Fəsil III. Təşkilatda ünsiyyətin müasir forma və üsullarının yaxşılaşdırılması istiqamətləri 3.1. Rəhbərin peşəkarlıq ünsiyyətini təkmilləşdirməsi və təşkilati mədəniyyət Rəhbərlik. Rəhbərlik, təşkilatlanmış bir qrupun müəyyən bir məqsədi yerinə
yetirmək məqsədi ilə insan davranışlarına təsiretmə fəaliyyətidir.
Bu tərifləri çoxaltmaq mümkündür. Ancaq təriflərin birləşdiyi nöqtələr
ümumiyyətlə eynidir. Ortaq məxrəc vəziyyətindəki meyarlar isə bunlardır:
Müəyyən bir məqsədin olması
Müəyyən bir qrup insanın olması
Bu qrupu istiqamətləndirəcək bir liderin olmasıdır.
Əslində, bir insana bir şeyi etdirmək o qədər çətin deyildir. Onlara, pul mükafatı
və ya yaxşı bir sicil vəd edərək iş gördürülə bilər. Əgər bunlar işə yaramazsa, cəza,
vəzifəsini aşağı salma, işdən qovmaqla təhdid etmək kimi üsullarla da insana işi
gördürə bilər. Onsuz da, idarəçilərin çoxu da bu üsullardan istifadə edir. Burada ən
əhəmiyyətli məqam istəkdir. Mühüm olan bir insana bir şeyi istəyərək etdirməkdir.
Buna görə rəhbərlik, edilməsi lazım olduğuna inanılan şeyi başqasına istəklə
etdirəbilmə sənətidir.
Rəhbər; zəkası, biliyi, bacarığı ilə onu izləyən qrup üzvlərindən daha
qabiliyyətlidir. Bu qabiliyyətləri ilə qrupun etibarını qazanır, qrupun özünə
inanmasına imkan verir və qrupun haqları adına hərəkət edərək onları təmsil edir.
Aparılan bir araşdırmada bir rəhbərdə olmalı olan və əksəriyyət tərəfindən
istənilən xüsusiyyətlər bunlardır:
Dürüst, doğru danışan, etibarlı, xarakterli, inanclı
Rəqabətcil, qabiliyyətli, məhsuldar
Təşviq edici, qərarlı, istiqamətləndirici olaraq sıralanmışdır.
Təcrübədə çox dəyişik xüsusiyyətlər daşıyan rəhbər tiplərinə rast gəlinir. Bu
tiplər rəhbərlik anlayışı və fəlsəfəsinə bağlı olaraq ortaya çıxır. Bu mövzuda edilən
araşdırmanın nəticəsi isəbelədir: