NƏTİCƏ VƏ TƏKLİFLƏR
Aparılan tədqiqat və araşdırmalar məhsulun (iş və xidmətlərin) materialtutumunun təhlili metodikasını təkmilləşdirməyə və onun səviyyəsinin aşağı salınması ehtiyyatlarmı aşkara çıxarmağa əlverişli şərait yarada bilər. Bu məqsədlə tədqiqatın yekunundan acılı olaraq nəticə çıxarılmış və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri təkliflər irəli sürülmüşdür.
Məlumdur ki, tədqiqat prosesi öyrənilən hər bir göstəricinin və amilin hesablanma metodikasının işlənib hazırlanmasından başlanır. İqtisadi ədəbiyyatlarda materialtutumunun hesablanmasının müxtəlif aspektlərdə metodikası təklif edilir. Bu metodikalar içərisində material məsrəflərinin məbləğinin müqayisəli qiymətlərlə istehsal edilmiş məhsulun (iş və xidmətlərin) həcminə nisbəti kimi aparılan hesablama qaydası xüsusi yer tutur. Lakin, hesablamanın bu qayda üzrə apanlması müasir dövrün tələblərinə tam cavab vermir və mənfəətin maksimallaşdırılması prinsipinin tələbləri ilə uzlaşmır. Çünki, ənənəvi qaydada material tutumu müəyyən edilən zaman hesablamaya daxil olunan müqayisəli qiymətlərlə məhsul göstəricisi müxtəlif amillərin təsirini özündə əks etdirmək dərəcəsinə görə satışdan yaranan gəlirlərin məbləğinə nisbətən çevik və yaxud elastik deyildir. Məhsul (iş və xidmətlər) satışından yaranan gəlirlərin məbləği (əlavə dəyər vergisi və aksizlər daxil edilmədən) istehsalın effektivliyinin əsas göstəricilərindən biri sayılan materialtııtumuna təsir edən bütün amillərin təsirini özündə ehtiva edir. Ona görə iqtisadi təhlil prosesində məhsulun (iş və xidmətlərin) materialtutumunu hesablayarkən istehsal prosesində istehlak olunmuş materialların dəyərini məhsul (iş və xidmətlər) satışından yaranan gəlirlərin məbləğinə (ƏDV və aksizlər daxil edilmədən) bölünməsi məqsədəuyğundur. Bunun isə, fikrimizcə nəzəri-metodoloji və tətbiqi baxımından böyük əhəmiyyəti olmaqla bərabər, iqtisadi təhlilin metodikasının təkmilləşdirilməsi üçün irəliyə doğru atılmış bir addım olardı.
Aparılan təhlil işləri göstərir ki, məhsulun (iş və xidmətlərin) dəyişməsinə təsir göstərən əsas amillərin təsiri çox istiqamətli və kompleksdir. Bu amillər son nəticədə öz ifadəsini müəssisənin təsərrüfat fəaliyyətinin son maliyyə nəticəsi sayılan mənfəət göstəricisində, məhsul (iş və xidmətlər) satışından əldə olunan gəlirlərin mütləq məbləğində tapır. Məhz bu baxımdan iqtisadi ədəbiyyatlarda xüsusi qeyd edilir ki, materialtutumu göstəricisinin təhlili metodikasının səmərəliyi onun səviyyəsinə təsir göstərən amillərin müəyyən əlamətlər üzrə təsnifləşdirilməsindən xeyli asılıdır. Məhz buna müvafiq olaraq təhlil prosesində materialtutumunun səviyyəsinə təsir göstərən amilləri “obyektiv və subyektiv”, “intensiv və ekstensiv”, “müəssisənin fəaliyyətindən asılı olan və asılı olmayan”, “daxili və xarici” və s. kimi faktorlar blokuna bölünməsi istifadə edilməmiş daxili ehtiyat mənbələrinin aşkara çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sadalanan amillər içərisində intensiv faktorlar, xüsusilə də elmi - texniki tərəqqi önəmli yer tutur. Ona görə də, tədqiqat prosesində materialtutumu göstəricisi ilə elmi-texniki tərəqqi arasındakı funksional əlaqənin xarakterinin öyrənilməsi iqtisadi təhlilin metodikasının təkmilləşdirilməsi nöqteyi - nəzərindən xüsusi rol oynaya bilər. Göründüyü kimi, müasir bazar münasibətləri şəraitində materialtutumunun (materialveriminin) səviyyəsinə müxtəlif xarakterə malik olan çoxlu sayda amillər təsir göstərir. Amillərin sayı çox olduğundan iqtisadi təhlil prosesində onların təsirini hesablamaq praktiki cəhətdən mümkün deyildir. Ona görə də təhlil zamanı materialtutumunun səviyyəsinə təsir göstərən faktorlar “daxili və xarici” amillər blokuna bölünməklə araşdırılmalı və qiymətləndirilməlidir. Amillərin bu qayda üzrə təsnifatı müəssisənin fəaliyyətindən asılı olan (material məsrəflərinin sərfi normalarının dəyişməsi) və asılı olmayan (qiymət amili) faktorların təsirini müəyyən etməyə imkan verir.
Dissertasiya işində qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, materialtutumu bazar münasibətləri şəraitində material resurslarından istifadənin səmərəliyini xarakterizə edən ən mühüm keyfiyyət göstəricilərindən biridir. Materialtutumunun iki göstəricisindən istifadə olunur:
a) Əmtəəlik məhsulun bir manatına düşən material məsrəfləri (amortizasiyasız);
b) Mühüm növ məhsulların bir vahidinin istehsalına sərf edilən material məsrəfləri.
Bizim fikrimizcə, materiallardan istifadənin səmərəliyini xarakterizə edən materialtutumunun ümumi və xüsusi göstəriciləri sistemi tam deyildir və ona görə də təhlil prosesində istehlak xüsusiyyətli məhsulların hər pul vahidinə düşən material məsrəflərinin xüsusi çəkisi göstəricisindən istifadə obyektiv zərurətə çevrilir. Maşınqayırmada istehlak xüsusiyyətli eynitipli məhsul vahidinə düşən material məsrəflərinin xüsusi çəkisini müəyyən etmək üçün ümumi material məsrəflərinin məbləğini, məhsulun ümumi həcminə (əsas istehlak xüsusiyyətli məhsullar nəzərə alınmaqla) bölmək lazımdır. Deməli, məhsulun materialtutumunun azaldılmasının iqtisadi səmərəliyi məhsul istehsal edən sahələrdə qənaət edilmiş xammal və materialların dəyərində, məmulatın əməktutumunun azaldılmasında, hissə və qovşaqların emalına sərf olunan dəzgah saatların azaldılmasında və bunun nəticəsində maşm və avadanlığın saxlanılması və istismarı xərclərinə edilən qənaətdə öz əksini tapır.
4 . Son illərdə materialverimi göstəricisinin dinamikasında azalma meyli müşahidə olunur. Materiallardan istifadənin səmərəliyini xarakterizə edən digər keyfiyyət göstəricisi olan materialtutumunun səviyyəsində də yüksəlmə meyli hiss olunur. Belə ki, bu göstərici sonrakı illərdə artmışdır. Gələcəkdə onun ardıcıl olaraq aşağı salınması istiqamətində tədbirlər proqramının işlənib hazırlamasını (material resurslarının çatışmazlığı şəraitində bu xüsusilə vacibdir) zəruri edir.
Dostları ilə paylaş: |