MahirəNərimanqızı


ġəxsiyyət  haqqında  klinik  nəzəriyyə



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə217/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   213   214   215   216   217   218   219   220   ...   884
ġəxsiyyət  haqqında  klinik  nəzəriyyə.  ġəxsiyyət  haqqında 

psixoloji  nəzəriyyələr  içərisində  klinik  nəzəriyyə  də  özünəməxsus  yer 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



170 

tutur.  Bunlara  K.Xorninin  nevroz  nəzəriyyəsini,  E.Frommun 

konsepsiyasını, Q.S.Sallivenın interpersonal nəzəriyyəsini, E.Eriksonun 

eqo-psixologiyasını aid etmək olar.  

Amerika  psixoloqu  Kartin  Xorni  (1885-  1952)  insan 

Ģəxsiyyətinin  əsasında  anadangəlmə  narahatlaq  hissini  qoymuĢdur. 

Onun fikrincə uĢaq həmin hisslə doğulur. Doğulduğu gündən uĢaq üzvü 

səviyyədə  narahatlaq  hissi  keçirməyə  baĢlayır  və  həmin  hisslər  onun 

bütün  sonrakı  həyatına  təsir  edir,  onu  bəzəyir,  psixi  fəaliyyətin  daxili 

xassəsi  kimi  özünü  göstərməyə  baĢlayır.  Mövcud  olduğu  ilk  saniyədən 

baĢlayaraq  insan  dünyaya  qarĢı  düĢmənçilik  hissi  keçirməyə  baĢlayır. 

Məhz  buna  əsaslanaraq  K.Xorni  narahatlıq  hissini  insanın  davranıĢının 

əsas motivasiyası hesab edir və onu «köklü həyəcan» adlandırır. Onun 

fikrincə «köklü həyəcan» insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur 

edir. 

ġəxsiyyətin  klinik  nəzəriyyəsi  konsepsiyasında  Erik  Frommun 



(1900  –  1980)  da  xidmətləri  az  olmamıĢdır.  O,  Almaniyada  anadan 

olmuĢ,  fəaliyyətə  baĢlamıĢ,  sonra  Amerikaya,  oradan  da  Meksikaya 

getmiĢdir. Froma görə ictimai inkiĢaf Ģəxsiyyətin daha çox fərdiləĢməsi 

ilə  azadlığına  gətirib  çıxarır.  Onun  fikrincə  yeni  azadlıq  inamsızlıq,  öz 

gücünü  duymamaq,  Ģübhə,  tənhalıq  və  həyəcanın  meydana  gəlməsi  ilə 

bağlıdır.  Buradan  da  Ģəxsiyyətin  «azadlıqdan  qaçması»  meydana  gəlir. 

O,  özünün  «Azadlıqdan  qaçıĢ»  kitabında  Amerikanı  xəstə  ölkə 

adlandırmıĢdır.  Onun  fikrincə  kapitalizm  cəmiyyətindəki  rəqabət 

nevrotik Ģəxsiyyətlər, funksional nevroz yaradır. E.Fromm adamları bir 

Ģəxsiyyət  kimi  dörd  yerə  ayırır:  mazoxist,  sadist,  konformist  və  tənha 

(tərk dünya).  

Mazaxist  tipə  malik  olan  adam,  Frommun  fikrincə,  cəmiyyətdə 

daim  uğursuzluqlarla  qarĢılaĢan  adamdır.  Bu  uğursuzluqda  o  yalnız 

özünü günahkar sayır.  

Sadist  tip  öz  uğursuzluqlarının  günahını  özündə  deyil,  baĢqa 

adamlarda,  cəmiyyətdə  görür.  O,  adamları  və  dünyanı  düĢmən  kimi 

qavrayır  və  onları  məhv  etməyə  cəhd  göstərir.  Daima  hakimiyyətə, 

hökmranlığa, əzməyə, dağıtmağa can atır.  



Konformist  tip  ümumi  kütləyə  qarıĢır,  baĢqaları  necədirsə  onlar 

kimi  olmağa,  onlardan  fərqlənməməyə  cəhd  edir.  O,  həmiĢə  mövcud 

Ģəraitə uyğunlaĢır. 

Tənha tip (otĢelnik) həmiĢə mübarizədən, cəmiyyətdən uzaqlaĢır, 

situasiyadan kənar olmağa, ondan qaçmağa çalıĢır.  





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin