«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
X-lilli-G-l-n (2)

Elektron poçt: İnternet istifadəçisi olan bir şəxs digər bir və ya daha çox 
internet istifadəçisinə bərabər vaxt çərçivəsində deyil, müxtəlif vaxtlarda mesaj, fayl, 
48
Joep Cornelissen, (2011). Corporate Communication A Guide to Theory and Practice, (3. Baskı), London: Sage 
Publications Ltd.2011: 164
49
Aslan, Kemal (2008). Değişen Teknolojiler ve Habercilikte İstihbaratİstanbul: Anahtar Kitaplar 2008: 211- 232


56 
foto, video kimi məzmunların çatdırılmasına imkan verən ünsiyyət vasitəsidir. 
Elektron poçt internet üzərindən insanlar arasında məlumat mübadiləsini təmin edən 
və geniş şəkildə istifadə edilən internet proqramlarından biridir. İnternetə qoşulma 
imkanı olan hər kəs elektron poçt ünvanı əldə edə bilir. Təşkilatlar da işçilərinə 
elektron poçt ünvanı yaradaraq təşkilat daxili informasiya mübadiləsini həyata 
keçirir. 
Web sayt: Bir şəxsdən çoxlu sayda şəxsə qarşı aparılan kütləvi və paralel 
olmayan ünsiyyət vasitəsidir. Web sayt, insanlara ya da təşkilatlara aid olan və 
internet istifadəçiləri tərəfindən əl çatan bir ünsiyyət panosudur. Təsisatlar web sayt 
ilə özlərini təqdim edə, məlumat paylaşa, elanlarıçatdıra bilmək, təşkilat xarici və 
təşkilat daxili ünsiyyət üçün web saytdan faydalana bilirlər. İşçilər və təşkilat xarici 
şəxslər də təşkilatla əlaqədar hadisələri və xəbərləri web sayt üzərindən təqib edə 
bilirlər. 
Mesaj proqramları: Bir şəxsdən digər bir şəxsdən və ya çoxlu saydainsan 
arasında paralel ünsiyyətə imkan tanıyan proqramlardır. Msn Messenger, Yahoo 
Messenger kimi məşhur ani mesajlaşma proqramları qarşılıqlı olaraq qısa mesajlaşma 
və görüntülü danışma imkanı təklif edir. Elektron poçtdan fərqli olaraq mesajlaşma 
proqramları qısa mesajlar şəkildə həyata keçirilir. Bu proqramda insanlar paralel 
olaraq mesajlaşa bilirlər, ancaq bu proqramların yeni versiyaları online olan 
istifadəçinin, online olmayan istifadəçiyə da mesaj göndərməsinə imkan verəcək 
şəkildə yaradılmışdır. Bu zaman alıcı, mesajı sistemə girdiyi anda əldə edə bilir. 
Usenet: E-qrup kimi çoxlu sayda insan arasında reallaşan və paralel/bərabər 
zamanlı olmayan virtual ünsiyyət formasıdır. Müzakirə forumları və xəbər qrupları 
olaraq təyin oluna Usenet ilə istifadəçilər xəbərləri oxuya bilir, yaza bilir və müzakirə 
edə bilirlər. Usenet, internet istifadəçilərinin müxtəlif mövzulardakı xəbərlər, yazı, 
qrafika, foto, proqramlarını paylaşa, hər kəsə açıq bir müzakirə platforması olaraq 
bilinir.
50
50
Http // en.wikipedia.org 


57 
Bloglar: Blog internet gündəliyi mənasını verir. Bloglar, içərisində 
yaşadığımız informasiya çağında, texnologiya məngənəsindəki insanın bir növ özünü 
xaricə vurması və yeni bir ifadə forması olaraq qiymətləndirilir. Bloglar əksəriyyətlə 
yazanların gündəlik təcrübələrini və yaşadıqlarını əks etdirir.
51

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin