Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   2   3   4   5   6   7   8   9   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

A. Sintetik yuyucu 
vasitələr istehsalının 
ilkin baza şərtləri 
1. Kimya sənayesi istehsalının strukturu (Mülkiyyət 
formaları üzrə) 
2. Kimya sənayesi istehsalının strukturu 
3. Kimya sənayesinin əsas istehsal fondlarının 
yeniləşməsi və sıradan çıxması 
4. Kimya sənayesində fond təchizatı və fondverimi 
5. Kimya sənayesinin əsas istehsal fondları 
 
 
 
1.Sintetik yuyucu vasitələr və oxşar məhsulun istehsalı 
2.Sintetik yuyucu vasitələrindən müxtəlif mal qrupları 
üzrə istifadə olunması 
3. Kimyəvi təmizləmə, alt geyimlərin, ağların və s. 
(əhaliyə məişət xidmətlərinin) strukturu 


12 
B.Sintetik 
yuyucu 
vasitələr 
və 
oxşar 
məhsul 
istehsalının 
amil təhlili 
4.Sintetik yuyucu vasitələrin firmalar səviyyəsində 
istehsalı 
5.Pərakəndə mal dövriyyəsinin strukturu və onun 
ümumi həcmində sintetik yuyucu vasitələrin payı 
6.Sintetik yuyucu vasitələr istehsalı 
7.Paltaryuyan maşınların satışı və əhalinin bu 
avadanlıqla təchizi 
8.Sintetik yuyucu vasitələrin və oxşar məhsulun 
qiymətlərinin indeksləri 
9.Sintetik yuyucu vasitələrin və oxşar məhsulun orta 
illik qiymətləri 
Məişət kimya malı olan sintetik yuyucu vasitələrin və ona oxşar məhsulların
istehsalının təhlilinin siyahısını uzatmaq da olar. Amma sintetik yuyucu vasitələrin 
istehsalına təsir edən bütün mövcud olan amilləri bir dissertasiya işidə tədqiq 
etmək çox çətindir. Bununla bağlı təhlil metodologiyasını nəzərə alaraq
tərəfimizdən bütün sistemi əhatə edən əsasları seçmişik. [7] 
Sintetik yuyucu vasitə və ona oxşar məhsulların istehsalının vəziyyətini ilkin 
baza və amil şertleri üzrə tərəfimizdənkonkret təhlil olunub. 
Məişət kimya mallarının istehsalında (yuyucu vasitələr və ona oxşar 
məhsulların) kimya sənayesi mühüm yer tutur. Bu da yuyucu vasitələrin kimyəvi 
tərkibli olmasından irəli gəlir.
Səthi-aktiv maddələr sintetik yuyucu vasitələrin əsas tərkib hissəsi hesab 
olunur və buna görə də həmin vasitələr yaxşı islatma və köpük əmələgətirmə 
qabiliyyətinə malikdirlər.Bu xassələrin olmasıonların yuyuculuq qabiliyyətinə təsir 
etməsinə səbəb olur. Bu maddələr sintetik detergent də adlandırılır. Səthi - aktiv 
maddələrin yuyucu təsirini gücləndirmək üçün sintetik yuyucu vasitələrin tərkibinə 
neytral elektrolitlər və qələvilər, orboksimetilselluloza, alkilol aminlər və bəzi 
başqa maddələr də elave edilir. Bu maddələrçox çirklənmiş parçanı yuyan zaman 
çirk hissəciklərinin yuyulmuş səthə təzədən çökməsinin qarşısını almaqda 
köməklik etmək üçündür.
Məişət kimya mallarının (SYV) istehsalında kimya sənayesi əsas aparıcı 


13 
yer tutur. Bu da məişət kimya mallarının tərkibindən asılıdır. Bildiyimiz kimi 
SYV-in əsas tərkib hissəsi səthi-aktiv üzvi maddələrdir, çünki bu maddələr islatma 
və köpük əmələgətirmə qabiliyyətinə malikdirlər. Bu xassələrin toplumuonların 
yaxşı yuyuculuq təsirinə səbəb olur və hərdən bu maddələrə sintetik detergent də 
deyilir. SYV-in tərkibinə qələvilər, karboksimetilsellüloza, neytral elektrolitlər
alkilol aminlər və başqa müxtəlif maddələr əlava olunur bu əlavələr səthi - aktiv 
maddələrin yuyuculuq təsirini gücləndirmək üçündür. Həddən artıq çirklənmiş 
parçanı yuyarkən çirk hissəciklərinin yuyulmuş səthə yenidən hopmasının, 
ləngiməsinin və ya qarşısının almaqdan ötrü tərtib olunur. Kation aktiv, anion 
aktiv, amfolit maddələr və qeyri-ionogen maddələr səthi-aktivmaddələrə aiddir və 
bu maddələr sintetik yuyucu vasitələrin əsasını təşkil edir. Adları çəkilən bütün 
elementlər kimya sənayesində istehsal edilir. Respublikamızda olan kimya 
sənayesinin fəaliyyətinə nəzər yetirək. [15] 
Cədvəl 3. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin