын рягабятгабилиййятлилийинин щансы васитяляр­дян истифадя едилмяси иля т­я­мин олун­ма­сын­дан ибарятдир. Бу бахымдан инновасийа фяалиййяти бцтцн сявиййялярдя юн плана чыхмыш олур. Бейнялхалг базарларда иштирак пайына эюря нисбятян кичик дюв­лят­лярин мцвафиг мяканда иштиракынын дайаныг­лы­лы­ьы­нын тямин олунмасы аспектиндян ися ин­но­ва­си­йа обйектив характер дашыйыр.

Игтисади инкишаф просесляри мцхтялиф дюврляр ярзиндя фяргли амиллярин тясири алтында динамик характер газанмышдыр. Мцасир дюврдя макроигтисади таразлыьын, щямчинин давамлы игтисади инкишафын ясасыны тяшкил едян, ейни заманда истяр бцтов­лцк­дя дювлятин, истярся дя тясяррцфат субйектяляринин рягабят мцбаризясиндя дайа­ныг­лыьыны тямин едян ясас елемент кими мящз инновасийа чыхыш етмякдядир. Беля ки, мцхтялиф сащялярдя ин­но­ва­си­йаларын тятбиг едилмяси васитясиля ямяк мящсулдарлы­ьы­нын сявиййясини йетяринжя йцк­сял­дя билян дювлят, дцнйа базарында рягабят просеси­нин актив иштиракчысына чевриля би­лир. Онун щансы сявиййядя тямин олунмасы ися билаваситя инновасийаларын мяним­ся­нил­мяси сявиййясиндян асылыдыр.

Мювзунун актуаллыьыны шяртляндирян диэяр амил инновасийанын сащибкарлыг фяалиййяти цчцн ясас йаратма габиллиййятиня малик олмасыдыр. Йяни, сащибкарлыг фяалий­йятинин щяйата кечирилмяси бахымындан иряли сцрцлян йени иш тяшяб­бцсц яслиндя бир йенилийин, башга сюзля инновасийанын щяйата кечирилмясиня йю­ня­лик просес няти­жя­синдя мейдана чыхыр. Демяли, инновасийа бир фяалиййят новц кими няинки игтиса­дий­йатын кейфиййят эюстярижиляринин тякмилляшдирилмясиня хидмят едир, ейни заманда йени фяалиййят мцщцтц йарадыр. Бу ба­хым­дан, инвестисийаларын инноваси­йа йюнцм­лц­лцйцнцн тямин олунмасы йолларынын тядгиг едилмяси, щямчинин онун ясасында со­сиал-игтисади ся­мя­ря­лилк проб­лем­ля­ри­нин эениш планда тядгиг едилмяси ишин ана хяттини тяшкил едир. Təhlil edilən mövzu qeyd olunan cəhətlər baxımından müasir dövrdə çox aktualdır.

Тядгигатын нязяри вя методолоъи ясасыны игтисад елминин классикляринин вя мц­асир эюркямли нцмайяндяляринин цмумиликдя инвестисийа гойулушлары, онларын жялб олунмасы, истигамятляринин вя ся­мя­­ря­ли­ли­йи­нин мцяййянляшдирилмяси щаггында ня­зя­ри мцддяалары, Азяр­байжан игти­са­д­чы алим­ля­ри­нин вя практикляринин инвестисийа фяалиййяти сащясиндя елми-тяд­ги­гат ясярляри, щабеля диссертаси­йа ишинин мювзусу иля ялагя­дар Азяр­бай­жан Рес­пуб­ли­­касынын ганунлары, щямчинин щюку­мя­тин бу мюв­зу­йа уйьун мясялялярля яла­гя­дар олараг гя­бул етдийи диэяр норматив-щцгуги акт­лар тяшкил едир.

Тяд­гигатын елми йенилийи цмумиликдя инновасийа йюнцмлц инвестисийа гойулушларыны шяртляндирян амил­лярin системляш­дирилмиш formada təhlili вя мцасир дюврдя onun hüquqi mexanizmlərinin formalaşdırılması зярурилийиnin ясасландырылмası ilə şərtlənir.

Диссертасийа ишинин мягсяди investisiyanın yönəldilməsi istiqamətlərindən biri kimi innovasiya yönümlü investisiyalar щцгуги тянзимлянмяси системиnin xarak­te­rik xüsusiyyətlərini müəyyənləşdirilməsindən və onun формалашдырылмасыnın zərurili­yi­nin əsaslandırılmasından ibarətdir. Ишдя гаршыйа гойулан мягсядя чатмаг цчцн aşağıdakı вязифялярин йериня йетирилмяси нязярдя тутулмушдур:

- investisiyanın mahiyyətini və reallaşdırılması formalarını xarakterizə etmək;

- investisiya qoyuluşunu şərtləndirən amilləri və onun maliyyələşdirilməsi mən­bələrini səciyyələndirmək;

- innovasiya yönümlü investisiyaların spesifik xüsusiyyətlərini müəyyən etmək;

- Azərbaycan Respublikasında investisiya qoyuluşlarının reallaşdırılmasının normativ-hüquqi bazasını araşdırmaq;

- investisiya qoyuluşlarının sahələrarası strukturunun mövcud vəziyyətini təhlili etmək;

- investisiya qoyuluşlarının reallaşdırılmasının istiqamətlərini müəyyən etmək;

- innovasiya yönümlü investisiyanın stimullaşdırılması sahəsində dövlət tədbirlərini xarakterizə etmək;

- investisiya qoyuluşlarının səmərəli strukturunun təkmilləşdirilməsi istiqa­mət­lərini müəyyən etmək;

- innovasiya yönümlü investisiyanın stimullaşdırılması sahəsində xarici ölkə­lə­rin təcrübəsini araşdırmaq.

Dissertasiya ишинин предметини innovasiya yönümlü investisiya qoyuluşları ilə bağlı reallaşdırılan fəaliyyətin tənzimlənməsində hüquqi mexanizmin rolunun müəy­yən­ləş­di­rilməsi təşkil edir. İşin obyekti isə respublikamızda reallaşdırılmaqda olan innova­si­ya yönümlü investisiyalar və müvafiq sahədəki investorların fəaliyyətidir. İşin nəzəri və metodoloji əsasını investisiya qoyuluşları ilə bağlı iqtisadçı alim­lərin müxtəlif istiqamətlərdə apardıqları araşdırmalar və müvafiq sahə üzrə qəbul olun­muş normativ aktlar təşkil edir. Dissertasiya ишиндя анализ, синтез, груп­лаш­дыр­ма, статис­тик, системли тящ­лил, iqtisadi-riyazi мцгайисяли тящлил вя с. тядгигат методларындан исти­фа­дя олунмушдур. Ин­фор­масийа мянбяйи кими ихтисаслашмыш грумларын щеса­бат­ла­рындан, интернет ресурс­ла­рындан вя дювлят статистика комитясинин иллик мяъ­му­я­ляриндян истифадя олун­муш­дур.

Диссертасийа işinin strukturu giriş, üç fəsil, nəticə və təklif hissələrindən iba­rət­dir. İşin giriş hissəsində mövzunun akt­u­al­lığı, predmeti, obyekti, nəzəri-metodoloji əsasları, informasiya bazası və təd­qi­qat üsulları əks etdirilmişdir. Birinci fəsildə in­ves­tisiyanın nəzəri-metodoloji əsas­ları, in­ves­tisiya qoyuluşlarını şərtləndirən amillər, investisiyaların maliy­yə­ləş­di­ril­məsi mən­bə­ləri, innovasiya yönümlü investisiyaların spesifik xüsusiyyətləri, ikinci fəsildə Azərbaycanda investisiya qoyuluşlarının müasir vəziyyətinin təhlili, normativ-hüquqi bazası, investisiya qoyuluşlarının reallaş­dı­rıl­ma­sı istiqamətləri, üçüncü fəsildə isə inves­tisiya qoyuluşlarının səmərəli strukturunun for­malaşdırılması, innovasiya yö­nüm­lü investisiyaların stimullaşdırılması sahəsində dövlət tədbirləri və bu sahədə xarici ölkələrin təcrübəsinə dair araşdırmalar öz əksini tapmışdır.

Dissertasiya işinin sonunda istifadə edilmiş ədəbiyyatların və internet resurs­la­rı­nın siyahısı verilmişdir.

FƏSİL I. İNVESTİSİYA QOYULUŞU VƏ ONUN NƏZƏRİ-METODOLOJİ

ASPEKTLƏRİ

1.1 İnvestisiyanın sosial-iqtisadi mahiyyəti və reallaşdırılması

formaları

Respublikamızın iqtisadiyyatının sürətli inkişafının səbəblərindən birini ölkəyə daxil olan xarici investisiyaların və büdcə gəlirlərinin səmərəli yerləşdirilməsini hesab etmək olar. İnvestisiya siyasətinin uğurla həyata keçirilməsi nəticəsində davamlı iqtisadi artıma nail olunmuş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasın­da nəzərə çarpacaq nəticələr əldə olunmuşdur. İnvestisiya qoyuluşlarının reallaşdırı­lma­sı mürəkkəb bir proses olmaqla ciddi yanaşma tələb edir. Bu baxımdan investisi­ya anlayışını bir iqtisadi kateqoriya kimi nəzərdən keçirmək və onun mahiyyətini araşdırmaq məqsədəuyğun sayılardı.

İqtisadi ədəbiyyatlarda “investisiya” anlayışına yanaşmalar birmənalı deyildir. İnvestisiya latın sözü (“investio”) olub, mənası “geyindirmək”, “örtmək” deməkdir. İngiliscə isə bu terminin (“invest”) bir çox mənaları vardır ki, bunlardan biri də “kapital qoymaq” mənasını verir. Terminoloji şərh bu sözün mənasını qismən də olsa açıqlayır. Təbii ki, investisiya anlayışı adı altında mənfəət və ya sosial məqsədin həyata keçməsini nəzərdə tutan qoyuluşlar əhatə edilir1.

Müasir dövrdə investisiya qoyuluşları Azər­bay­ca­­nın və xarici öl­kələ­rin gör­kəm­li iqtisadçı alimləri tərəfindən ge­­niş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövc­uddur. Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsala müəyyən müddətlərdə, adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasi­bətlərində öz əksini tapır. İnvestisiya qoyuluş­la­rı­na material, əmək və maliyyə məsrəfləri də daxil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul müna­sibət­ləri­nin ən mühüm atribut­la­rın­dan biri hesab edilir. Əsaslı vəsait qoyuluşu dedikdə isə istehsal və qeyri-istehsal sa­hələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fond­ların yaradılmasına, mövcud müəssisələrin genişləndiril­mə­sinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si­lahlandırıl­masına yönəldilən vəsaitin məcmusu başa düşülür. Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha ge­nişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir.

Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və ma­liyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür. İnvestisiyalar istehsal resurslarının artırılmasını və nəticə etibarilə iqtisadi artımın tempini təmin edir. İnvestisiyalar elə kapitaldır ki, onun köməyilə milli sərvət artırılır. İnvestisiya sabaha qoyulan vəsaitdir. Bütün bu təriflər investisiyanın mahiyyətini bu və ya digər səviyyədə əks etdirsə də, adətən onun mahiyyəti hər bir dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktı ilə təsbit olunur. Bu baxımdan Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti haqqında” qanununa (13 yanvar 1995-ci il) əsasən - investisiya mənfəət və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə sərvətlərə isə aşağıdakılar aid edilir:



  • daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıqlar);

  • müvafiq qaydada rəsmiləşdirilmiş intellektual sərvətlər;

  • pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağizlar;

  • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, lakin patent­ləş­di­ril­mə­yən texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş tex­ni­ki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (nou-hau);

  • torpaqdan, sudan və digər ehtiyatlardan, o cümlədən binalardan, qur­ğu­lar­dan və avadanliqlardan istifadə hüquqlari, habelə müəlliflik hüququndan irəli gələn digər əmlak hüquqlari.

Müasir iqtisadi ədəbiyyatlarda geniş yer tapmış «investisiya prosesi» və «əsaslı vəsait qoyuluşunun dövriyyəsi» anlayışının araşdırılmasına geniş yer verilir. Belə ki, əsaslı vəsait qoyuluşunun dövriyyəsi dedikdə, qoy­u­lan vəsaitin ayrı-ayrı mərhələləri üzrə (yəni layihələndirmə, tikinti, ödəmə və s.) hərəkətinin və ya xərcin həyata keçi­ril­mə­sindən başlanan vaxtdan, onun tam qaytarılmasına (ödənilməsinə) qədər olan müd­dət dövr etmə müddəti kimi başa düşülür. İnvestisiya prosesi – layi­hə­lən­dir­mə­dən və ti­kinti mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər keçən müddəti əhatə edir.

İnvestisiya iqtisadiyyatın istehsal və qeyri-istehsal sferalarına uzunmüddətli kapital qoyuluşlarını əks etdirir. İnvestisiyaların yönəldilməsi istiqamətlərini aşağı­da­kı kimi qruplaşdırmaq olar:



  • istehsalin genişlənməsi və modernləşdirilməsinə yönəldilən investisiyalar;

  • istehsal infrastrukturunun yaradilmasina yönəldilən investisiyalar;

  • mal-material ehtiyatlarinin yaradilmasina yönəldilən investisiyalar;

  • sosial infrastrukturunun yaradilmasina yönəldilən investisiyalar;

  • işçi heyətinin hazirlanmasi və yenidən hazirlanmasina yönəldilən inves­ti­siyalar;

  • ETT-yə yönəldilən investisiyalar.

İnvestisiya resursları mahiyyətcə əmtəə olmaqdan əlavə, təkrar istehsalın bütün tsikl və mərhələlərinə xidmət edir. Bununla əlaqədar o xüsusi struktura və qiymətə malik olur. İnvestisiya resursları istənilən formada (pul, qiymətli kağız, layihələr, lisenziyalar, material dəyəri və s.) təqdim oluna bilər. Bu zaman onların qısa müddət ərzində likvidliyi, investisiya pulları olmaq qabiliyyəti təmin olunmalıdır. Başqa sözlə, investisiya resursları milli gəlirin elə bir hissəsidir ki, cəmiyyət onu bilavasitə istehlak etmir, yığıma yönəldir. Bu hissənin dəyəri istehlak mallarının dəyəri ilə deyil, investisiya dəyəri ilə müəyyənləşdirilir. İnvestisiya fəallığının yüksəlməsi üçün əhali gəlirlərinin və yığıma meylliliyin artması mühüm əhəmiyyətə malikdir.

İqtisadi sistemlərdə investisiyaların icra etdiyi əsas funksiyalara əsas kapitalın artımı və keyfiyyətcə təkmilləşdirilməsinin mikro və makro səviyyələrdə təmin olunması, mütərəqqi struktur dəyişikliklərinin dəstəklənməsi, müxtəlif səviyyələrdə istehsalın səmərəliliyinin elmi-texniki nailiyyətlər bazasında reallaşdırılması aid edilir.

İnvestisiyalar bir çox meyarlara görə təsnifləşdirilir. Formalaşma xarakterinə görə avtonom (müstəqil) və indusirovan (asılı) investisiyalar fərqləndirilir. Avtonom investisiyalar faiz dərəcəsindən və ya milli gəlirin səviyyəsindən asılı olmayaraq həyata keçirilir. Avtonom investisiyalardan fərqli olaraq indusirovan investisiyalar milli gəlirin artımından funksional asılıdır və gəlirlərin artması nəticəsində məcmu tələbin ödənilməsinə xidmət edir. İndusirovan investisiyalar cəmiyyətin artan tələbatı ilə əlaqədar olaraq investisiya tələb edən əmtəə və xidmətlərin istehsalına yönəldilir.

İnvestisiya qoyulmuş obyekt üzərində nəzarətin formasından asılı olaraq investisiyanın birbaşa (real) və portfel (maliyyə) investisiyası olmaqla 2 növü fərqləndirilir. Birbaşa investisiyalar - elə kapital qoyuluşudur ki, investora kapital qoyulmuş obyekt üzərində nəzarət imkanı verir. Birbaşa investisiyalar uzun müddətə iqtisadi maraq əldə etmək məqsədilə həyata keçirilir. Bu investisiyalar əsasən şəxsi sahibkar kapitalı ilə əlaqədardılar. Birbaşa (real) investisiyalar aşağıdakı qruplara bölünür:

- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl­dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yö­nəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan inve­s­tisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yara­dıl­masına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl­dilən investisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin ye­rinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investi­siyalar.

Portfel investisiyaları – xarici qiymətli kağızlara qoyulan kapitaldır. Bu investisiyalar investora kapital qoyduğu obyekt üzərində real nəzarət hüququ vermir. Portfel (maliyyə) investisiyaları aşağıdakı qruplara bölünür:

1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.

Birbaşa investisiyaların 90%-i və portfel investisiyaların 97%-i İEÖ-in payına düşür. Əgər 1990-cı ilə kimi dünyada birbaşa investisiyalar üstünlük təşkil edirdisə, 1990-cı ildən sonra portfel investisiyaların həcmi artmağa başlamışdır. Müasir dövrdə isə portfel investisiyaların həcmi birbaşa investisiyaların həcmini ötmüşdür. Belə ki, kapitalın beynəlxalq hərəkətində birbaşa investisiyalar portfel investisiyalardan 2,5 dəfə azdır. BVF-in qəbul etdiyi qaydaya görə, birbaşa investisiyaların xarakterik xüsusiyyəti investorun investisiya qoyulmuş obyektin idarəedilməsində iştirak etməsidir. Bunun üçün isə həmin obyektin səhmlərinin 10%-nə malik olmaq kəfayətdir. Əgər investor idarəetmə prosesində iştirak etmirsə və obyektin səhmlərinin 10%-dən az bir hissəsinə malikdirsə, bu cür investisiyalar artıq portfel investisiyaları hesab edilir. Qeyd edək ki, BVF tərəfindən verilmiş bu tərif şərtidir. Bəzən, investor obyektin səhmlərinin 10%-dən az bir hissəsinə malik olsa da, əgər o, obyektə (müəssisəyə) rəhbərlikdə iştirak edirsə, belə investisiyalar əksər ölkələrdə birbaşa investisiyalara aid edilir.

İnvestisiya ehtiyatları üzərində mülkiyyət formalarına görə aşağıdakı inves­ti­si­ya növləri fərqləndirilir1:

- xüsusi investisiyalar;

- dövlət investisiyalari;

- xarici investisiyalar;

- birgə investisiyalar.

Xarici investisiyaların özlərini də yaranma mənbələri, istifadə olunma xarak­teri, məqsədi, müddəti və digər amillər baxımından aşağıdakı kimi qruplaş­dırmaq olar:

- Yaranma mənbələrinə görə:

A) Dövlət kapitalı dedikdə, (praktikada ona rəsmi kapital da deyilir.) dövlətlərin və ya dövlətlərarası beynəlxalq təşkilatların qərarlarına əsasən xaricə ixrac olunan və ya xaricdən idxal olunan dövlət büdcə vəsaitləri başa düşülür.

B) Özəl kapital dedikdə, xaricdə yerləşdirilən qeyri-dövlət mənbələrinə əsasən formalaşan kapital nəzərdə tutulur. Bura müxtəlif növ investisiyalar, ticarət, banklararası kreditlər və s. aiddir.

- Müddətinə görə: Qısamüddətli, orta və uzunmüdətli qoyuluşlara bölünür.

- İstifadə olunma xarakterinə görə: Sahibkar kapitalı və borc kapitalına bölünür.

- Məqsədinə görə: Portfel investisiyaları və birbaşa investisiyalara bölünür.

Bunlardan başqa xarici investisiya qoyuluşlarının həyata keçirilməsinin də müxtəlif hüquqi formaları vardır ki, onlara da aşağıdakıları aid etmək olar: Birgə müəssisələr (a joint venture), konsessiya (consession), konsorsium (consortium), filialların qeydiyyatdan keçirilməsi (branch), icarə (lease; rent).


: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə