VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak
proseslərinin inkiĢafı
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir
sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər Ģeydən əvvəl, onlarla
bir müəllim deyil, bir neçə müəllim məĢğul olmağa baĢlayır.
Adətən, çox vaxt həmin müəllimlər öz davranıĢ, ünsiyyət
üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-
birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin
qarĢısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər
bir yeni müəllimə fərdi olaraq uyğunlaĢmağa məcbur edir.
Bununla yanaĢı olaraq yeniyetməlik yaĢı dövründə ayrı-ayrı
müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə
baĢlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən
zəhlələri gedir, bəzilərinə qarĢı isə laqeyd olurlar.
|