8
Fəaliyyət/hərəkət ilə ünsiyyəti qarışdırmaq olmaz. Fəaliyyət qərar vermək və
daha sonra onun tətbiqini tələb edir. Fəaliyyət hər hansı bir ehtiyacı qarşılamaq və bu
ehtiyacla bağlı olan məqsədi reallaşdırmaq üçün həyata keçirilir. Ehtiyacın bioloji və
ya duyğusal və ya sensorolaraq hiss edilməsi, yalnız bioloji və fikri rabitə ilə olur.
Sinir sistemi və neyronlar vasitəsilə həyata keçirilən bioloji ünsiyyətdə, beyin
ehtiyaclardan, tələbatdan xəbərdar olur: məsələn, aclığı hiss edirik; aclığın fərqində
oluruq: Aclığı aradan qaldırmaq və beləcə bioloji varlığımızı davam etdirmək üçün
"yemək yemə" hərəkətini/fəaliyyətini düşünür və qərar verərək beynimizdə planlayıb
təşkil edirik. Bunu, aclığı aradan qaldırmaq üçün fikri, duyğusal, psixoloji və ya fiziki
fəaliyyətlər şəbəkəsi/silsiləsi təqib edir. Bütün bunlar ancaq ünsiyyət vasitəsilə ola
bilər. Belə ki, insanın hər hərəkəti bir-birinə funksional olaraq əlaqəli münasibətlər
sisteminə malikdir.
Ünsiyyət, yalnız insanın fiziki mövcudluğunun deyil, eyni zamanda ictimai
mövcudiyyətin də zəruri şərtidir. Cəmiyyətdə, heç bir insan fəaliyyətinin reallaşması
və bu fəaliyyətin məzmununun mənalandırılması ünsiyyət olmadan təmin edilə
bilməz. İctimai varlıq, insanların həyatlarını birlikdə qurmasını, yaratmasını izah edir.
Beləliklə, sosial varlığın bütün təbii tələbatları, ehtiyacları insanın cəmiyyət
içərisində sosiallaşaraq reallaşdırdığı fəaliyyətlər vasitəsilə qarşılanır. Bu mənada
ünsiyyət, sosiallaşan insanın cəmiyyət içərisində özünü yenidən formalaşdırması
ifadələrindən biridir. Bu vəziyyətdə ünsiyyət, cəmiyyətin yenidən formalaşmasını
təmin edən hər şeyi yaratmaq, qurmaq, davamlılığını təmin etmək, inkişaf etdirmək,
dəyişdirmək ehtimalı olan fiziki və fikri fəaliyyətləri izah edir. Yəni, ünsiyyət, insan
fəaliyyətinin bütöv bir hissəsi olaraq, yaranır, paylanır/yayılır və istifadə olunur; hər
ünsiyyət prosesi ilə əldə edilən nəticə müxtəlif şəkillərdə bölüşdürülür/paylaşılır.
Dostları ilə paylaş: