Magistrlik dissertasiyasinin müdafiƏSİ ÜÇÜN İXTİsaslaşdirilmiş elmi Şuralarin yaradilmasi və FƏALİYYƏTİNİn təŞKİLİ


MAGİSTRLİK DİSSERTASİYALARINA QOYULAN TƏLƏBLƏR



Yüklə 98,51 Kb.
səhifə3/8
tarix16.12.2023
ölçüsü98,51 Kb.
#181253
1   2   3   4   5   6   7   8
magistr dissertasiyasinin qaydalari

3. MAGİSTRLİK DİSSERTASİYALARINA QOYULAN TƏLƏBLƏR

    1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magisitrantın müstəqil yerinə yetirdiyi elmi tədqiqat /yaradıcılıq/ və ya təcrübi-konstruktor işidir. Magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir. Magistrlik dissertasiyasının hazırlanması və müvəffəqiyyətlə müdafiəsi magistr hazırlığı proqramının yerinə yetirilməsinin məcburi şərtidir.

    2. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir:

  • işdə baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin yaradıcı həllinə:

  • mühüm tədbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhinə.

3.3. Magistrlik dissertasiyasında magistrantın əldə etdiyi nəticələr elmi və praktiki cəhətdən əsaslandırılmalı, mövcud faktlarla müqaisəli qiymətləndirilməli və onların istifadəsi üçün tövsiyyələr verilməlidir.
3.4. Magistrlik dissertasiyasının mövzusu və planı, magistrantın elmi rəhbəri onun təhkim olunduğu kafedranın elmi istiqamətləri ilə əlaqələndirilməli və kafedranın təqdimatı əsasında fakültənin Elmi Şurası tərəfindən birinci semestrin ilk 3 ayı ərzində təsdiq edilməlidir.
3.5. Magistranta dissertasiya mövzusunu müstəqil seçmək hüququ da verilir. Magistrant mövzunu təklif edərkən tədqiqatın məqsədəuyğunluğunu əsaslandırmalıdır.
Bir sıra zəruri hallarda, o cümlədən magistrlik
dissertasiyasının mövzusu ixtisasların qovuşuğuna uyğun gəldikdə, magistrantın dissertasiyasının elmi rəhbəri ilə yanaşı, ona məsləhətçi də təyin edilə bilər. Məsləhətçi başqa təhsil, elmi tədqiqat və təsərrüfat müəssələrinin yüksək ixtisaslı mütəxəssislərindən də seçilə bilər.
3.6 Magistrlik dissertasiyaları yerinə yetirilməyə başlanana qədər magistrantın təhkim olunduğu kafedra müvafiq fakültələrlə və magistratura şöbəsi /magistraturaya məsul şəxs/ ilə birlikdə istiqamət üzrə dissertasiyalara qoyulan məcburi tələbləri müəyyən edən metodiki göstərişlər hazırlamalı və magistrantları bu göstərişlərlə tanış etməlidir.

    1. Magistrantın elmi rəhbəri

- magistrlik dissertasiyası üçün tapşırıq verir:
- magistranta dissertasiyanın yerinə yetirmə dövrünü əhatə edən fərdi iş planının hazırlanmasında köməklik göstərir:
- magistranta dissertasiya işi üçün əsas olan elmi-metodik ədəbiyyatı, məlumat və arxiv materiallarını, layihələri və digər mənbələri tövsiyyə edir;
- magistrantla müntəzəm olaraq fərdi iş planına uyğun söhbətlər aparır, ona elmi-metodik məsləhətlər verir.

    1. Magistrantlar magistrlik dissertasiyasının haztrlanması barədə elmi rəhbər və kafedra qarşısında vaxtaşırı hesabat verirlər. Kafedralar üzrə hesabatın vaxtını fakültə rəhbərliyi müəyyən edir. Hesabatın nəticələrinə görə işin hazırlıq dərəcəsi müəyyənləşdirilir.

    2. Magistrlik dissertasiyasında şərh olunan məlumatların düzgünlüyü üçün magistrant məsuliyyət daşıyır.

3.10 Magistrliik dissertasiyası təlim dilində yazılır və bu zaman magistrant istifadə etdiyi materiallara, ayrı-ayrı nəticələrin mənbələrinə və müəlliflərinə uyğun qaydada istinad etməlidir.
Müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə materiallarından istifadə edildikdə, dissertasiya müdafiə ilə bağlı istənilən baxılma mərhələsindən geri qaytarılır.

    1. Magistrlik dissertasiyası makina və kompyuterdə 2 intervalla çap edilməli, əlavələrlə birlikdə həcmi 75 makina səhifəsindən çox olmamalı və cildlənməlidir. Magistıiik dissertasiyasının titul vərəqəsinin tərtibi əlavə 6-da göstərilən tələblərə uyğun olmalıdır.

    2. Magistrant müdafiə üçün dissertasiyanın qısa məzmununu əks etdirən referat tərtib etməlidir. Referatın həcmi 1,5 intervalla yazılmış 2 makina səhifəsindən çox olmamalıdır.

3.13 Magistrant kafedranın razılığı ilə dissertasiyanın qısa məzmununu (referatını) xarici dillərdən birində də yaza və müdafiə zamanı suallara həmin xarici dildə cavab verə bilər.




  1. Yüklə 98,51 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin