Magistratura məRKƏZİ


Şəkil 2.3. Ekspert komissiyasının tipik strukturu



Yüklə 4,76 Mb.
səhifə3/24
tarix28.12.2021
ölçüsü4,76 Mb.
#17165
1   2   3   4   5   6   7   8   9   ...   24
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLARIN SİYAHISI ......................

76

XÜLASƏ .....................................................................................................

78

РЕЗЮМЕ ………………………………………………………………..

79

SUMMARY ………………………………………………………………

80


GİRİŞ
Hər bir dövlətin iqtisadi vəziyyəti önun elmi-texniki inkişafı ilə bağlıdır. Elmi-texniki tərəqqinin əsas məqsədi ən az maddi, əmək və maliyyə resurslarının sərfi ilə yüksək keyfıyyətli məhsulun istehsalını sürətləndirməkdən ibarətdir. Aydındır ki, iqtisadiyyatın və elmi-texniki inkişafının məqsədləri bir-biri ilə üst-üstə düşür, yəni burada əsas məqsəd cəmiyyətin bütün üzvlərinin tələbatını ödəməkdir. İnsanların artan tələbatı ilk növbədə onların yaşayış tərzinin daim dəyişməsi ilə əlaqədardır. Burada elm, texnika və maddi nemətlər istehsalı texnologiyası mühüm rol oynayır.

İstehsal müəssisələrinin stabil işləməsinin, buraxılan məhsulların rəqabət qa­biliyyətinin yüksəldilməsinin əsasını bu məhsulların keyfıyyəti təşkil edir. Bu­nunla yanaşı, buraxılan məhsulun keyfıyyətinin təmin edilməsi ancaq istehsalatın təşki­linin yüksək səviyyəsində, personalın müvafiq peşə hazırlığı səviyyəsində, yəni həm onun xüsusi (ixtisas) biliyi səviyyəsində, həm də keyfıyyətin təmin edilməsi metodları və vasitələri sahəsindəki yüksək biliyi səviyyəsində mümkündür.

Keyfiyyət problemi çoxşaxəli və daimi problemdir. Bu problemin çoxşa­xə­liliyi və mürəkkəbliyi onunla əlaqədardır ki, burada sosial-iqtisadi, mühəndis-tex­noloji (texniki), ekoloji, beynəlxalq, siyasi və digər aspektlər vardır. Kifayət qədər keyfıyyətli məhsulun yaradılması və istehsalı, həmçinin elmi-texniki tərəqqi insan­larda daha yüksək keyfıyyət göstəricilərinə malik olan məhsullara yeni və müxtəlif tələbatlar doğurur. Tələbatlar adətən onların ödənilməsi imkanlarını qabaqlayır. Bu, keyfiyyət probleminin həmişəlik olduğunu göstərir. Deməli, məhsulun keyfıy­yəti məsələləri ilə həmişə və ciddi məşğul olmaq lazımdır.

Sənayenin inkişafının müasir mərhələsinin əsas xüsusiyyəti müasir texnoloji qurğuların və avadanlıqların, göstərilən xidmətlərin və yerinə yetirilən işlərin mürəkkəbliyinin artması, vahid avtomatlaşdırılmış komplekslərdə birləşən mürək­kəb maşın və avadanlıqlar sistemlərinin yaradılması ilə xarakterizə edilir. Texniki tərəqqi məmulatların nomenklaturasının arasıkəsilmədən genişlənməsi və onların yüksək keyfıyyətinə artan tələbatı ödəmək məsələlərini ortaya çıxarır. Bu isə öz növbəsində xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilən avadanlıqların, maddə və materialların nomenklaturasının artmasına gətirib çıxarır.

Sənayenin bir çox sahələrinin məhsulları konstruktiv cəhətdən mürrəkkəb və çoxhissəlidir. Müasir maşınlar yüzlərlə detallardan ibarətdir. Maşın və mexanizm­lərin ayrı-ayrı detallara və qovşaqlara bölünməsinin mümkünlüyü onların kütləvi istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrin təşkili üçün şərait yaradır. Bu isə texnoloji proseslərin mexanikləşdirilməsinə və avlomatlaş­dırıl­masına real imkan verir. Bunun nəticəsində istehsal prosesində əlaqələr çətinləşir. Belə ki, məhsulun istehsalında müxtəlif nazirliklərin və idarələrin tabeçiliyində olan yüzlərlə müəs­sisələr iştirak edir. Belə bir şəraitdə keyfıyyət problemini ancaq elmi əsaslarla həll etmək olar. Elmi əsasların keyfıyyət üzrə tələblərinin əsaslan­dırılması, bu tələb­lərin təmin edilməsi, onlara riayət edilməsinə nəzarət metodları haqqında bilik təşkil edir. Bu biliklərin məcmusu üç sahəyə bölünə bilər: kvali­metriya, key­fıyyətin idarə edilməsi, sertifıkatlaşdırma. Bu dissertasiya işində keyfıy­yətin idarə edilməsi məsələləri şərh edilir.

«Keyfıyyətin idarə edilməsi» adı altında mövcud elm sahəsi məhsulun işlənib hazırlanması və istehsalı, xidmətlərin göstərilməsi zamanı keyfıyyətin idarə edil­məsi sahəsində qabaqcıl təcrübəni ümumiləşdirir. Bu sahənin prinsipial müddəala­rından biri odur ki, müəssisədə keyfiyyət sistemi funksionaldır. Bu sistem müəs­sisənin mövcud təşkilati struktur bölmələri arasında xüsusi funksi­yaların bölün­məsi yolu ilə formalaşır. Bu zaman həmin sistem müəssisənin təşki­lati strukturuna aktiv təsir edərək onu dəyişdirə bilər. Bu müddəa hazırda beynəl­xalq səviyyədə tanınmış və qəbul edilmiş keyfıyyət sisteminin təhlili əsasında realizə edilir.


I FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİNİN ƏSASLARI


1.1. Tikiş sənayesində keyfiyyətin idarə edilməsinin kompleks sistemləri və inkişafının müasir istiqamətləri
Keyfıyyət çoxlu xüsusiyyətlərə malik olan həcmli, mürəkkəb və universal kateqoriyadır.

Fəlsəfı nöqteyi-nəzərdən keyfıyyət müzakirə olunan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o, spesifik olur, digər obyektlərdən seçilir. Bununla belə keyfıyyət bir çox obyektləri bir ortaya cəmləyir, yəni həmcins edir. Keyfıyyət kateqoriyası insanın obyektiv reallığı dərk etməsinin münasib pilləsini bildirir. Araşdırmanın ilkin mərhələsində obyekt ilk əvvəl hansısa bir xüsusiyyətlə və yaxud bir sıra xüsusiyyətlərlə seçilir. Fəlsəfi nöqteyi-nəzərdən burada xüsusiyyət obyektin keyfiyyətinin müəyyən tərəfinin başqa, qarşılıqlı əlaqədə ola biləcək, obyektlərə münasibətinə yanaşma üsulu kimi izah olunur. Nə qədər ki, hər bir obyekt başqa cisim və hadisələrlə qarşılıqlı əlaqədədir o, külli miqdarda xüsusiyyətlərə malik ola bilər. Ancaq keyfıyyəti xüsusiyyətlər cəmi kimi təyin etmək təşəbbüsü müvəffəqiyyətlə nəticələnmir. Bu, tamamilə konkret maddi obyektlərə aiddir. O ki, qaldı məmulatlara, keyfiyyət kateqoriyası ancaq ayrı-ayrı xüsusiyyətlər demək deyil, o, bu obyektin funksional birlikdə mühüm xüsusiyyətlərinin bütöv xarakteristikasını bildirməlidir.

Keyfiyyətin sosial nöqteyi-nəzəri ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin müzakirə olunan obyektə münasibətindən asılıdır.

Keyfiyyətin texniki tərəfi araşdırılan obyektin kəmiyyət və keyfiyyət dəyi­şikliklərindən asılıdır.

Təhsildə texniki qanunauyğunluq və fiziki, elektromexaniki və digər eyni təyinatlı cisimlərin xüsusiyyətlərinin aşkarlanması araşdırmalar obyekti olurlar. Mühəndis mövqeyindən keyfıyyət seçilən obyektin cəm xüsusiyyətinin hansısa bir etalona görə müqayisəsində araşdırılır.

İqtisadi mövqedən keyfiyyətə, araşdırılan obyektin istehlakı və istehlakın dəyər nəticəsi kimi baxılır. Madam ki, bu və ya digər obyektin keyfıyyətinə tələbat müxtəlifdir, deməli bu obyekt istehlakçılar tərəfındən müxtəlif qiymətləndirilir. Nəticə etibarı ilə iqtisadi nöqteyi-nəzərdən bilmək vacibdir ki, keyfiyyət nə qədər tələbatla uyğunlaşır.

Hüquqi nöqteyi-nəzərdən keyfıyyət obyektin NTS-də müəyyən edilmiş tələblərə cavab verən xüsusiyətlərinin cəmi kimi üzə çıxır.

«Keyfiyyət» termininin müəyyənləşdirilməsində onun anlaşılmasının müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Ancaq ədəbiyyatlarda (istər ölkə, istərsə də xarici) bu suala birtərəfli yanaşma üzündən onun coxlu ifadələrinə rast gəlmək olar. Məsələn, İSO 9000 seriyalı standartlarda keyfıyyət xüsusiyyətlərin birləşməsi və məhsul, yaxud xidmətin xarakteristikası kimi müəyyənləşdirilir.

Bir sıra xarici ədəbiyyat mənbələrində keyfiyyətə istehlakçıların tələblərinə uyğunluq kimi baxılır, bəzən isə keyfıyyət istismara uyğunluq kimi izah olunur. Ancaq keyfıyyətin müəyyənləşdirilməsinə bu cür yanaşma onun yalnız bir tərəfini əks etdirir.

Bunun əsasında məhsulu təsərrüfat fəaliyyətinin əhəmiyyətli nəticəsi kimi üzə çıxan və müəyyən tələbləri təmin etmək üçün əvvəlcədən təyin olunan, bütün müxtəlif maddi dəyərlərin birliyi kimi qəbul etmək lazımdır. Burada məhsul ümumiləşdirilmiş maddi anlayışdır və özündə məmulatları və texnologiyaları birləşdirir.

Bazar və rəqabət şəraitində dünyanın inkişaf etmiş ölkələri yüksək keyfiyyəti strateji ticarət simvolu və milli sərvətlərin ən mənalı mənbəyi kimi qəbul edirlər. Keyfıyyət bir çox şeydə hökumətin nüfuzunu müəyyən edir, hər bir insanın və bütövlükdə cəmiyyətin tələbatının təmin olunmasının əsasına qulluq edir, rəqabətə dözümlülüyün mühüm vasitəsi olur. Ancaq onun əsasında müəssisə rəqabət şəraitində davam gətirə bilər, buna görə də tam obyektiv olaraq görünür ki, bazar şəraitində keyfıyyəti yüksəltmək və təmin etmək üçün fəaliyyət birincilik təşkil etməlidir.

Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər çoxdur. Onların arasında aşağıdakıları xüsusi qeyd edək:



  • şəxsi, istehsalat və ictimai təlabatın daim güclənməsi;

  • elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın və bütün dünya cəmiyyət­ləri­nin inkişafında ETİ-nin rolunun və sürətinin güclənməsi;

  • xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi;

  • nisbətən aşağı keyfıyyətli məhsul və xidmətləri istehlakçıların qəbul etməməsi;

  • istehsalatın intensivləşdirilməsinə doğru tələblərin çoxalması və müəssi­sənin müvəffəqiyyətlə yaşamasında vacib faktor kimi keyfiyyətin effektinin art­ması.

Sadalanan səbəblərlə yanaşı, həmçinin dünya bazarlarında rəqabətin yüksəl­məsini də qeyd etmək lazımdır. Rəqabət ancaq xarici bazarda yox, ölkə daxilində də realdır.

Məhsulun və xidmətin keyflyyətinə lazımi münasibət olmazsa istər bazar, rəqabət və müqayisəli açıq iqtisadiyyat şəraitində, istərsə də təsərrüfatçılığın başqa sistemlərində hər hansı bir iş, bir qayda olaraq, uğursuzluğa düçar olacaq.

Hamıya məlumdur ki, bir çox ölkələrdə alıcılar kifayət qədər orta qiymətlərlə ancaq o məhsulu alırlar ki, beynəlxalq standartlara uyğundur və yaxud onu ötüb keçir, yüksək istehsal keyfıyyəti var və tamamilə onların tələbatını təmin edir. Dünyanın o ölkələri ki, keyfiyyətə, onun idarə olunmasına ciddi diqqət göstərirlər, həmçinin alıcıları buna əmin edirlər, onlar ixracatın istər yüksək həcmini, istərsə də struktur göstəricilərini əldə edirlər. Buna sübut ancaq ənənəvi texniki inkişaf etmiş ölkələr (ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri) deyil, Cənubi-Şərqi Asiya ölkələrinin bir qismi də ola bilər.

Hər hansı bir böyük problemin həlli effektiv idarə olunmadan mümkün deyildir. Elmin, texnikanın, istehsalatın bütün təcrübəsini və potensialını, işçilərin bütün bilik və bacarığını təxirə salınmaz problemin həllinə yönəltmək lazımdır.

Kİ-nin elmi-nəzəri əsası bizim ölkədə 70-80-cı illərdə yer alıb. O vaxt araşdırmalar, eksperimentlər aparılır və monoqrafiyalar, kitablar və məqalələr dərc olunurdu. Burada bütün təcrübələrin xüsusi prinsipial nəticəsi kimi o göstərilir ki, idarəetmə metodları və mülkiyyət formaları ilə bərabər, istifadəsindən asılı olmayaraq, Kİ hər hansı bir istehsalatın ayrılmaz hissəsi, funksiyasıdır. Hər halda keyfıyyətin sistematik yüksəldilməsinə ancaq lokal xarakterli təsir ilə nail olmaq mümkün deyil, çünki bir sahənin və yaxud bir tədarükçünün çox da yüksək olmayan Kİ-si o keyfıyyətli məhsulun başqa sahə və yaxud başqa müəssisədə yaradılıb və hazırlanmasına gətirib çıxardır. Kİ-də kompleks xarakterli tədbirlər tətbiq etmək vacibdir.

Keçmiş SSRİ-də inzibati-komanda metodlarından istifadə edən mərkəzləş­dirilmiş planlı iqtisadiyyat şəraitində ən yaxşı dünya nümunəli keyflyyətə çatmağa yönəldilmiş Kİ konsepsiyası rəsmi idi. Qeyd etmək lazımdır ki, Kİ ilə yanaşı, müəssisədə idarəetmədə başqa istiqamətlərlə yanaşı bu vacib şərtləri də qəbul etmək lazımdır: müştərilərə məhsulun vaxtında çatdırılmasının təmin edilməsi; məhsulun istehsal həcminin yüksəldilməsi, buraxılan məhsulun maya dəyərinin azalması. Lakin Kİ-nin rolu, o cumlədən də rəqəbətaparma bacarığı bütövlükdə ba- zar şəraitində son dərəcə böyükdür. Bununla bərabər, əsasən keyfıyyətin yüksəldilməsi və təmin edilməsinə dair bütün fəaliyyət ancaq alıcılara yönəldilir.

İdarəetmədə həmişə müvəffəqiyyəti təmin edən və bütün idarəetmə məqsəd­lərinə çatmasını müəyyən edən əsas istiqamət seçilir. Hazırda bazar iqtisadiyyatı şəraitində belə istiqamət Kİ-dır.

1.2. Keyfiyyətin idarə edilməsinin xüsusi funksiyaları və kompleks sistemləri


70-ci illərin əvvəllərində keçmiş SSRİ Dövlətstandart müxtəlif nazirliklərin müəssisə və təşkilatları ilə əməkdaşlıqda Kİ-nın əsas prinsiplərinin və metodolo­gi­yasının öyrənilməsi üzrə aktiv iş aparırdı. Kompleks sistemlərin (KS) yaradılması və tətbiqi Kİ-si haqqında bilik və istehsalatın qabaqcıl təcrübəsi əsasında həyata keçirilirdi. Bunun hamısı, Kİ-nın qurulmasının ancaq təşkilati-metodik vəziyyətini yaratmağa imkan vermişdir. Bununla bərabər, bu sistemlərin elementlərinə daha aşağı dərəcəli sistem kimi (yarımsistem) baxılmağa başlandı. Aşkar olmuşdu ki, Kİ sistemi konkret təyin olunmalıdır və uyğun olaraq onun bütün elementlərinə qarşılıqlı əlaqə xarakteri verən istiqamətli funksiya olmalıdır. Kİ sistemində belə funksiyanın realizə olunmasında həmişə idarə olunma obyekti (idarə olunan yarım­sistem) və idarə olunma subyekti (idarə edən yarımsistem) gös­tərmək olar. Onların arasında birbaşa (subyektdən obyektə-idarə edən informasiya və təsir) və əksinə (obyektdən subyektə-obyektin vəziyyəti haqda informasiya) əlaqə kanalları ilə əlaqə yaranmalıdır (şəkil 1.1). Şübhəsiz ki, başqa daxili və xarici əlaqələr də həyata keçirilməlidir. Vacib və prinsipial başlanğıc vəziyyət odur ki, Kİ istehsalatda idarə olunmanın ayrılmaz hissəsidir, yəni sistemli yanaşmada Kİ yarımsistemi bütün­lüklə istehsal sisteminə daxil olur.




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin