28
Aranson, E., Wilson, T.D. & Akert, R.M. Social psychology.
43
olunmadıqda qrupun həmrəyliy və liderin nüfuzu aşağı olanda panikanın təsir dairəsi
genişlənir.
Auditoriyanın yaş və cins kateqoriyası psixoloji sirayətin dinamikasına böyük
təsir göstərir. Şəxsiyyətlərin ümumi inkişaf səviyyəsini, xüsusilə, onların mənlik,
eləcə də, əxlaqi şüurunun rolunu da bu baxımdan ayrıca qeyd etmək lazımdır.
Bundan başqa bir mühüm məsələyə də diqqət yetirmək lazımdır.
29
Insanın ontogenik inkişafının maraqlı xüsusiyyətlərindən biri, hisslərin
intellektuallaşması prosesi ilə bağlıdır, yaşı artdıqca, uşağın idrak fəaliyyəti inkişaf
edir, idrak proseslərinin inkişafı zəminində isə onun emisonal həyatında mühüm
dəyişiklər baş verir, uşaq sevinəndə də, ağlayanda da hər şeyə tədricən ağlın gözü ilə
baxmağa başlayır. Hisslərin intelektuallaşması dedikdə, bu xüsusiyyəti nəzərə alırlar.
Elmi-texniki tərəqqi dövründə insanların məlumatlılıq səviyyəsinin artması, şüurluluq
səviyyəsinin yüksəlməsi və s. hisslərin intellaktuallaşması prosesinin daha
intensivləşməsinə səbəb olmuşdur. Bütün bunlar isə, müasir dövrdə psixoloji
sirayətin məzmun və formasına köklü şəkildə təsir göstərmişdir.
Təqlid prosesinin, faktının məntiqi təhlili tamamilə əsaslı olan hər hansı bir
məsələni aydınlaşdırmağı tələb edir. “İnsan kimi nə üçün və necə təqlid edir?” Həmin
sualları aydınlaşdırmaq yolu ilə təqlid faktını şəxsiyyət baxımından təhlil edə bilərik.
Tərbiyə prosesi zamanı həmişə bu üç suala cavab axtarmaq lazımdır. Lakin burada
həmin sualları başa düşmək üçün əhəmiyyətli olan bir ümumi məsələyə diqqəti cəlb
etmək lazımdır, təqlid prosesində həm koqnitiv, həm də affektiv cəhətləri
fərqləndirmək vacibdir. Bunların hər biri təqlid şəraitində özünəməxsus etalon rolunu
oynayır. Bir şəxs adətən başqa bir şəxsdə məhz bu etalonlara müvaviq cəhətləri
gördükdə onu təqlid etməyə başlayır. Koqnitiv və affektiv etalonlar birlikdə insanın
sərvətə olan meyillərini, məsələn, ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və
anlayışlarını əks etdirir. Bir insanda təqlid obyektinə seçici-emosional münasibət
məhz bu zəmində formalaşır. Nəzərə almaq lazımdır ki, koqnitiv və affektiv
etalonlarda fərdin yaş-cins xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özgün
29
N.Z.Çələbiyev, Uşaq psixologiyası B., ADPU, 2005.
44
cəhətlər özünü göstərir. Buna müvafiq olaraq, bütün hallarda yaş-cins fərqləri təqlidin
ən başlıca xarakteristikalarında özünü bütün tam aydınlığı ilə büruzə verir.
30
Insanların bir-birini təqlid etməsi üçün digər şərtlərlə bərabər, onların müəyyən
bir şəraitdə rastlaşması kifayətdir. Bu ən ümumi halda iki halda mümkündür, iki şəxs
bir-biri ilə bir tərəfdən qrupdan kənarda, digər bir tərəfdən qrup daxilində görüşə
bilər. Qrupdankənar şəraitdə, məsələn, bir-birini tanımayan şəxslər bir-birini təqlid
etmək yolu ilə adətən davranış etiketlərini, paltar-geyim modalarını, kosmetik
qaydalarını və s. mənimsəyirlər. Qrup daxilində isə onlar bir-birini qrupun üzvləri
kimi təqlid edirlər və bu yolla qrup normalarını əxlaqi etalonları cins fərqi - kişi və
qadın barədə streotipləri və şablonları mənimsəyirlər. Bu prosesdə bir tərəfdə qrupda
böyük nüfuza malik olan şəxslər, digər tərəfdə təqlidə layiq bədii surətlər mühüm rol
oynayır. Sadəcə bu əlamətə görə təqlidin müxtəlif tiplərini fərqləndirmək olar. Bir
insan başqasını və ya hər hansı bir qrupu təqlid etdiyi kimi, bir qrup da başqasını və
ya başqa bir qrupu təqlid edə bilər. Bir çox hallarda isə, təqlidin əsas istiqamətini
sözün əsl mənasında bədii əsərlər təşkil edir.
Təqlid prosesi ictimai təcrübənin mənimsənilməsi vasitələrindən biridir. O,
ontogenetik inkişafın ilk mərhələlərində xüsusilə böyük əhəmiyyət kəsb edir. Ananın
körpə uşaqla ilk ünsiyyəti, onun təqlid yolu ilə sosial təcrübəni mənimsəməsi üçün
əlverişli şərait yaradır. Yəni, uşaq özündən böyükləri və başqa uşaqları, yaşıdlarını
təqlid etmək vasitəsilə müəyyən əşyalarla hərəkəti, özünüxidmət vərdişlərini,
davranış normalarını mənimsəyir və ən nəhayət, nitqə yiyələnir.
Uşağın yaşı artdıqca, sosial təcrübənin mənimsənilməsində təqlidin də rolu,
əhəmiyyətliliyi dəyişir. Bir tərəfdən emosional təcrübənin mənimsənilməsində oyun,
təlim və əmək fəaliyyətinin əhəmiyyəti artır. Təqlid burada mürəkkəb prosesin ancaq
bir cəhəti kimi meydana çıxır. Digər tərəfdən uşağın bir şəxsiyyət kimi formalaşması
zəminində təqlidin məzmun və formasında mühüm keyfiyyət dəyişikləri baş verir ki,
buradan da bilindiyi kimi, təqlidin müxtəlif yaş qruplarında onun mexanizmləri eyni
30
Андреева Г.М. Социальная психология. Москва 2006.
45
deyildir. Nisbətən yaşlı insanlarda təqlid müəyyən peşə fəaliyyəti sahəsində,
idmanda, incəsənətdə və s.-də öyrənmənin özgün bir ünsürü kimi özünü göstərir.
Bu baxımdan təqlidin iki səviyyəsini ayırmaq məqsədəuyğundur:
-
Birinci səviyyədə, o, kor-koranə xarakter daşıyır və burada daha çox
xarici əlamətlərin təqlidi nəzərdə tutulur. Dilimizdəki yamsılama sözü məhz bu cəhəti
təsbit edir.
-
İkinci səviyyədə təqlidin motivləri köklü surətdə dəyişilir. Onlar insanın
bilavasitə sərvət meyillərini ifadə etməyə başlayır və beləliklə, təqlid daxili təhriklə
şərtlənir.
31
Dostları ilə paylaş: |