66
Daxili ünsiyyətin məqsədlərinə toxunacaq olsaq aşağıdakı kimi başlıca
məqsədləriolduğunu görərik.
57
• "Menecer və işçilər arasında qarşılıqlı güvən mühiti yaratmaq və
məmnunsuzluğu minimum səviyyəyə endirmək.
• Təşkilat daxilində yuxarıdan aşağıya, aşağıdan yuxarıya və üfüqi ünsiyyəti
reallaşdırmaq.
• Bütün işçilərin təşkilata töhfələrini ən üst səviyyəyə çıxartmaq və işlə bağlı
razılığı təmin etmək.
• İşçilərə iş zəmanəti vermək.
• Təşkilat daxilində yaradıcılığı mükafatlandıran iş mühiti yaratmaq.
• Təşkilatın müvəffəqiyyətiylə, işçilərin gözləntilərini bütünləşdirmək.
• Bütün işçilərin təşkilatın gələcəyi barədə nikbin olmasını təmin etmək.
• Işçiləri təşkilatın bir parçası vəziyyətinə gətirmək.
Gilgeous, idarəetmə proqramlarının və təşkilat daxili ünsiyyətin təsirini müəyyən
edən ikifaktordan bəhs edir və bunları xarici və daxili faktorlar olmaqla iki qrupda ələ
alır.
Xarici faktorlar, yeni texnologiya, bazardakı dəyişikliklər, istehlakçıların
gözləntilərindəkidəyişikliklər, keyfiyyət və standartlar, rəqiblərin fəaliyyəti, iqtisadi
dəyişikliklər, dövlət siyasəti və qanunlarıdır. Daxili faktorlar isə idarəetmə fəlsəfəsi,
təşkilati quruluşu, təşkilati mədəniyyət, daxili güc və nəzarət sistemi ilə
əlaqədardırlar.
58
Bundan başqa işçilərlə təsirli ünsiyyət təmin etmək üçün əsas prinsip aşağıdakı
kimi sıralanır.
59
• Əvvəl işçilər məlumatlandırılmalıdır.
• İşəgötürən yaxşı xəbərlər kimi pis xəbərləri də verməlidir.
• Xəbər vaxtında verilməlidir.
57
Dostları ilə paylaş: