74
Şəkil 3.1.3.
Təşkilati mədəniyyət, təşkilati kimlik və təşkilati imic əlaqələri
"Təşkilatın işçiləri ilə birlikdə təşkilatın məqsədlərinə çata bilməsi və yüksək
iş, fəaliyyət qura bilməsi, işçiləri ilə quracağı
münasibətlərdən və təşkilat
mədəniyyətini nə qədər müvəffəqiyyətli bir şəkildə işçilərinə çatdıra biləcəyindən
asılıdır. Buna görə də, işçi heyəti ilə qurulan münasibətlər
şansa ya da formal
ünsiyyət şəbəkələrinə buraxılmamalı və işçilər formal ünsiyyət kanallarıyla
məlumatlandırılmamalıdır. " "...işçi heyətinə və onun ehtiyaclarına edilən investisiya,
iş həyatının və yaradılan dəyərlərin keyfiyyəti ilə təşkilati uğura böyük töhfə vermiş
olur. "
76
Qısaca olaraq, təşkilati mədəniyyətin işçilərə mənimsədilməsində təşkilat daxili
ünsiyyət böyük əhəmiyyətə sahibdir və bu, ictimaiyyətlə əlaqələr vahidinə bəzi
76
Akıncı, Z.B. (2001).
İnsan Kaynakları Yönetimi (Etkinlikte İletişim Odaklı Bir Yaklaşım) İzmir:
Ege Üniversitesi
İletişim Fakültesi Yayınları No. 13.
75
məsuliyyətlər gətirir. Planlanmış fəaliyyətlərlə təsirli bir ünsiyyət qurmaq və işçi
heyəti arasında güvənli, sağlam düşüncəli və sıx əməkdaşlıq mühiti yaratmaq, inkişaf
etdirmək, bu vahidin məsuliyyəti altındadır. İctimaiyyətlə əlaqələr metodlarından
istifadə edərək yerinə yetiriləcək bu məsuliyyətlər, təşkilati
mədəniyyəti yaşatmağa
istiqamətlidir.
Effektiv bir təşkilati ünsiyyətin tətbiqi daha yaxşı performans, iş fəaliyyəti və iş
məmnunluğu meydana gətirir, çünki, effektiv ünsiyyətlə,
təşkilat mədəniyyətini,
təşkilatın təməl dəyərlərini, hədəflərini daha yaxşı anlayan və vəzifələrinin nə
olduğunu, onları necə yerinə yetirmələri lazım olduğunu yaxşıca mənimsəyən fərdlər,
zaman keçdikcə özlərini ailənin bir fərdi olaraq görüb daha çox iştirakçı və
sahiblənici bir münasibət göstərirlər.
77
Bütün
bunlarla belə, təşkilati dəyişiklik müddətində təşkilat daxili ünsiyyətin
inkişaf etdirilməsisahəsindəqeyd edilməsi vacib olan bir digər məsələ də, təşkilat
daxili ünsiyyətə maneə törədən faktorlardır.
Məlumatı filtr etmək, seçici qavrayış, duyğular, həddindən artıq məlumat yükü,
qayğı və istifadə dili, ünsiyyətə maneə törədən faktorlar arasında sayıla bilər.
78
Bundan başqa psixoloji maneələrdən olan qəlibləşmiş düşüncələr ilə təşkilati
ünsiyyətə maneə olaraq görülən rəhbər münasibəti və davranışları
da bu faktorlar
sırasına daxil ola bilər.
79
Dostları ilə paylaş: