Cədvəl 3.2
Məhsulun material tutumunun təhlili
Sıra
sayı
|
Göstəricilər
|
Plan
|
Hesabat
|
1
|
Məhsul buraxılışının həcmi, min man.
|
80 000
|
80 032
|
2
|
Məhsul istehsalına material xərcləri, cəmi , min man.
|
50 000
|
60 600
|
3
|
Məhsulun material tutumu, man. (sətir 2: sətiri 1
|
0,625
|
0,757
|
Göstərilmiş məlumatlara uyğun olaraq material tutumunun dəyişilməsi 0,132 man. təşkil etmişdir. Hesabat ilində müəssisədə material tutumu səviyyəsi daha yüksək olan məhsulların xüsusi çəkisi artmışdır.
Təhlilin növbəti mərhələsində material ehtiyatlarından istifadənin səmərəliliyinin xüsusi göstəriciləri: xammal və material sərfini əks etirən sahəsində material tutumu, yanacaq tutumu, enerji tutumu və s. göstəricilər öyrənilir.
Material tutumu göstəricisinin birbaşa material xərclərilə qarşılıqlı əlaqəsi aşağıdakı addiliv modellə ifadə edilir: Təhlil prosesində məhsulun ayrı-ayrı növlərinin material tutumu və onun səviyyəsinin dəyişilməsinə təsir edən amillər müəyyən edilir.
Sonrakı təhlil məhsul vahidinə material ehtiyatı sərfinin və xammal və materialların dəyərinin dəyişməsinə təsir edən səbəblərin öyrənilməsinə istiqamətlənməlidir.
Məhsul vahidinə material ehtiyatları sərfi müxtəlif keyfiyyətli materiallardan istifadə edilməsi, materialın bir növünün digərilə əvəz edilməsi, İstehsalın texnikasının və texnologiyasının, material-texniki təchizatın və istehsalın təşkilinin dəyişilməsi, material sərfi normalarının, itkilərin dəyişilməsi və s. hesabına dəyişib bilər, bütün bu səbəblər müvafiq aktlarda öz əksini tapır.
Materialların tədarükü üzrə xərclər onların keyfiyyətindən, qrupdaxili strukturundan, materiallar bazarlarında mövcud vəziyyət, inflyasiya ilə əlaqədar onların qiymətlərinin, nəqliyyat-tədarük xərclərinin artmasından asılıdır.
Material ehtiyatlarından istifadənin səmərəliliyi göstəricilərindən biri material xərclərinin bir manatına düşən mənfəətdir. Onun yüksəlməsi müəssisənin müsbət işini səciyyələndirir. Təhlil prosesində həmin göstəricinin dinamikasını, onun səviyyəsi üzrə planın yerinə yetirilməsini öyrənmək, təsərrüfatlararası müqayisələr aparmaq və mənfəətin həcminin dəyişilməsi səbəblərini müəyyən elmək lazımdır.
Təhlilin digər istiqaməti material ehtiyatlarından istifadənin məhsul istehsalının həcminə təsirinin müəyyən edilməsidir. Bu zaman asılılıq modeli aşağıdakı kimi olur.
MH = MX x MV;
∆MH(mx) = ∆MX x MVpl
∆MH(mv) = M X a x ∆M V
Hesablamanı yalnız nəzərdən keçirilmiş mütləq fərq üsulunun deyil, həm də zəncirvarı yerdəyişmə, indeks, nisbi fərq üsullarının köməyilə də yerinə yetirmək olar.
Dostları ilə paylaş: |