«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Dos. Dr. Sahavet Gürdal, Halkla İlişkiler ve Yerel Yönetimlerde Uygulamalar



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
X-lilli-G-l-n (2)

 
10
Dos. Dr. Sahavet Gürdal, Halkla İlişkiler ve Yerel Yönetimlerde Uygulamalar, İstanbul: 1997, s.39-40.


16 
Qrafik 1.2.1 
Ünsiyyət prosesi modeli 
Mənbə: Dos. Dr. Sahavet Gürdal,Halklaİlişkiler ve Yerel Yönetimlerde 
Uygulamalar, İstanbul: 1997, s. 40. 
Eyni zamanda, ötürücü danışdığı kimi davranmayan biridirsə, ətrafındakılar ona 
güvənməyəcək və bu vəziyyət inanıcın azalmasına səbəb olacaqdır. Informasiya 
ötürücüsünün uyğun zamanda və şəraitdə uyğun simvollardan istifadə edərək 
düşüncələrini kodlaşdırdıqdan sonra ortaya bir mesaj çıxır və elə bu 
mesaj,informasiya ötürücüsünün və ya kodlaşdırıcının fiziki məhsuludur. Bu mesaj 
həm göndərici, həm də alıcıya aydın olmalıdır. İctimaiyyətlə əlaqələr vəzifəli işçinin 
ictimaiyyətə çatdırmaq istədiyi ismarıcların məqsədinə çata bilməsi üçünhədəf kütlə 
baxımından diqqət çəkici, maraq oyandırıcı, təsir edici və hərəkətə verici qüvvəsi 
olmalıdır. Kanal isə mesajın alıcıya çatdırıldığı yol olaraq göstərilir. 
Kanal, göndərici ilə alıcı arasında bir bağ rolunu oynayır. Ünsiyyət kanalları 
beş duyğu orqanı (görmə, eşitmə, toxunma, dadma və iyləmə) kimi fiziki, telefon 
sistemindəki kimi mexaniki və müəssisələrdə formal və informal kanallardan 
ibarətdir. Burada vacibməqam, ünsiyyət kanalı seçilərkən bir neçə kanaldanistifadə 


17 
etməkdən əlavə, ünsiyyətin təsirli fəaliyyətini təmin edəcək kanal və ya kanalları 
seçməkdir. Bununla əlaqədar olaraq, sürət, xərc və təsir kimi faktorlar da nəzərə 
alınmalıdır. 
Ünsiyyətprosesi modelindeki alıcıyanəzər yetirdikdə, qəbul etmək, kodun 
açılması, anlamaq və dəyişmək (reaksiya) mərhələlərindən ibarət olduğu görülür. 
Ünsiyyətin bu mərhələlərində, alıcı mesajı aldıqdan sonra kodunaçılmasını 
reallaşdıraraq, nişanlarla müəyyən mənalar çıxarır. Bu mərhələdə, əgər alıcının 
mesajdan qəbul etdiyi, göndəricininkindən fərqli isə ünsiyyət uğursuz olacaqdır. 
Alıcı, mesajın kodunu həll edib (açıb), ona müəyyən bir məna yükləyərkən öz 
anlayış, qabiliyyət və maraqlarına uyğun bir qiymətləndirmə verir. Buna görə də, 
alıcının ünsiyyətinin müvəffəqiyyəti onun qərəzlərdən uzaq və obyektiv bir şəkildə 
mesajı qiymətləndirməsinə bağlıdır. Burada alıcıya, yəni, hədəf kütləsinə diqqət 
etsək, çox fərqli şəxs və qruplar meydana gəldiyini görə bilərik. 
Burada işçi qruplarını, müəssisə personalı və ya müəssisə xaricindəki şəxs və 
təşkilatlar olmaq üzrə iki qrupa ayırmaq olar. İşçi personalına istiqamətlənən 
ictimaiyyətlə əlaqələrdə, hədəf kütlə, müəssisə daxilində rəhbərlikdən başlayaraq 
təmizlik işçilərinə qədər bütün personalı əhatə edir. Müəssisə xaricindəkişəxs və 
təşkilatlara aid ictimaiyyətlə əlaqələrdə, müəssisənin ətrafında yer alan və müəssisə 
ilə birbaşa və ya dolayı əlaqədə olan şəxs və təşkilatlarla (müştərilər, ictimai qurum 
və təşkilatları, assosiasiyalar, fondlar, peşə təşkilatları, rəqib müəssisələr, ümumi 
olaraq digər xalq seqmentləri ilə ) əlaqədar ünsiyyət prosesidir. Ünsiyyət vasitələri isə 
ünsiyyətin ən əhəmiyyətli ünsürü sayılır. Çünki, ünsiyyət alıcının, göndəricinin 
mesajına bir növ cavabıdır. Ünsiyyət vasitələri sayəsində göndərici mesajın alınıb 
alınmadığını və doğru bir şəkildə şərh edilib edilmədiyini öyrənmək fürsəti əldə edir. 
Ünsiyyət vasitələri müsbət ya da mənfi ola bilər. 
Müsbət göndəricinin məqsəd qoymuş olduğu təsirə çatdığını, mənfi isə alıcı 
üzərində istənilən təsiri və buna bağlı olaraq ünsiyyət prosesininbaş tutmadığını 
göstərir. Səs-küy (maneə) isə bütün ünsiyyət prosesini çətir kimi qucaqlayan bir 
ünsürdür. Səs-küy (maneə), ünsiyyətin doğruluğunu və etibarlılığını azaldan hər hansı 


18 
bir şey olaraq müəyyənləşdirilir. Mesajın çatdırılmasında səs-küy səbəbiylə məlumat 
itkisi meydana gəlir. Burada təsvir olunan rəsim və alıcı, bir şeyi anlamaq və izah 
etməkdən məhrumdursa, burada səs-küyün varlığından şübhə edilə bilər. Ayrıca, bir 
fikir uyğun işarələrlə çatdırılmırsa, yenə səs-küy, şayiə kimi maneələr ortaya 
çıxacaqdır. Səs-küy, fiziki, ictimai-psixoloji (fərdi) və semantik olmaq üzrə üç ana 
qrupda araşdırılır. Fiziki maneələr, beş duyğu orqanındakı hər hansı bir pozuqluq, 
kanallardakı mexaniki qəza, danışma və yazma vasitələrinə təsir edən texniki 
pozuqluqlar kimi mesajın göndərilməsi və ya alınmasına maneə törədən və ya effekti 
azaldan ekoloji faktorlardır. 
Sosial psixoloji maneələr isə, mühakimə edir, duyğular, şəxsi məqsədlər və 
insanların ictimai dəyərlərindən qaynaqlanır. Son olaraq, semantik maneələr isə 
ünsiyyətdə irəli sürülən fikrin kodlaşdırılmasında istifadə edilən işarələrlə 
əlaqədardır. Bilindiyi kimi, nişanlar çox zaman birdən çox məna daşıyır və hətta 
müəyyən işarələr bəziləri üçün fərqli mənalar da daşıya bilər. Yəni deyə bilərik ki, 
alıcı və göndəricinin kəsişmə sahəsi olan ortaq təcrübə sahəsi nə qədər genişdirsə, 
ünsiyyət o dərəcədə təsirli və effektiv olacaqdır. Nəticə olaraq, ünsiyyət prosesində 
əsas olan, fərd və ya qruplarla ünsiyyət qurulmamışdan əvvəl bir fikir yaratmaq və 
daha sonra da bunu alıcıların yaxşı bir şəkildə anlaya biləcəyi şəkildə kodlaşdıraraq, 
ən uyğun ünsiyyət kanalından istifadə edərək çatdırmaqdır, deyə bilərik.
11
Təşkilati ünsiyyət formaları. Təşkilatiünsiyyət, təşkilatın məqsədləri daxilində 
fəaliyyətini təmin etmək üçün, təşkilatı meydana gətirən müxtəlif bölmə ya da 
qruplar və ya təşkilatla onun ətrafı, çevrəsi arasında davamlı olaraq məlumat və fikir 
mübadiləsini təmin edən ictimai bir prosesdir. 
Təşkilati ünsiyyətin fəaliyyəti formal və formal olmayan (informal) üsullardan 
istifadə edilərək təmin edilir. Formal ünsiyyət üsulları şaquli, üfüqi və diaqonal 
ünsiyyət olaraq üç qisimdə araşdırılır. Bu ünsiyyət növü, qaydaların hakim 
olduğu,nüfuzun əsas götürüldüyü bir ünsiyyət növüdür. Formal olmayan ünsiyyət 
11
Gönül Budak ve Gülay Budak, Halkla İlişkiler (Davranışsal Bir Yaklaşım), İstanbul, 1995, s. 56-63. 


19 
növü, adından da aydın olduğu kimi hər bir təşkilat və hər bir şəxs üçün fərqli şəkildə 
həyata keçirilə bilər. Daha çox şəxslərarası ünsiyyətin işləmə şəkli ilə əlaqədardır. 
Formal ünsiyyət. Bir təşkilatın təşkilati quruluşu istiqamətində meydana gələn 
ünsiyyət sisteminə "formal ünsiyyət" deyilir. 
Şaquli ünsiyyət: Şaquli ünsiyyət, iyerarxik pillələr içərisində üst pillələrlə aşağı 
pillələr arasında, yuxarıdan aşağıya və aşağıdan yuxarıya doğru irəliləyən, 
tabeçilikdəkilərin öz vəzifələrini və idarəedicilərin onlardan nə gözlədiklərini 
anlamalarına, rəhbərliyin, idarəedicilərin də tabeçilikdəkilərin ehtiyaclarını və 
şikayətlərini, verilən məlumat və əmrləri necə anladıqlarını və yerinə gətirdiklərini 
öyrənmələrini imkan verən ünsiyyət formasıdır. Bu ünsiyyət formasının iki 
istiqamətli olaraq aşağıdakı kimi ümumiləşdirilməsi mümkündür. 
Yuxarıdan aşağıya şaquli ünsiyyət kanalları: Bu kanallar, ümumi olaraq qayda 
və əmrlərin çatdırılması üçün istifadə edilir və üst pillələrdən alt pillələrə doğru 
genişlənən bir yoldur. Bütün pillələri əhatə etdiyi zaman ünsiyyət yavaş həyata keçir. 
Aşağıdan yuxarıya şaquli ünsiyyət kanalları: Bu kanallarla edilən ünsiyyət, alt 
pillələrin üst pillələrə hesabatlarının, fikirlərinin çatdırılması və ismarıcların əks 
olunması, yansıması və ya geri bildiriş formasında reallaşır. 
Aşağıdan yuxarıya ünsiyyətdə də qısa dövrdə ünsiyyət meydana gələ bilər. 
İdarəçilərin tabeçilikdəkiləri tanıma fürsətini tapdığı aşağıdan yuxarı ünsiyyətdə
məlumat, bacarıqvə qabiliyyətləri istiqamətində işçilərin "qərar vermə prosesinə 
qoşulma" imkanları yaranır. 
Üfüqi ünsiyyət: Təşkilatlarda eyni səviyyədəki bölmə idarəçilərinin və 
tabeçilikdəkilərin ortaq şəkildə bağlı olduqları üst pilləyə müraciəti, ünsiyyət 
qurmaları üfüqi ünsiyyət olaraq adlandırılar. 
Çarpaz (diaqonal) ünsiyyət: Çarpaz ünsiyyət, təşkilatlardakı fərqli 
səviyyələrdəki bölmələrin iyerarxik kanallardan istifadə edərək reallaşdırdıqları 
ünsiyyətdir. Sürətli məlumat axınını təmin etmək, anlamağı inkişaf etdirmək və 
koordinasiyanı təmin etmək üçün istifadə edilir. 


20 
Formal olmayan ünsiyyət. Formalolmayan ünsiyyət, təşkilatın əvvəlcədən 
müəyyən kanallarından keçməyən, müəyyən bir plan çərçivəsindəreallaşmayan, 
işçilər arasında özbaşına, sərbəst formalaşan ünsiyyət növüdür. Bir təşkilatda dedi-
qodu yayğındırsa, otəşkilatın quruluşunda pozuqluq vardır və formal ünsiyyət 
kanalları yaxşı işləmir, deməkdir. Bu cür təşkilatlarda gərəksiz bir çox qruplaşmalar 
meydana gəlir. Bu qrupların öz aralarında və rəhbərliklə toqquşmasına tez-tezrast 
gəlinir. Bugünkü təşkilatlarda formal olmayan qrupların varlığı qəbul edilməli, 
təşkilatın fəaliyyəti və davamı üçün buqrupların məqsədləri təşkilat məqsədilə 
uyğunlaşdırılmalıdır. Formal olmayan ünsiyyət mühitləri müxtəlif qruplarlatəyin 
oluna bilər. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin