61
İkincisi, səlahiyyətli şəxs səlahiyyət haqqından istifadə edilməsi ilə birbaşa
olaraq öz davranışları üzərində, bilvasitə olaraq da başqalarının davranışları
üzərində söz sahibidir.
Üçüncüsü isə, işçiyə istədiyi davranışları etdirə bilməsi üçün səlahiyyətli
şəxs kimi mükafatlandırma və cəzalandırma gücünə sahib olmasıdır.
Üstün (idarəçinin) verdiyi bir əmri tabelikdəkinin (idarə olunan) yerinə
yetirməsi və ya rədd etməsi mümkündür. Tabelikdəki bu iki variant arasında
seçim
etmədən və qərar vermədən əvvəl düşünəcək, qəbul və ya rədd etməklə qazanacaöı
üstünlüklərdən hansının ağırlığı çoxdursa, tabelikdəki o istiqamətdə bir davranış
sərgiləyəcəkdir.
Tabeçilikdəkilər, idarəçinin səlahiyyətlərini
bu səbəblərdən ötrü qəbul
edəcəkdir:
Yaxşı olduğuna inandıqları bir məqsədin reallaşmasına yardım etmək
İş yoldaşlarının müsbət rəyini almaq
Rəhbərləri tərəfindən mükafatlandırılmaq
Əxlaq standartlarına uyğun hərəkət etmək
Məsuliyyət götürməkdən qurtulmaq
İdarəçinin liderliyini bəyəndikləri üçün.
Səlahiyyət ilə vəzifəni qarışdırmamaq lazımdır. Vəzifə, işçilərin etməkdə
məcbur olduqları işlərdir. Səlahiyyət isə işçilərdən
vəzifə ilə əlaqədar işin
görülməsini istəmək haqqıdır. Məsələn, məktəb müdirinin müəllimdən dərsə
girməsini istəməsi müdirin səlahiyyəti, müəllimin dərsə girməsi onun vəzifəsidir.
İntizam. Maddi təşkilati faktorlarda adi və müstəsna şərtlərdən dolayı meydana
gələn itki və zərərlər asanca geri qaytarıla bildiyi halda,
insan vərdiş və
davranışlarından dolayı ortaya çıxan zərər və itkiləri aradan qaldırmaq və arzu edilən
vərdiş və davranışları qazandırmaq son dərəcə çətin bir işdir. Məsələn, xarab olmuş
və ya baxımsızlıqdan dolayı yaxşı işləməyən bir maşın və ya dəzgah təmir edildikdən
ya da qulluq edildikdən sonra istənilən şəkildə çalışacaqdır. Ancaq; nizamı pozan, iş
yeri şərtlərinə uyğun hərəkət etməyən, işə gec gələn və ya davamsızlıqdan dolayı və
62
ya başqa səbəblərə görə iş yeri şərtlərinə uyğun hərəkət etməyən bir adamı bu
intizamsız davranışlardan imtina etdirmək və bunların yerinə o adama uyğun vərdiş
və davranışlar qazandırmaq son dərəcə çətindir.
İntizam, Latın dilində 'birini izləyən' ya da 'birinin arxasından gedən' mənasını
verən "disciple" kökündən törəmişdir. 'Arxasından aparma, özünü təqib etdirmə'
hərəkətlərini isə istedadlı və bacarıqlı bir rəhbər edə bilər. Bu şərhlərdən sonra
intizam anlayışını, şəxsin inanaraq və arzu edərək iş yeri qaydalarına və nizamına
uyğun davranış göstərməsini təmin edən güc olaraq təsvir edə bilərik.
Burada
vurğulanması lazım olan çox əhəmiyyətli bir məqam, şəxsin inanaraq və arzu edərək
iş yeri qaydalarına və təşkilat nizamına riayət etməsi lazım olduğudur. Ətrafına güc
nümayiş etdirən və tabeçilikdəkilərini təhdid edən bir rəhbər bəlkə qısa bir müddət
içində təsirli ola bilər. Tabeçilikdəkilər, təşkilati nizama və iş yeri qaydalarına
görünüşcə uyğun davranış göstərirlərmiş kimi hərəkət edirlər.
Ancaq emosional bir
doyumsuzluq və küskünlük müəyyən bir zaman sonra yerini şüuraltı inciklik və kinə
buraxır.
Dostları ilə paylaş: