«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


 Ergeneli və Eryiğit'ten ak



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   39   40   41   42   43   44   45   46   ...   50
X-lilli-G-l-n (2)

88
 Ergeneli və Eryiğit'ten akt. Demirtaş 2008: 72, Demirtaş, Mine (2010). “Örgütsel İletişimin Verimlilik ve 
Etkinliğinde Yararlanılan İletişim Araçları ve Halkla İlişkiler Filmleri Örneği”Marmara Üniversitesi, İ.İ.B.F 
Dergisi XXVIII (1)


81 
İş məmnuniyyəti və motivasiyanı təmin edərək, işçilərin davranışları 
üzərində müsbət effekt yaradır, təşkilati performansı artırır. 
İş mühitində meydana çıxa biləcək münaqişə, qarşıdurma və təzyiqləri 
azaldır. 
Korporativ fəaliyyətlərin sabitlik və əməkdaşlıq içində reallaşmasına kömək 
edir. 
Təşkilati dəyişimlərə qarşı inam meydana gətirir və dəyişim prosesini 
sürətləndirir. 
Mənfəəti və səmərəliliyi artırır. 
Təşkilati dəyişim müddətində əhəmiyyətli rolu olan təşkilat daxili ünsiyyətin 
inkişaf etdirilməsi ilə bölmələr arası koordinasiyanın da təmin edilməsini mümkün 
edir. Bu yolla, proses zamanı daha az səhvəyol verilməsi və işçilər arasında 
əməkdaşlıq və paylaşma duyğusunun formalaşdırılması fürsəti yaradılır. 
Akıncıya görə təşkilat daxili ünsiyyətin əsas məqsədi biznes fəaliyyətlərini 
istiqamətləndirmək, təşkilat işçilərinin istənilən şəkildə davranmasını təmin etməkdir. 
Təşkilatlarda birdən çox fəaliyyət növü məsələsi olduğundan, fərd və qrupların bütün 
fəaliyyətlərini diqqətlə koordinasiya etmək lazımdır. Bu səbəblə təşkilat daxili 
ünsiyyət, həm fəaliyyətlərin idarə olunmasına, həm də bu fəaliyyətlərin 
koordinasiyasında əhəmiyyətli bir rol oynayır.
89
Təşkilat daxili ünsiyyətin inkişaf etdirilməsi ilə hədəflənən bir digər məsələ isə, 
məlumatın sistematik bir şəkildə paylaşılmasıdır. Bilindiyi kimi məlumat, bütün 
təşkilati fəaliyyətlərin təməlidir. Ən əhəmiyyətli məlumat, işçilərə məqsəd və yön 
duyğusu verən təşkilati məqsədlərlə əlaqədardır. 
Bütün bunlara əlavə olaraq, "təşkilatlarda ünsiyyət, qərarların qəbulu 
prosesində də əhəmiyyətlidir. Məlumat və məlumatın paylaşılması; problemlərin 
müəyyən olunması, alternativlərin yaradılıb qiymətləndirilməsi, qərarların tətbiq 
olunması, nəzarət edilməsi və nəticələrin qiymətləndirilməsi də tələb olunur."
90
89
Baskin və Aronoff'dan akt. Akıncı, Z.B. (1998). Kurum Kültürü ve Örgütsel İletişim (1. Baskı). İstanbul: İletişim
Yayınları. 118 
90
Akıncı, Z.B. (1998). Kurum Kültürü ve Örgütsel İletişim (1. Baskı).İstanbul: İletişim Yayınları. 119 


82 
"Əməliyyat içində əmr və xəbərlərin yayılmasını təmin edən bir proses olaraq 
təyin olunan ünsiyyət, insanlar arasında bir əlaqə qurma məqsədi ilə bərabər, 
qarşılıqlı duyğu və düşüncələrin də yayılmasını təmin edir."
91
Təşkilat daxilində qurulan çox istiqamətli və təsirli ünsiyyət şəbəkəsi ilə 
işçilərin hər hansı bir məsələ haqqında sərbəst şəkildə idarəçilərləmüzakirə edə 
bilməli, müxtəlif təkliflərini çatdıra bilməsi və müəssisə əlaqədar mövzularda 
məlumat sahibi ola bilməsi mümkün olmaqdadır. İşçilərin belə imkanlara sahib 
olması, özlərinə dəyər verildiyi təəssüratı yaratması baxımından da çox 
əhəmiyyətlidir. 
Bu eləcə də, təşkilat daxilindəki ünsiyyətin quruluşu, axışı və işçiləri ünsiyyətə 
təşviq etmə dərəcəsi təşkilati mədəniyyətin quruluşuyla əlaqədardır. Bu barədə 
aparılan araşdırmalar, işçilərin açıq ünsiyyətdən yana olduqlarını göstərir, çünki 
təşkilatın problemlərini bilən, yaşayan və idarəçilərin bu barədə nə etməyə çalışdığını 
anlayan işçilər, ümumiyyətlə təşkilata qarşı daha mülayim yaxınlaşmağa 
meyllidirlər.
92
Təşkilat daxili ünsiyyətin inkişaf etdirilməsi ilə hədəflənən məsələlər; təşkilatın 
məqsədlərinin və təşkilat strategiyasının işçilər tərəfindən bilinməsi, yenilik və 
yaradıcılığa təşviq etmək, təşkilatın fəaliyyətləri, əhəmiyyətli hadisələr, qərarlar və 
nailiyyətləri işıqlandırmaq, idarəçilər və işçilər arasında iki yönlü-qarşılıqlı ünsiyyəti 
təmin etmək, işçilərin iş prosesi zamanı və ya işdən sonra təşkilatı təmsil etmək 
xüsusiyyətlərini inkişaf etdirmək, işdə irəliləyiş imkanları, müxtəlif işçilərlə əlaqədar 
inkişaflar, gələcəyə bağlı gözləntilər və s. kimi məsələlərlə bağlı məlumat 
verməkdir.
93
Bundan başqa daxili ünsiyyət planının hər üç aydan bir nəzərdən 
keçirilməsi və işin nəticələrinə necə xidmət etdiyi təsbit edilməlidir. Əksər illik 
hazırlanan planlar kifayət qədər komanda işini təşviq edə bilmirlər. 
91
Sapancalıdan akt.Akıncı, Z.B. (1998). Kurum Kültürü ve Örgütsel İletişim (1. Baskı). İstanbul: İletişim
Yayınları.: 119 
92
Akıncı, Z.B. (1998). Kurum Kültürü ve Örgütsel İletişim (1. Baskı).İstanbul: İletişimYayınları.: 119-120 
93
Varol, M.(1993). Halkla İlişkiler Açısından Örgüt Sosyolojisine Giriş. Ankara Üniversitesi İletişim Fakültesi 
Yayınları No:2.Ankara: Ankara ÜniversitesiBasımevi. 128-129 


83 
Və beləliklə, ünsiyyət prosesinin effektivliyinin artırılması üçün aşağıdakı 
başlıca prinsipləri diqqətdə saxlamaq lazımdır. Və bu prinsipləri 3 ana başlıq altında 
yığmaq mümkündür. Bunlar:
1) açıqlıq prinsipi
2) diqqət prinsipi
3) düzgünlük prinsipidir 
Ümumi olaraq ünsiyyətdə aydın bir dil istifadə edilməlidir. Beləcə yazılı ya 
şifahi olsun, istifadə edilən dilə əhəmiyyət verilməli və hədəf kütləsinin istifadə etdiyi 
dillə yaxından tanış olmalı və o dilin incəliklərinə agah olmaq lazımdır. Bu prinsip 
açıqlıq prinsipi adlandırılır.
94
Diqqət prinsipi isə, alıcıya yalnız mesajın çatdırılması deyil, ona göndərilən 
anlamasının da əhəmiyyətli olduğunu vurğulayan prinsipdir. Bilindiyi kimi, insanın 
diqqəti məhduddur, bu səbəblə mesajın lazımından çox uzun olduğu hallarda, 
müəyyən bir nöqtədən sonra alıcı lazımı qədər diqqət yetirə bilmir və ünsiyyətin 
fəaliyyəti pozula bilər.
Düzgünlük prinsipi isə ünsiyyətin məqsədilə əlaqədardır. Ünsiyyət qurularkən 
bu qanuna xüsusi bir əhəmiyyət göstərilməlidir çünki, bu qanun ünsiyyətin 
məqsədinə çatılmasında əməkdaşlıq provayderi və ünsiyyətin davamlılığının vasitəsi 
vəzifəsini yerinə yetirir.
Bu təməl prinsiplərə əməl edildiyi təqdirdə, ünsiyyətin fərdlər üzərində təsiri 
daha çox olacaqdır.
95
Praktiki cəhətdən deyilənlərə ümumiləşdirilmiş şəkildə bir brend adı altında 
nəzər yetirmək faydalı olacaqdır. Belə ki, Azərbaycanda effektiv, şəffaf və innovativ 
təşkilati fəaliyyətinə görə “ASAN xidmət” brendi istər dövlət qurumları, istərsə də 
özəl sektorda fəaliyyət göstərən digər təşkilatlar sırasında ilkdir. O, Azərbaycan 
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar 
üzrə Dövlət Agentliyi və o cümlədən, onun tabeliyində dövlət xidmətlərinin təqdim 
94
Semih Büker, Yürütme İşlevi, Eskişehir: Anadolu Üniversitesi Yayınları, 1984, s.292. 
95
Gökhan Yolaç, “Müşteri İlişkilerinde İletişimin Rolü”,Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi
Cilt 7, Sayı 27, (Yanvar 2007), s. 167. 


84 
edilməsinin yeni modeli hesab olunur. Bu mərkəzlər dövlət orqanlarının fəaliyyətində 
şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, hər bir 
vətəndaş üçün son dərəcə rahat və optimal şəraitin təmin edilməsi, həmin xidmətlərin 
yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, və ən əsası, 
vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi,bundan 
başqa, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron 
xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə yaradılmışdır. “ASAN xidmət” 
Azərbaycan Prezidentinin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanı ilə 
yaradılmışdır. “ASAN xidmət” Dövlət Agentliyi öz fəaliyyətini müasir idarəçilik 
metodlarına əsasən formalaşdırır və öz əsasnaməsi ilə ona həvalə olunmuş vəzifə və 
funksiyalar əsasında fəaliyyət göstərir. Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən 
bugünkü günədək öz missiyasını uğurla həyata keçirilməsi vətəndaş-dövlət və 
vətəndaş-dövlət qulluqçusu münasibətlərinin keyfiyyətcə və mahiyyətcə yeni 
müstəviyə keçilməsinə nail olmuşdur.
96
“ASAN” kimdir?
Dövlət Agentliyinin 2 əsas fəaliyyət istiqaməti var:
1) “ASAN xidmət” mərkəzlərinin vahid və sistemli şəkildə idarə edilməsi;
2) Mövcud dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası 
və elektron xidmətlərinin təşkili prosesinin təkmilləşdirilməsi.
Dövlət Agentliyi öz fəaliyyətini Agentliyin aparatı və tabeliyindəki “ASAN 
xidmət” mərkəzləri və “İnnovasiyalar mərkəzi” vasitəsilə həyata keçirir. Dövlət 
orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, informasiya 
sistemləri və ehtiyatlarının formalaşdırılması ilə bağlı işlərin layihələndirilməsi, 
təkliflərin hazırlanması, dövlət xidmətlərinin göstərilməsində müasir innovasiyaların 
öyrənilməsi və tətbiqi, informasiya sistemləri, məlumat bazaları və elektron 
xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə, onların texniki 
və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy verilməsi dövlət orqanları 
tərəfindən həyata keçirilən elektron xidmətlərin qiymətləndirilməsi Dövlət 
96
 
http://asan.gov.az/az/content/view/349/2370#.WQohjPnyi1s
  


85 
Agentliyinin aparatı və “İnnovasiyalar mərkəzi” vasitəsilə həyata keçrilir. Dövlət 
Agentliyi vətəndaşlara göstərilən dövlət xidmətlərinin həyata keçirilməsini aktiv və 
proaktiv formada təşkil edir. Aktiv formada təşkil “ASAN xidmət” mərkəzləri 
vasitəsilə təmin edilir. “ASAN xidmət” mərkəzləri müxtəlif dövlət orqanları 
tərəfindən göstərilən xidmətlərin bir qapı prinsipi əsasında vahid və əlaqələndirilmiş 
formada həyata keçirilməsini, həmin xidmətlərin göstərilməsinin operativlik, 
şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri və qanunvericiliyin tələbləri 
əsasında həyata keçirilməsinə nəzarəti təmin edən qurumlardır.
“ASAN xidmət”in Missiyası Dövlət Agentliyinin missiyası fəaliyyət 
istiqamətlərinə uyğun olaraq, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin 
təşkilində müasir metodların tətbiqi, bununla yanaşı, innovativ texnologiyalarınla 
vətəndaş məmnunluğuna nail olmaqdır. 
Beləliklə, ölkədə mövcud olan istənilən özəl və ya dövlət müəssisələri 
simasında vətəndaşlarla olan münasibətlərin yüksək səviyyədə həyata keçirildiyi 
xidmət mərkəzi kimi “ASAN xidmət” mərkəzi ən bariz nümunəsidir. Burada ən əsas 
məsələ, Dövlət Agentliyinin Strateji Baxışı dövlət qulluqçusu və vətəndaşlar arasında 
birbaşa təmasın minimuma endirilməsi və xidmətlərin göstərilməsində mobil həllərin 
tətbiqi, 
bununla 
bərabər, 
əlçatanlığın təmin edilməsi, “ASAN xidmət” 
konsepsiyasının beynəlxalq arenaya çıxışını təmin etməkdən ibarətdir. “ASAN 
xidmət” dəyərləri, hər kəsin onları, inandığı dəyərlərə malik olan bir təşkilat kimi 
tanımasını nəzərdə tutur.
97
“ASAN Xidmət” brendinin ölkədaxili və beynalxalq nüfuzunun artırılması 
üçün aşağıdakı tədbirlər görülməlidir: 
 İctimaiyyətlə 
əlaqələr 
sisteminin 
qabaqcıl 
təcrübəyə 
uyğun 
təkmilləşdirilməsi 
 “ASAN xidmət” mərkəzlərinin imicinin qorunması və yüksək xidmət 
səviyyəsinin nümayiş etdirilməsi
97
 
http://www.asan.gov.az/uploads/images/stp.pdf
  


86 
 Beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı və uzunmüddətli əlaqələrin 
qurulması və institusionallaşdırılması 
 Tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Dövlət Agentliyinin elmi-təcrübi 
və digər imkanlarının genişləndirməsi və gücləndirilməsi 
 “ASAN xidmət” mərkəzlərinin nümunəvi dövlət qurumu kimi təbliğ 
edilməsi və digər ölkələrdə tətbiqinin təşviqi 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin