MahirəNərimanqızı


keçirilməsi və ya interferensiya



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə106/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   102   103   104   105   106   107   108   109   ...   884
keçirilməsi və ya interferensiya hadisəsi baĢ verir.  

Burada  vərdiĢlərin  mənfi  qarĢılıqlı  təsiri  onda  ifadə 

olunur  ki,  əvvəl  yaranmıĢ  vərdiĢlər  yeni  vərdiĢin  yaranmasını 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

95 


çətinləĢdirir və ya onun səmərəliliyini aĢağı salır. Məsələn, kiril 

əlifbası ilə yazı vərdiĢlərinə yiyələnmiĢ adam birdən birə latın 

əlifbası  ilə  (latın  qrafiki)  yazmağa  baĢladıqda  ciddi  çətinliklə 

qarĢılaĢır. 

Bu cür ləngimənin və ya interferensiyanın baĢ verməsinin 

əsas  səbəbi  əvvəl  yaranmıĢ  vərdiĢin  fəaliyyətə  baĢlamasını 

təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A 

qıcıqlandırıcı  və  B  reaksiyası  arasında  möhkəm  Ģərti  refleks-

assosiasiya  yaranmıĢ  olarsa,  onda  həmin  A  qıcıqlandırıcı  ilə 

yeni    B  hərəki  reaksiyası  arasında  assosiasiyanın  yaranması 

çətinləĢəcəkdir.  Bu  zaman  assosiativ  ləngimə  və  ya 

interferensiya özünü göstərəcəkdir.  

Psixoloji ədəbiyyatlarda interferensiyanın baĢqa növünün 

də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki, 

yeni vərdiĢ bu və ya digər Ģəkildə yarana və möhkəmlənə bilər. 

Lakin,  hər  halda,  həmin  yeni  vərdiĢin  tətbiqi  lazım  gəldikdə 

onun tətbiqinin ya ləngiməsi baĢ  verə bilər, ya da yeni vərdiĢin 

əvəzinə  əvvəl  yaranmıĢ,  indiki  halda  lazım  olmayan  vərdiĢ 

özünü  göstərə  bilər.  Bu  zaman  bir  növ  interferensiya 

reproduktiv ləngimə Ģəklində özünü göstərir.  

Ġnterferensiya  hadisəsinə  pedaqoji  təcrübədə,  Ģagird  və 

tələbələrin fəaliyyətində tez-tez rast gəlmək olur. Bu baxımdan 

dillərin  mənimsənilməsində,  yazı  və  oxu  vərdiĢlərinə 

yiyələnmə  prosesində  interferensiya  hadisəsinə  tez-tez  özünü 

göstərir. 

AparılmıĢ tədqiqatlar Ģagirdlərin düzgün yazı vərdiĢlərinə 

yiyələnməsi  zamanı  reproduktiv  ləngimənin  təsirinə  məruz 

qaldıqlarını  göstərmiĢdir.  Belə  ki,  hər  hansı  bir  orfoqrafik 

qaydaya  aid  Ģagirdlərdə  yaranmıĢ  vərdiĢ  digərinə  mənfi  təsir 

göstərir.  ġagird  əvvəlki  vərdiĢin  təsiri  altında  səhvə  yol  verir. 

Məsələn,  o,  sözləri  ayrılıqda  yazmaq  vərdiĢinə  yiyələnir. 

Həmin  söz  baĢqa  bir  sözlə  birləĢərək  mürəkkəb  söz  əmələ 

gətirdikdə və bitiĢik yazılmalı olduqda çox vaxt Ģagird əvvəlki 

vərdiĢin  təsiri  altında  hərəkət  edir.  Deməli,  bu  zaman  əvvəl 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin