Magistrlik dissertasiyasının təqdim olunması və müdafiəsi Magistrlik dissertasiyasının müdafiəsi bir qaydıı olaıuq hər tədris ilinin may-iyun aylarında keçirilir.
Dissertasiyaların müdafiəsi bölmənin dekanlığı ilə ixtisas kafedraları tərəfindən təqdim edilmiş və müdafiəyə ən azı 15 gün qalmış müddətdə təsdiq edilmiş qrafik əsasında keçirilir.
Magistrant dissertasiya işini tələb olunan məzmunda və tələb olunan formada tərtib etdikdən sonra referatla birlikdə elmi rəhbərinə təqdim edir.
Elmi rəhbər işi yoxlayır, bəyəndikdən sonra özünün yazılı rəyi ilə birlikdə onu ilkin müzakirə üçün kafedraya təqdim ediı
Rəydə dissertasiyanın bütün bölmələri üzrə qoyulmuş iş səciyyələndirilir və alınan nəticələrin yeniliyi və doğruluğu əsaslandırılır. Eyni zamanda magistrantın fərdi xüsusiyyətləri qiymətləndirilir.
Dissertasiya kafedrada müzakirə olunduqdan sonra yekun rəylə birlikdə bölmənin dekanına təqdim olunur. Yckun rəy kafedra iclasının qərarına əsasən kafedra müdiri tərəfində imzalanır.
Yekun rəydə dissertasiyasının kafedrada ətıııl müzakirəsinin əsasında onun nəticələrinin yeniliyi dissertasiyanın tələb olunan məzmun və formada tərtib olunması və magistrantın verilən suallara cavabları və magistrlik dissertasiyasının yerinə yetirilməsində aparılan attestasiyaların nəticəsi əsasında dissertasiya işinin ixtisaslaşdırılmış şurada müdafiəyə tam hazırlığı barədə məlumat qeyd olunur.
Bölmənin dekanı təqdim olunmuş materialları və magistr tədris planının yerinə yetirilməsini nəzərə almaqla magistrantın müdafiəyə buraxılması barədə qərar qəbul edir və dissertasiyanın titul vərəqində müvafiq qeydlər aparır.
Müdafiəyə buraxılmış magistrlik dissertasiyaları müdafiəyə ən azı 15 gün qalmış bölmənin dekanı tərəfindən rəsmi rəyçiyə göndərilir (əlavə 7). Rəsmi rəyçilərin siyahısı müdafiəyə ən azı 20 gün qalmış ixtisas kafedraların təqdimatları əsasında rektorun əmri ilə təsdiq olunur. Rəsmi rəyçilər elm və istehsalat sahələrində çalışan aparıcı mütəxəssislər, həmçinin ADNSU-də və ya digər ali məktəblərdə çalışan elmi dərəcəyə malik mütəxəssislər sırasından təyin oluna bilər.
Rəsmi rəyçi magistrlik dissertasiyası ilə əsaslı tanışlıqdan sonra ona təqdim olunan «yaddaşa» əsasən yazılı rəy hazırlayıb ixtisaslaşdırılmış şuraya təqdim edir. Rəydə mövzunun aktuallığı, onun nəticələrinin yeniliyi, ədəbiyyatdan düzgün istifadə olunması, dissertasiya nəticələrinin müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə materiallarından istifadə olunma faktının olub, olmaması və nəhayət işin magistrlik dissertasiyalarına qoyulan tələblərə cavab verməsi öz əksini tapmalıdır. Rəsmi rəyçi yazdığı rəyin keyfiyyəti və obyektivliyi, rəyin təyin edilmiş müddətdə magistranta və ya ixtisaslaşdırılmış şuraya təqdim edilməsi üçün cavabdehdir.
Rəsmi rəyçinin yazılı rəyinin surəti müdafiəyə ən azı 5 gün qalmış magistranta verilməlidir. Bu rəy mənfi olduqda belə, magistrantın razılığı ilə dissertasiya müdafiə oluna bilər.
Magistrlik dissertasiyasının ixtisaslaşdırılmış şurada müdafiəsi üçün magistrant müdafiəyə ən azı 3 gün qalmış şuraya aşağıdakı sənədləri təqdim edir:
- ixtisaslaşdırılmış şuranın sədrinin adına ərizə /bölmə dekanın müvafiq dərkənarı ilə /;
- elmi rəhbərin rəyi -1 nüsxə;
- magistrlik dissertasiyası -1 nüsxə;
- referat-1 nüsxə;
- magistrantın fərdi iş planının surəti.
İxtisaslaşdırılmış şurada magistrlik dissertasiyasının müdafiəsi üçün minimum 45 dəqiqə vaxt ayrılır ki, onun da 10- 15 dəqiqəyə qədəri magistrantın məruzəsi üçün nəzərdə Uıtııluı