Industry. Maine: Common Courage Press.
47
Qərəzlilik və ya informasiyanın təhrif edilməsi, alıcının nəzarət problemi. (Bu
anlayış qarşındakını pisləmə strategiyasında istifadə edilər. Əgər birinin
söylədiyi bizə uyğundursa, o adam qərəzli deyil; lakin bizi tənqid edirsə və bu
tənqidi boş çıxarmazsaq, o zaman çürütmə yolu olaraq "qərəzli" deyərək
problemi həll edəcəyik. Bəs mühakimə ilə qərəzlilik arasındakı fərq nədir o
zaman?) Həll: funksional olmayan fikirlərə "qərəzli" deyə qeyri-qanuni
yanaşmaq; effektə maneə törədən tədbirlər gətirilməsi.
Dəyər verməmək və mükafatlandırmadakı yetərsizlik. (Bu səbəblə bir yoldaşını
tərk edə bilərsiniz, bəs işinizi tərk edə bilərsinizmi?) Səy-cəhd, mükafat və cəza
problemi. Həll: maaşlarını artırmadan "ayın işçisi" kimi mükafat mexanizmləri
qurmaq;
"Qiymətini
bilmək",
“dəyər vermək” kimi davranışların
formalaşdırılması, təlqin olunması.
Etibarsızlıq. Alıcıya nəzarət problemi. Həll: İnamın inşası.
Seçimə görə qavrayış, maraq, diqqət, seçimə görə yaxınlaşma və uzaqlaşma.
Düşüncə və davranış idarəsi problemi. Həll: bilik və davranış rəhbərliyi;
qavrayış, maraq, diqqət və seçimlərin reklam, ictimaiyyətlə əlaqələr, xəbər,
əyləncə, oyun kimi vasitələrlə formalaşdırılması və istiqamətləndirilməsi.
Tərəflərdən birində hörmət əksikliyi. Kontrol problemləri. Həll: Hörmət və
möhtərəmlik inşası.
Sözü dəstəkləməyən sözsüz ünsiyyət: Söz və sözsüz arasındakı uyğunsuzluq.
(Əslində, professional bacarıqsızlıq və struktur çatışmazlıq) Ardıcıl,uyğun
ünsiyyət strategiyaları, imic yaratmaq və o imici möhkəmləndirmək problemləri.
Həll: Bədən dili öyrədilməsi və bədən dilindən planlı olaraq istifadə.
Müxtəlif mədəni keçmiş: Dil, inanc, gözlənti, vərdiş, şüur, qavrama fərqliliyi,
cins, irq, gənclik problemləri. Həll: Alıcının mədəni dəyərlərini anlamaq və
nəzarət mexanizmlərini ona görə inşa etmək.
Ucuz/pis/qeyri-kafi dizayn və təqdimat. Marketinq problemləri. Həll: Yaxşı
hazırlanmış diqqətçəkici dizayn və təqdimat.
48
Uyğun olmayan zaman. Strategiya problemləri. Həll: Zamanın idarəsini uyğun
olaraq etmək.
Qeyri-kafi geri-axın. Tələb azlığı, hədəfin məqsədə uyğun davranışda olmaması,
istehlak problemləri. Həll: Kafi və uyğun geri axınını təmin etmək.
Tək tərəfli, bir istiqamətli ünsiyyət və ya ünsiyyətin yoxluğu. Ünsiyyət axınının
idarəsi problemi. Həll: Düz-yatsı təşkilatlanma; effektiv iş təcrübəsi üçün ortaq
anlayış əmələ gətirən iki tərəfli simmetrik ünsiyyət; ünsiyyətin iki istiqamətli
olması üçün geri-axının təmin olunması.
Empatiya məhrumluğu. Alıcını şüur idarəçiliyi ilə əlaqələndirmək/nəzarət
problemi. Həll: Empatiya üzərinə fokuslanma və empatiyanın tərbiyəsi.
Mənfi enerji yaymaq. (Günahlandıraraq və günahkar hissetdirərək) nəzarət
problemi. Həll: müsbət enerji yaymaq.
Səs-küy – şayiə (dedi-qodu): səs-küy mesajın doğru və ya olduğu kimi
alınmasına maneə törədən, mesajın alınması əsnasında, mesaj üzərinə yüklənmiş
pozucu faktorlardır. Bu səbəbdən, şüur idarəçiliyinin müvəffəqiyyətli olması
üçün səs-küyün aradan qaldırılması mütləqdir.
Bürokratik və ya qeyri-kafi funksiya (təşkilati maneə). Bu maneə, dövlət
təşkilatlarını pisləmək üçün istifadə edilir. Həll: özəlləşdirmə; qlobal lokalizm,
(bələdiyyələrə) demokratik-muxtariyyət vermə.
Problemlərə verilən şərhdən və qeydlərdən də aydın olduğu kimi, ünsiyyət
problemləri dedikdə, göndərənin məqsədinə çatmasıylaəlaqədar problemlər nəzərdə
tutulur: ünsiyyət problemləri göndərənin məqsədinin reallaşması məzmununda
baxılır. Bütün bunların mənasıolduqca açıqdır: ünsiyyət problemləri bir tərəfin
(göndərənin) digər tərəfi (alıcını) idarə və nəzarət problemləridir. Bu cür ünsiyyət,
sərbəst bazar, azadlıq, demokratiya və sərbəst informasiya axını kimiifadələrlə
işlədilirsə işlədilsin, bir suverenliyi reallaşdırma ünsiyyətidir.
Təqdim edilən həll üsulları, bir suverenlik məqsədinin və məqsədin həyata
keçirilməsi,davam etdirilməsi və təsirli hala gətirilməsi ilə əlaqədar həllərdir.Bu
həllərdə belə bir təkliflə əsla qarşılaşılmaz: Xoşbəxt işləyən işçi məhsuldardır; bu
49
səbəbdən, ona daha çox ödəniş verin və iş şərtlərini daha humanistcəsinə edin ki,
xoşbəxt olsun, bu səbəbdən effektiv olsun. Bunun yerinə, çox vaxt
işçininxoşbəxtliyinin
təmin
edilməsi
psixoloji
oyunlardan
və
saxtakarlıqlardankeçərək aparılmağa çalışılır. Həll təkliflərinin heç biri "özünüzü
minimumödənişlərlə işləyən işçinin yerinə qoyun; maaşlarını artırın "kimi
açıqlamalar şəklində olmaz; amma işçilərdən daha çox fədakar və məhsuldar olmaları
istənilər.
37
Problemlər informasiya göndərənin məqsədini reallaşdırmaq (təsir) üzərinə
inşaedildiyi üçün və problem də "təsirin önünə çıxan maneələr" olaraq müəyyən
edildiyiüçün,
həll
effektə
maneə
törədən
hər
şeyi
ortadan
qaldırmağaistiqamətlənmişdir. Göndərənlə əlaqədar problemlər yaxşı imic, güvən
vəemosional bağlılıq yaratmaq üçün lazımlı funksiyalarla həll edilir.
Mesaj ilə əlaqədar problemlər "yaxşı və təsirli mesaj hazırlama" ilə həll edilir.
Təsirlimesaj hazırlamaq, insanlarda gerçəklə bağlı imiclər yaradaraq şüur və idrakdan
keçərək davranış rəhbərliyi işidir. Doğrunun, səhvin, yalanın, saxtanın, yaxşının və
pisin "qablaşdırılması" işi. Şirin dillə ilanı yuvasındançıxartmaq üçün "dili
şirinləşdirmək" işi. Yaxşı və təsirli mesaj hazırlamaqda,problem sanki "anlamama və
ya səhv anlama və ya əskik anlama" kimitəqdim edilir.
38
Ünsiyyətdə əlbəttə problemlər və maneələr vardır, çünki ən azı,ünsiyyətlə
həyata keçirilən münasibətlərdə insanların istəkləri, gözləntiləri, ümidləri,məqsədləri
və konkret yer və zamandakı mövqeləri və bütün bunlarla birgə suverenlik və
mübarizə vəziyyətləri və problemləri fərqlidir. Shannon,Weaver, Schramm və Cutlip
kimilərin təqdim etdiyi ünsiyyət problemləri və əngəlləri,bir idarəetmə suverenliyin
davam etdirilməsi qarşısında duran və həll edilməsilazım olan problemlər və
maneələrdir. Bu problemlər və maneələr, şüurvə davranış rəhbərliyi üçün lazımi
araşdırmaların aparılması, strategiyalarınmüəyyən edilməsi, tətbiq olunması, tətbiq
nəticələrinin analiz edilməsi vəqərar verməkdə istifadəsini tələb edir. Əsas
yanaşmaların təməlmaraq sahəsinin “təsir” və təsirin necə təmin ediləcəyi bu
37
Boyer, R. O. ve Morais, H. M. (1965/1980 ). Labor’s untold Story. Newy York: UE.
38
Boyer, R. O. ve Morais, H. M. (1965/1980). Labor’s untold Story. Newy York: UE.
50
səbəblədir. Təsirin və davranışın təbiəti bilinərsə, uğurla istiqamətləndirmə
üçünmexanizmlərin qurulması və tətbiq olunması ehtimalları artacaqdır.
39
Ünsiyyət söz, yazı və görüntü ilə məqsədi reallaşdırmaqdırsa,əlbəttə, məqsədin
reallaşmaması problem deməkdir; həll də təbii olaraqsözü, yazını və görüntünü təsirli
bir şəkildə istifadə edərək məqsədinçöküşünü əngəlləmək olacaqdır. Bu qadağa
cəhdində təbii olaraq vasitənin (sözün, yazının, görüntünün, bədənin) necə istifadə
ediləcəyi əhəmiyyət qazanır. Diqqət etsək, bu azalmada belə problem, insanlar arası
ünsiyyət və bu ünsiyyətinbaş tutması ilə əlaqədardır.
Elektronik idarə olunan raket hədəfini tapıb məhv etdikdə, ünsiyyət baş
tutacaqdır. Yaxşı hazırlanmış və səs-küydən, şayiələrdən təmizlənmiş (mərminin
daşıdığı) mesaj alıcısını tapacaq; "geri-göndərmə", geri-axın ilə (hədəfin məhv
edildiyi görülərək) mesajın doğru anlaşıldığı cavabı alınacaq; istənilən "təsir" təmin
edilmiş olacaqdır. Əslində, bu ünsiyyətlə bəziləri öz məqsədlərini reallaşdırıb
problemlərini həll edərkən, digərləriproblemlərlə üzləşəcəkdir. O zaman, bir insan və
ya insan qrupunun həllolan bir problemi, digər insan və ya insan qrupu üçün problem
kimi qala bilər.
40
Əslində, ünsiyyət problemləri insanlar arasındakı münasibətlər və bu
münasibətlərin təbiətiylə əlaqədar problemlərin bütöv və ayrılmaz hissəsidir. Digərbir
deyimlə, ünsiyyət problemləri insanların və insanlararası istehsal münasibətlərinin
əmələ gətirdiyi problemlərdir. Ünsiyyət problemləri düzgün söz söyləmək, yaxşı
vətəsirli danışmaqvəyazmaq, empatiya ilə davranmaq, bədən dilini təsirli bir
şəkildəistifadə etmək kimi "insan bazarında özünü yaxşı satışa çıxarmaq və təsir
göstərmək" problemideyil. Ünsiyyət problemləri fərdin özünü anlaması və
münasibətlərinitənzimləməsi və həyata keçirməsi ilə əlaqədar subyektiv
problemlərdən ibarətdir.
41
Dostları ilə paylaş: |