58
İşçilər və rəhbərlər bu qapalı dövrə web şəbəkəsində bir-birləri ilə fotoşəkil və
məlumat paylaşa bilir, təşkilatla əlaqədar düşüncələrini, problemləri,
təklifləri dilə
gətirə bilirlər. Kompüter şəbəkəsi və internetlə birlikdə yaranan yeni ünsiyyət
texnologiyalarına bağlı olaraq ortaya çıxan ictimai media, elektron poçt,
web sayt,
mesajlaşma proqramları, Usenet, intranet, bloglar kimi yeni informasiya vasitələri
indiki vaxtda təşkilat daxili ünsiyyətdə də əhəmiyyətli bir rol daşıyır. Sadalanan yeni
ünsiyyət texnologiyalarına əsaslanan vasitələr təşkilat daxili ünsiyyətdə üstün verilən
modellərə görə liderlik qazanmışdır.
Hər ötən gün daha çox təşkilat, web sayt, Facebook
və ya twitter səhifəsi
yaradaraq kurumla əlaqədar İnformasiya və bildiriş larını işçiləri yla ictimai media
üzərindən paylaşmaqdadır. Digər tərəfdən bu gün demək olar hər təşkilat bir web
sayta sahib hala gəlmişdir. intranet də təşkilatların işçiləri yla ünsiyyəti baxımından
əhəmiyyətli bir funksiya görməkdədir. Digər tərəfdən elektron poçt həm təşkilatın
işçiləri yla həm işçilərin bir-biriylə yazışma, məlumat paylaşmasında zəruri bir
mövqeyə gəlmişdir.
Sosial media, Usenet və mesajlaşma proqramları və bloglar da
işçilərin bir-birləriylə ünsiyyətlərini asanlaşdırır və artırır. Xüsusilə banklar və işçiləri
yla tez telefon danışığı etmək məcburiyyətində olan digər təşkilatlar, VoIP
sistemindən faydalanaraq pulsuz ya da aşağı ödənişli ünsiyyət sistemi qura bilirlər.
Sayılan nümunələr göstərir ki, yeni ünsiyyət texnologiyaları
təşkilat daxili
ünsiyyətdə diqqətə layiq bir rol oynayır. Və bu rolun əhəmiyyəti hər ötən gün daha da
artmaqdadır.