67
•İşçilər əhəmiyyətli olduğuna inandıqları mövzularda
mütləq
məlumatlandırılmalıdır.
•İşçilərin güvəndiyi mediadan istifadə edilməlidir.
İşçilərlə ünsiyyət qurma strategiyaları və üsullarını də aşağıdakı kimi
maddələrə ayırmaq olar.
60
• İşçilərin mövqelərini mütəmadi olaraq yoxlamaq
• Ardıcıl olmaq
• Ünsiyyəti şəxsiləşdirilmək
• Dürüst olmaq
• İnnovativ olmaq.
Beynəlxalq təcrübədə üz-üzə ünsiyyətin və mədəniyyətin əhəmiyyəti. Əvvəl də
qeyd etdiyimiz kimi, effektiv ünsiyyətin başlıca qaydası göndərən tərəfindən
hazırlanan mesajın alıcıtərəfindən başa düşülməsidir. Əgər mesajı alan şəxs, mesaja
göndərəndən daha fərqli bir
məna yükləyərsə, o ünsiyyət prosesində problem
qaçınılmaz bir hala gələcəkdir. Fərqli mədəniyyətlərdən olan insanlar arasındakı
ünsiyyət prosesi zamanı isə təbii olaraq daha çox problem yarana bilər. Çünki, fərqli
mədəniyyətlərdən olan insanların ünsiyyətində başda mədəni fərqliliklər olmaqla, bir
çox səbəbdən yanlış anlama, yanlış şərh etmə və qiymətləndirmə ehtimalı artır. Bir
mədəniyyətdən gələn fərdin istifadə etdiyi bir söz, mimika, əl-qol hərəkətləri hətta,
oturuş forması belə başqa bir mədəniyyətdə səhv başa düşülə bilər.
İşçi heyətində bir çox mədəniyyətdən işçinin olduğu beynəlxalq arenada fəaliyyət
göstərən müəssisələrdə, bu cür mədəniyyətlərarası ünsiyyət problemlərin yaşanması
çox təbiidir. Başlanğıcda bəlkə də çox kiçik bir detal
kimi görünən bu problemlər,
zaman keçdikcə uçqun kimi böyüyərək təşkilata böyük zərərlər vere bilir.
61
İş
həyatında istər zaman çatışmazlığından,istərsə də,şəxslərarası məsafəyə görə
problemləri danışaraq həll etmə ehtimalı olduqca azdır. Bu vəziyyəti bu misalla izah
etmək olar:
60
Gürgen, H. (1997).
Örgütlerde İletişim Kalitesi. İstanbul: Der Yayınlarıs. 198
.
61
John R. Schermerhorn, James G. Hunt, Richard N. Osborn,
Managing Organizational Behavior, USA:
JohnWiley&Sons Inc., 1994, s.565.
68
İsmayil bəy daha əvvəlcədən tanışlığı olmayan Belçikalı həmkarını
bir iş
görüşməsi üçün telefonla zəng etmiş və öz mədəniyyətindən olan insanlarla
danışıqlarında dəfələrlə etdiyi kimi heç düşünmədən, ilk əvvəl "necəsiniz?" deyə
soruşmuşdur.
Amma bu dəfə, daha əvvəl heç eşitmədiyi bir cavabla qarşılaşmışdır:
"Sizə nə!". İsmayıl bəy, Belçikalı həmkarının "kobud", "hörmətsiz", "nanəcib"
olduğunu düşünmüş və bir daha bu şəxslə görüşməməyə qərar vermişdir.Əgər
İsmayıl bəyin qarşısındakı şəxs hər hansı bir azərbaycanlı həmkarı olsaydı, alacağı
cavab mütləq fərqli olacaqdı, çünki Azərbaycan mədəniyyətində, insanların bir-
birlərinin xatirini soruşmaları, yaxınlığı, diqqəti simvolizə edən ümumi jestlərdir, hər
nə qədər bəzən qarşımızdakı şəxsdənhal-əhval tutuqdan sonra gələn cavaba qulaq
verməsək də. Belə bir vəziyyətdə, İsmayıl bəy əgər içərisində böyüdüyü cəmiyyətin
mədəni göstəricilərinin onun vərdişlərində əks olunduğunun fərqində olsaydı, böyük
bir
ehtimalla daha elastik, anlayışlı ola billərdi.
62
Saat və zaman anlayışı, mədəniyyətlər arasında fərqli qəbul edilən və iş həyatına
da çox təsir edən bir faktordur. Saat anlayışı insanların iş yerində, şəxsi həyatlarında
və boş zamanlarındakı davranışlarını yön verməkdə əhəmiyyətli bir yerə malikdir.
Qərb mədəniyyətində, müəyyən bir zaman dilimində heç bir şey etməmək, vaxt
sərfiyyatı ilə bərabər tutulur. Boş yerə vaxt xərcləmək
isə qəbul edilməyən və
arzuolunmayan bir haldır. Şərq mədəniyyətində isə, saat vaxtı anlayışı yerinə bioloji
və ya psixoloji zaman anlayışı daha əhəmiyyətli rol oynayır. Yəni, bir işi etməyin
doğru zamanı prinsipi önəmlidir. Müəyyən bir zaman dilimində heç bir şey etməmək,
heç bir şeyin olmadığı mənasını vermir. Əksinə o işi o an etmək yanlış
olacaqdı.Çünki, keçən zaman müddətində hadisə böyüyür yetkinləşir. Məsələn ABŞ-
da zaman "pul" olaraq qəbul edilməkdədir. Bu ölkədə işin hansı yolla, nə qədər
qazanclı zaman müddətində və necə
ediləcəyi əhəmiyyətli ikən; Meksika və ya
Fransa kimi ölkələrdə yalnız nəticə əhəmiyyətlidir. Planlaşdırılan iş, sabahısı günə və
ya daha sonrakı bir günə də ertələnə bilər.
63
62
Dostları ilə paylaş: