MahirəNərimanqızı


qrammatik  interferensiya



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə109/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   105   106   107   108   109   110   111   112   ...   884
qrammatik  interferensiya  da  özünü  göstərir.  Fonetik 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



98 

interferensiyada  olduğu  kimi,  burada  da  əvvəl  mənimsənilmiĢ 

dil,  onun  qrammatik  quruluĢu  barədə  yaranmıĢ  vərdiĢlər 

sonrakı  dilin  qrammatikasını  mənimsəməyə  mənfi  təsir 

göstərir.  Belə  ki,  əvvəlki  dilin  sonrakı  dilə  xas  olmayan 

cəhətlərinin burada əks olunması baĢ verir.  

Qrammatik  interferensiya  özünü  o  zaman  daha  qabarıq 

Ģəkildə  göstərir  ki,  öyrənilən  dildə  ifadə  edilməli  olan 

qrammatik  məna  ana  dilində  olmasın  və  yaxud  baĢqa  Ģəkildə 

ifadə edilmiĢ olsun.  

Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri 

öyrənənlərin  cümlələri  ana  dili  normalarına  uyğun  qurmağa 

cəhd  göstərdikləri  zaman  təzahür  edir.  Bu  zaman  iki  dil 

sisteminin  qarĢılıqlı  təsiri  ilə bağlı  tipik səhvlər meydana  gəlir 

(köməkçi fellərin buraxılması, ön Ģəkilçilərin buraxılması və ya 

əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.) 

Dillərin  qarĢılıqlı  təsirində  daha  qabarıq  Ģəkildə  leksik 

interferensiya özünü göstərir. 

Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü 

göstərən  dillərarası  interferensiya  ikinci  dili  öyrənən  adamın 

Ģüurunda  iki  dilin  uyğun  gəlməyən  leksik  mənalarını 

eyniləĢdirmək nəticəsində baĢ verə bilir. Ona görə də artıq belə 

bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı 

ana  dilinin  leksik-semantik,  qrammatik  sistemi  ciddi  Ģəkildə 

nəzərə alınmalıdır. 

Mənanın  eyniləĢdirilməsindən  irəli  gələn  interferensiya 

hadisəsinin  xüsusiyyətlərini  aĢkara  çıxarmaq  bir  çox 

tədqiqatçıların  diqqətini  cəlb  etmiĢdir.  Bunlardan  psixoloji 

aspektdə  aparılan  iĢə  N.V.Ġmedadzenin  tədqiqatını  aid  etmək 

olar.  

N.V.Ġmedadze  orta  məktəbin  yuxarı  sinif  Ģagirdləri 

üzərində  apardığı  tədqiqat  iĢlərinin  birində  məhz  «mənanı 

eyniləĢdirmənin»  leksik  interferensiya  üçün  əsas  olduğunu 

aydınlaĢdırmıĢdır. 

N.V.Ġmedadze  «mənanı  eyniləĢdirmənin»  iki  formada 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin