UĢağın psixi inkiĢafında oyunun rolu. Bağça yaĢı
dövründə oyun uĢaqların əsas fəaliyyəti olur. Bu yaĢ dövründə
uĢaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaĢ dövrünü üç yarımdövrə
ayırırlar: kiçik bağça yaĢı dövrü (3-4 yaĢ), orta bağça yaĢı
dövrü (4-5 yaĢ) və böyük bağça yaĢı dövrü (5-6 yaĢ).
Kiçik bağça yaĢlı uĢaqlar, adətən, hələ təklikdə
oynayırlar. ƏĢyavi və quraĢdırma oyunlarında onlarda
qavrayıĢ, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər
inkiĢaf edir.
Tədricən orta bağça yaĢı dövründə uĢaqlar birgə oyuna
keçməyə baĢlayırlar, oyunlarda daha çox uĢaq iĢtirak edir.
Üç-altı yaĢ ərzində uĢaq oyunları əĢyavi-manipulyativ
və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər
inkiĢaf yolu keçir. Bütün bunlar uĢağın həyatında mühüm rol
oynamaqla, onun tələbatını ödəməklə yanaĢı, yaĢlılarla ünsiy-
yət saxlamaq, həyatı baĢa düĢmək, ətrafdakıları təqlid etmək,
bu yolla bir növ gələcək həyata hazırlaĢmaq iĢində mühüm
vasitəyə çevrilir. Oyun fəaliyyəti uĢağın psixi inkiĢafında
əsaslı dəyiĢikliklə gətirib çıxarır. Oyun Ģəraitində və onun
köməyi ilə uĢaqlarda diqqət, qavrayıĢ, xüsusilə müĢahidəçilik,
|