«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


İnteqrativ ( ünsiyyət insanların birləşdirilməsi nəticəsi kimi çıxış edir. )  7



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
X-lilli-G-l-n (2)

6. İnteqrativ ( ünsiyyət insanların birləşdirilməsi nəticəsi kimi çıxış edir. ) 
7. Sosiallaşdırma
8. Özünüifadə funksiyası (ünsiyyət fərdlərin xüsusiyyətlərini və intellektual 
potensialını inkişaf etdirir. ) 
Bütün sadalanan funksiyaların funksionallığı yəni,təşkilatdaxili ünsiyyətin baş 
verməsi işçilərin müəyyən ünsiyyət vasitələrindən istifadə etmələri ilə həyata keçir. 
İşçilər təşkilat daxili ünsiyyətdə informasiya mübadiləsini təmin etmək üçün bəzi 
vasitələrə ehtiyac duyurlar. Təşkilat daxili ünsiyyətdə istifadə olunan ənənəvi 
vasitələr yazılı, şifahi və elektron vasitələr olaraq üç qrupa ayrılır, son dövrlərdə 
inkişaf edən yeni informasiya texnologiyaları, təşkilat daxili ünsiyyətdəəhəmiyyətli 
bir rol oynamağabaşlamışdır. Kompüter şəbəkəsi və internetəəsaslanan yeni 
kommunikasiya texnologiyalarının təşkilat daxili ünsiyyətdəki yeri hər keçən gün 
daha da artmaqdadır. 
1.2. Ünsiyyət informasiya mübadiləsi və qarşılıqlı təsir prosesi kimi 
Bilindiyi kimi ünsiyyət kompleks və zaman alan bir prosesdir, lakin 
informasiya, göndəricilər və alıcılar tərəfindən başa düşülüldüyü təqdirdə tam olaraq 
arzu olunduğu kimi reallaşması mümkündür. Ünsiyyət anlayışı başlı başına bir 
nəzəriyyə olmayıb, eyni zamanda fərdi və qrup davranışları nəzəriyyələrindən 
ibarətdir. Ünsiyyət eyni zamanda psixologiya, sosiologiya, sosial psixologiya, 
antropologiya, siyasi elmlər və psixiatriya kimi nəzəriyyələrlə də əlaqəlidir. Bu 
vəziyyətdə, ünsiyyət dörd təməl nəzəri hissəyə ayrılaraq araşdırılır. Bunlar 
aşağıdakılardır;
 öyrənmə 
 motivasiya 
 qrup fəaliyyəti 
 dinamika 
Öyrənmənin nəzəri əsasını isə 4 ünsür təşkil edir ki, onlar da bir-birilə sıx 
əlaqəlidir. 


15 
 hərəkətə gətirmə qüvvəsi (motiv) 
 xəbərdar etmə 
 reaksiya vermə 
 qüvvətləndirmə 
Bu ünsürlər öyrənməni həyata keçirir. Bir fərdin təcrübəsi, təmin edilməyən 
tələbləri, istəkləri motivlə hərəkətə gətirilir, xəbərdar edilir, simvol və ya digər 
faktorlar bu xəbərdarlıq üçün reaksiyaları meydana gətirir və fərd, bəhs edilən 
hərəkətə gətirmə qüvvəsi nəticəsində fiziki və psixoloji ehtiyaclarını ödəyərək 
öyrənməyi, tələbin reallaşdırılması ilə isə doyumu həyata keçirir. Hərəkətə gətirmə 
qüvvəsi isə, ünsiyyətə fərdin ehtiyaclarının quruluşunu və xüsusiyyətlərini analiz 
etmək və simvollaşdırmanın əhəmiyyətini anlamaqda yardımçı olmaq üzrə iki 
baxımdan təsir etməkdədir. Qrup ünsiyyətinin meydana gələ bilməsi üçün 
kodlaşdırma, dekodlaşdırma və geri ötürülmə (bildiriş) olmaq üzrə üç funksiyanın 
yerinə yetirilməlidir. Bu müddətdə, informer - informasiya verən informasiyanı 
kodlaşdırarır, alıcı isə dekodlaşdırma ilə mesajı qəbul edir və hər hansı bir reaksiya 
verərək informasiyanı geri ötürür.
10
Ünsiyyət prosesi modelinə nəzər salsaq, buradakı 5 əsas elementə diqqət 
etməliyik, bunlar: informasiya ötürücüsü, informasiya kanalı, infarmasiya qəbul 
edən-alıcı, geri ötürülmə və səs-küy (dedi-qodu) elementləridir.
Ünsiyyət prosesində, hər hansı bir fikrini, düşüncəsini və ya ehtiyacını 
çatdırmaq istəyən şəxs, informasiya ötürücüsü adlandırılır. Əslində göndərici 
ünsiyyətin qaynağı yəni, başlanğıc nöqtəsidir. Aparılan araşdırmalar, göndəricinin 
hörmətcilliyi, etibarlılığı artdıqca və daha çox sevildikcə, ünsiyyətin təsirinin də 
artdığını göstərir. Məsələn; göndərənin etibarlılığı və hörməti yüksəkdirsə, bu 
mənbədən gələn informasiya daha asan qəbul edilir və ya göndəricilik – informasiya 
ötürücülüyü işində mütəxəssis, professional biri digər insanların mövqelərini 
dəyişdirməkdə daha təsirlidir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin