İnformasiya funksiyası: Təşkilatla əlaqədar mövzuları anlamaq və ardınca da şüurlu reaksiyalar verə
bilmək, hədəflənən nəticələrə çatmağı bacara bilmək üçün əvvəlcə lazım olan
məlumat, informasiya, mesaj, fikir və şərhlərin bazasına ehtiyac var. Əks təqdirdə
məlumat, informasiya, mesaj, fikir və şərhləri işləmək və təşkilat içində
informasiyanın yayılmasını təmin etmək üçün paylaşımına imkan yaratmaq mümkün
olmacaqdır.
Sosial funksiyası: Təşkilat içində fərdlərin özlərinin təsirli fəaliyyətdə olmalarınıtəmin edən
sosial funksiya yalnız təşkilata bağlılığı və təşkilata qarşı şüuru formalaşdırmaqla
qalmayıb, eyni zamanda,təşkilatdakı fəaliyyətlərə, proseslərə aktiv qoşulmağa təşviq
edir. Elə bu nöqtədə "təşkilat daxili ünsiyyətişçilərin iştirakını təşviq etməkdə həyati
əhəmiyyət daşıyır və yüksəkperformanslı komandalar üçün isə lazımlı bir komponent
olaraq bilinir."
8
Motivasiya funksiyası: Yuxarıda göstərilən yaradılması zərurət kəsb edən mühitin təməllərini
yaratmaq yalnız fərd və təşkilata qarşı fəaliyyətlərin inkişaf prosesinə yardım etməklə
qalmayıb, eyni zamanda, ümumi qəbul görülən hədəflərə çatmağı da asanlaşdırır..
Müzakirə funksiyası: Təşkilat daxilində fərqli fikirlərdən yola çıxaraq mövcud problem və ya
problemlərə qarşı alternativ həll yolları üçün lazım olan mühiti meydana gətirə
bilmək potensialına və bacarığına sahib olmaq lazımdır.
8
Emanuel Camilleri, Project Success: Critical Factorsand Behaviours, England: Gower Publishing Ltd. 2011: 270
13
Təhsil funksiyası: Təşkilat daxilində yalnız bacarıqların inkişafına imkan yaradılması üçün deyil, eyni
zamanda, şəxsiyyətın formalaşmasına kömək göstərilməsi məqsədilə biliyin
artırılmasına imkan yaratmaq şərtdir.