3
Giriş
Tədqiqat işi mövzusunun aktuallığı: Müasir dönəmdə qlobal proseslərin
qeyri-müəyyən tsiklik xarakteri təşkilatın yüksələn xətlə inkişafı üçün təsərrüfat
subyektlərindən davamlı əzmkarlıq, perspektiv imkanları dəyərləndirə bilmə
qabiliyyəti və mürəkkəb situasiyalar qarşısında çevik manevretmə bacarığı tələb edir.
Bu da təbii ki, rəhbərlərdən yüksək bilik və səriştə tələb etməklə yanaşı, təşkilat
daxilində işçilərlə kommunikasiyada ünsiyyət formalarının verimli şəkil almasını
xarakterizə edirdi. İdarəetmənin müxtəlif səviyyələrində qəbul edilən qərarların
endogen və ekzogen təsirlərinin qiymətləndirilməsi təşkilatın gələcək fəaliyyətinin
proqnozlaşdırılmasında nəzərə alınmalı olan önəmli məqamlardandır. Ünsiyyətdə
motivasiya əlaqələrinin optimal strukturunu müəyyənləşdirən elementlərin təhlili
əmək fəaliyyəti ilə bağlı düzgün politikanın tətbiqini, effektiv əlaqələndirmə və işçi
heyətinin təşkilat daxilində nizamnamə tələblərinə uyğunlaşmasını şərtləndirir. Bazar
iqtisadiyyatı şəraitində dəyişkən iqtisadi mühitə adekvat olaraq strateji menecment
sistemindən istifadənin yüksəldilməsi çərçivəsində işgüzar münasibətlərdə ünsiyyət
formalarının yeni dalğaları optimizə edilir. İşgüzar mühitdə ünsiyyət metodlarının
mövcud şəraitə manipulyasiya edilmə imkanları və ünsiyyət mədəniyyətinin
kommunikator funksiyası daşıması işçinin faktiki potensialından səmərəli istifadə
edilməsinə təkan verən faktorlardır. Tərəflər arasında düzgün təşkil edilmiş ünsiyyət
son nəticədə bu istiqamətdə yaranan problemlərin həllini açığa qovuşdurmaqla
bərabər yeni əməkdaşlığın qurulması üçün də optimist gözləntilər vəd edir. İşgüzar
ünsiyyət etikası təşkilat daxilində davranış kodeksinə başlıca dəyər qatmaqla,
mənəvi-psixoloji aspektlərin işin gedişatındakı reputasiyasını ahəngdar edir. Tədqiqat
işində ünsiyyət formalarının müasir inkişaf xüsusiyyətlərinin sektora tətbiqi
şəraitində idarəetmə texnologiyalarının yeni strukturunun təkmilləşdirilməsinin
təşkilat səviyyəsində qabaqcıl meyarları öz əksini tapmaqla, mövzunun aktuallığını
kompleks şəkildə əks etdirir.
Dostları ilə paylaş: