88
Nəticə
Müasir şəraitdə istənilən fəaliyyət sahəsində uğur qazanmaq üçün iş həyatında
sağlam ünsiyyət qaçınılmazdır. Bütün dünyada biznes şəraiti iş həyatında sosial
mühitin mövcud olmasını tələb edir. Sosial mühitə uyğunlaşmaq; bilik və
bacarıqlarımızı artırmaq üçün sağlam ünsiyyətin üsullarını öyrənmək və tətbiq etmək
lazımdır. Bunun
üçün də ünsiyyətdə maneələr, əngəllərin aradan qaldırılması, o
cümlədən ünsiyyət və rabitəni asanlaşdıran üsullardan istifadə etmək gərəkdir.
Aydındır ki, yaşadığımız cəmiyyətdə bütün mesajlar, informasiyalar açıq və net
olaraq çatdırılmır. Bütün mesajları düzgün müəyyən etmək üçün isə, ictimai-sosial və
təşkilati-işgüzar mədəniyyəti həqiqi mənada dərk etmək, mənimsəmək lazımdır.
Ünsiyyət çağını yaşadığımız indiki vaxtda təşkilatlar baxımından
ən əhəmiyyətli
problem, hədəf kütlələriylə uğurlu əlaqə yaradaraq, ünsiyyəti doğru idarə edə
bilməkdir. Ünsiyyətin doğru idarə olunması dedikdə, təşkilatınız haqqında hədəf
kütlənizdə yaratmaq istədiyiniz təsirin
sizin istədiyiniz şəkildə, müsbət istiqamətdə
yaradılması, uzun vədədə təşkilatınızın imicinə və nüfuzuna təsir edən bir prosesin
başlanması nəzərdə tutulur. Təşkilati ünsiyyət yalnızca, uzun nəfəsli, planlı,
strateji
qərarlar və onların tətbiqini nəzərdə tutan bir yanaşmanı əsas götürdüyü müddətcə
istənilən nəticələri əldə edə bilər. Güvən, inam üzərinə inşa edilən təşkilati etibar tək
bir mesajla yaradıla bilər, təşkilatın bütün fəaliyyətlərini ehtiva edib, həyat boyu
davam edər və yenə, tək bir mesajla etibarınızı yox edə bilər. Yaratmaq, idarə etmək
və davamlılığı təmin etmək ancaq təsirli ünsiyyət strategiyası
və fəaliyyətləri ilə
təmin edilə bilər.
Burada iş həyatında eldə edilmiş uğuru artırmaq üçün lazım olan qaydalar və
funksiyalar təsvir edilir. Bu qaydalara uyğun olaraq:
Iş həyatının hər bir mərhələsində öyrənməyin son həddinin olmadığını,
Həmrəyliyin sizi uğura necə götürəcəyini,
Uyğun işçiyə uyğun işin verilməsi əhəmiyyətini
Işçilərin davranışlarının düzgün təxmin edilməsi
89
İşçilərin işə və ətraf mühitə uyğunlaşdığı şəraitdə daha sadiq,
xoşbəxt və
həvəsli şəkildə çalışdıqları
Işçinin iş yerinin davamlılığının müştəri xidmətinə bağlı olduğu
Ünsiyyət qurulmasında əsl məqsəd, mesajların aydın şəkildə göndərilməsi və qarşı
tərəfin münasibət və davranışlarında dəyişikliyə səbəb olmaqdır. Əgər davranışlarda
dəyişiklik meydana gəlmirsə mesaj var; amma ünsiyyət yoxdur.
Beləliklə, təşkilat daxili ünsiyyətin hədəflərini ifadə edərkən, onun;
- Tam olaraq media, mesajlar, göndərici və alıcılar, münaqişələr və maneələrlə
məhdud olmadığını,
- Esas olaraq, informasiyanın hərəkətindən çox mənanı və mənalandırmağı,
qqavramanı təmin etmək üçün var olduğunu,
- Təşkilatın işçilərindən davranış dəyişikliyi sərgiləməyi hədəflədiyini,
- Təşkilatın hədəflərinə çatılmasında qatqı və dəstəyin olması
üçün bir
investisiya rolu oynadığını bilmək lazımdır.
Təşkilatın, hədəflərinə çatmasına köməklik məqsədiylə işçilər üçün yuxarıda
qeydə olunmuş şərtlərin cəm halda ödəndiyi bir iş mühiti yaradılmalıdır. Ancaq,
mənfəətə gedən yolda işçilərin çalışdıqları təşkilatla əlaqədar müsbət təəssüratlarını
dilə gətirmələri və işlədikləri təşkilatdan qürur duymaları, işçilərin qərarların
qəbulunda iştirakını təmin etmək, o cümlədən xoşagəlməz halları, negativləri
müntəzəm olaraq rəhbərliyin işçilərə çatdırması vacibdir.
Effektiv bir təşkilati ünsiyyət ilə təşkilatın məqsəd və hədəflərinin işçilərə doğru
bir şəkildə çatdırılması ilə bu istiqamətdə fəaliyyət proseslərinin planlaşdırılması
mümkündür. Təşkilat daxili ünsiyyət effektiv şəkildə baş tutması üçün təşkilat daxili
ünsiyyət kanallarından effektiv bir şəkildə istifadə etmək lazımdır:
Təşkilat daxilində yaşanan qarşıdurmaların ən aşağı həddə gətirilməsi
Motivasiyanın və səmərəliliyinin isə maksimum səviyyədə saxlanılması
Yenilikçi/innovativ olunması
Müsbət rəqabətə imkan yaradılması
Hörmət və etimada əsaslanan iş mühitinin təmin edilməsi
90
Təşkilati aidiyyət hissinin yaradılması
Təşkilat
daxili ünsiyyət, təşkilat əməkdaşlarını təşkilati məqsədlər, qarşıya
qoyulan hədəflər, onların vəzifə və fəaliyyətləri və qarşıya çıxan problemlər haqqında
məlumat və bilgi ilə təmin edir. Bundan başqa işçilər, təşkilat daxilində olan mövcud
vəziyyəti və özlərinin təşkilat daxilindəki yerləri və rollarını yenə təşkilat daxili
ünsiyyət fəaliyyətləri sayəsində öyrənə bilirlər.
Uğurlu ünsiyyət kampaniyaları və təşkilati ünsiyyət fəaliyyəti üçün cəmiyyətə
və cəmiyyətin dəyər mühakimələrinə qarşı həssas olmaq lazımdır. Bir başqa deyimlə,
bütün bu işlər təşkilatın öz dəyərlərinə və fəlsəfəsinə uyğun olduğu üçün həyata
keçirilməlidir, müsbət imic yaratmaq adına saxta işlər etməkdən qaçınılmalıdır.
İctimaiyyətlə əlaqələr texnikalarını, maraqlı tərəflər qrupunu qısa
dövrdə
manipulyativ yollarla səhv istiqamətləndirmək üçün istifadə edilən təşkilatlar, uzun
dövrdə bu etik olmayan fəaliyyətlərin təşkilatın maraqlarına, şöhrətinə və təşkilatın
gələcəyinə təsirini düşünmədiklərini göstərir.
Dostları ilə paylaş: