«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
X-lilli-G-l-n (2)

İlkin qruplar: Üz-üzə ünsiyyətin əsas olduğu, münasibət və ünsiyyətdə 
dostluq, sevgi bağlarının yüksək olduğu qruplardır. Qrup üzvləri arasındagüvən verici 
əlaqələr qurulur. İlkin qruplar ilkmünasibətləri qoruyub saxlayan, davam etdirən 
qruplardır. Bu qrupda hər kəs "biz" duyğusunamalikdir. Fərdlərarası mədəniyyətlərin 
ötürülməsi prosesininhəyata keçdiyi qruplardır. Ailə, oyun qrupu, yoldaşlıq və 
qohumluq qrupubu xüsusiyyətləri daşıyır. Ilkin qruplarda üzvlər arasında üz-üzə 
ünsiyyət tərzi daha geniş yayılmışdır. 
Orta qruplar: Ilkin qrupun xaricində qalan qruplardır. Bu cür qrup 
nümunələri xüsusilə sənayeləşmiş, şəhərləşmiş cəmiyyətlərdə daha çox rast gəlinir. 
Qrup üzvləri qarşılıqlı ortaq maraqlara görə təşkilatlanmışdır. Üzvlər arasında 
qarşılıqlıöhdəlik və hüquqlarımüəyyənləşdirən şeylər yazılı qanun, qaydalar 
vənizamnamələrdir. Burada qrup üzvləri “biz” hissi ilə deyil, “mən” duyğusuyla 
davranır. Üzvlərin bir-birlərini yaxından tanımadıqları, hətta görmədikləri qruplardır. 
Məsələn, kitabxanadakı oxuyucukütləsi (qrupu) ya da bir avtobusdakı sərnişin qrupu 
ikinci qrupun xarakterlərini daşıyır. 
İş qrupları: Cari olan bir işi etmək, müəyyən bir nəticəni təmin etmək üçün bir 
araya gələn kəslərin yaratdığı qruplardır. 
Qeyri-iş qrupları: İnsanların hər hansı ortaq məqsədlə bir-birinə 
bağlanmadığı, ortaq mənfəətdoğrultusunda münasibətlərin var olmadığı hallarda 


21 
yaranan qruplardır. Şəxsi yoldaşlıq qrupları, əyləncə qrupları kimi və s. bu qruplara 
misal ola bilər. 
Təşkilati ünsiyyətin quruluşu. Təşkilatda fərd yerinə qrup halında fəaliyyətin 
bəzi faydaları vardır, qrup içində qarşılıqlı yanılmaları tarazlayıcı bir mexanizm 
meydana gətirir. Fərdə qarşılıq daha çox məlumat və problem həll etmə yanaşmaları 
meydana gəlir. Eyni zamanda üzvlər arasındakı həmrəylik üzvlər üçün ictimai bir 
dayaq meydana gətirir.Qrupun fəaliyyətini müəyyənləşdirən qrup daxili ünsiyyət 
quruluşunu araşdıran Leavit bu mövzuda apardığıtədqiqatda dörd dəyişik ünsiyyət 
modelinin olduğunu göstərmişdir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin