22
1.3. Tabeçilikdəkilərlə effektiv ünsiyyət qaydaları
Effektiv ünsiyyət, təşkilatlarda həyati bir ünsürdür. Çünki aparılan bir çox
araşdırma, təsirli və effektiv təşkilati ünsiyyətin işə davamiyyətsizliyi, iş yerini
dəyişdirmə nisbətini və şikayətlərini azaltdığını, buna qarşılıq olaraq dafəaliyyətin
motivasiyası,
işin işçini tam qaneetməsi, işin məhsuldarlığını təmin etdiyini və
bunların nəticəsində qazancı artırdığını göstərmişdir.
Effektiv təşkilati ünsiyyət təriflərinin demək olar ki, hamısında vurğulanan bir
başqa məqam da, fərdlərin dəstəkləyici bir mühitdə işləməsinin vacibliyidir. Bu
səviyyədə ünsiyyət qurmağın, qarşımızdakına güvən duyub dəyər verməyin, eyni
şəkildə qarşımızdakının də bizə qarşı açıq olmasını, güvən duyub dəyər verməsini
təmin edəcəyini ifadə edir. Nəticə isə daha yaxşı insan münasibətləri, problemindaha
təsirli həlli və daha yüksək verimlilikdir.
Əməkdaşlıq birmənalı olaraq ünsiyyətdən meydana gəlir. Ünsiyyət isə
məhsuldarlığın və keyfiyyətin təməlidir,
şüurlu bir rəhbərliyin, idarəetmənin zəruri
vasitəsidir. Müəyyən qaydalar və dinamik proseslər çərçivəsində reallaşan təşkilati
ünsiyyətin gözlənilən funksiyalarını vəməqsədlərini bu şəkildə sıralaya bilərik.
Təşkilati ünsiyyət, təşkilatda işçiləri və təşkilatın vahidlərini bir-birinə bağlayan
fundamental bir alt sistemdir. Beləcə, işçilər və vahidlər həm harmonik və həm də
əlaqələndirilmiş şəkildə çalışa bilirlər. Təşkilati ünsiyyət, təşkilatda çalışan
şəxs və
qrupların təşkilatın ortaq məqsədlərini reallaşdırdıqları informasiya mübadiləsidir.
Təşkilatda fəaliyyətin addımlarının davam etdirilməsi, problemlərin həll edilməsi və
yaradıcı gücün formalaşdırılması təşkilati ünsiyyət vasitəsilə reallaşa bilər.
Təşkilatda planlaşdırma, koordinasiya etmə, qərar vermə, motivasiya və
nəzarətin təmin edilməsi üçün təsirli və effektiv təşkilati ünsiyyəti tələb edir.
Təşkilati ünsiyyət təşkilatda iyerarxik pillələrin müəyyən edilməsində və nüfuzun
təmin edilməsində əhəmiyyətli rol oynayır. Daxil olan və ötürülən mesajlar, dəlillər,
məlumatlar və sənədlər təşkilati ünsiyyət qaydaları çərçivəsində saxlanılır, məlumat
və sənəd arxivləri yaradılır.
12
12
Doorley, J &Garcia H F (2011),
Reputation Management, Routledge, NY
23
Təşkilati ünsiyyət təşkilatda işçilərin meydana gətirdikləri kiçik qrupların bir-
biriləri ilə və təşkilatın bütünlükdə sağlam münasibətlər qurmalarında əhəmiyyətli rol
oynayır. Təşkilatın bütövlüyünün və işçilərin aid olmaq duyğularının inkişaf
etdirilməsini təmin edir. Təşkilati ünsiyyət təşkilatda daxili olaraq qarşılıqlı güvənin
və sərbəst məlumat axınının, xarici olaraq da keyfiyyətli
xidmətin və müştəri
marağının qaynağıdır.
Aparılan bir çox araşdırma, tabeçilikdəkilərin idarəedicilərdən məlumat ala
bilmədiyi təqdirdə, informal ünsiyyət şəbəkələrinə müraciət etdiyini göstərir. Dedi-
qodu və şayiələrlə əsas ünsiyyət qaynağı halına gələn bu şəbəkə isə təşkilati inkişafa
təsir edir.
Təşkilat daxili ünsiyyət üçün istifadə edilə biləcək çox sayda vasitə içərisində
ən çox üstünlük verilənlər; təşkilat daxili nəşrlər, qəzetlər, elan lövhələri,
məlumatlandırıcı telefon xidmətidir. Digər informasiya vasitələri
içərisində isə ev
bildirişləri, konfranslar, bəyanatlar, DİA nümayişləri, informasiya filmləri və
videolar, dinamik bildirişlər, səyahətlər, prezentasiyalar, işçilər və yaxınları üçün
təşkil
edilən tədbirlər, sərgilər, ildönümü və xüsusi günlərin qeyd edilməsi,
müsabiqələr, çəkilişlər, sosial, mədəni, idman və yaradıcılıq fəaliyyətləri və s. sayıla
bilər.
Bəzi təşkilatlar, daxili ünsiyyət proseslərinin bəzi parçalarını yaxşı həyata
keçirmələrinə baxmayaraq, hissələri birləşdirmənin və bir-birləriylə bağlantı
qurmanın fürsətlərini yetərincə qiymətləndirə bilmirlər. Bu da daxili ünsiyyət
axınının gözləntiləri xaricində baş verməsinə səbəb olur.
Bir yerdə meydana gələn
problem, başqa bir sahədə də özünü göstərir.
Dostları ilə paylaş: