www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
296
296
davranmasi üçün onun istinad etməli olacağı geniĢ əxlaqi təsəvvürləri,
əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar nəticəsində
müəyyən edilmiĢdir ki, əxlaqi bilik və anlayıĢların mənimsənilməsi
prosesi mürəkkəb xarakter daĢımaqla, xüsusi rəhbərlik tələb edir.
Təsadüfi hadisələrin, düzgün olmayan mikromühitin, böyüklərin
düzgün olmayan davranıĢının və s. təsiri altında yaranan əxlaqi
anlayıĢlar təhrif olunmuĢ xarakter daĢıya bilər. Bu isə səhv davranıĢa
gətirib çıxara bilər. Ona görə də birinci növbədə əxlaqi təsəvvür, bilik
və anlayıĢların yaranması qayğısına qalmaq lazımdır. Lakin təcrübə
göstərir ki, əxlaqi anlayıĢların mənimsənilməsi əxlaqi Ģüurun
yaranması və inkiĢafı üçün mühüm rol oynasa da, öz-özlüyündə hələ
əxlaqi davranıĢın formalaĢmasını təmin edə bilmir.
AparılmıĢ psixoloji tədqiqatlardan və məktəb təcrübəsindən
aydın olur ki, çox vaxt uĢaqlar əxlaq normalarını yaxĢı bildikləri, onun
haqqında geniĢ biliyə malik olduqları halda, öz davranıĢlarında onlara
əməl etmirlər. Bu isə bəzən müəllimdə, tərbiyəçidə təəccüb doğurur.
Ona görə də Ģagirdin necə davranmağı yaxĢı bildiyini, lakin ona əməl
etmədiyini irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o
qədər də fərəhləndirici olmur. Əksinə, bəzən Ģagirdin özünə inamı itir,
biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib Ģərait
yaranmır. Bu cəhəti nəzərə alaraq birinci növbədə müəllim öz
Ģagirdləri üçün yalnız öyüd-nəsihətçi, mentor tərbiyəçi olmaqdan
uzaqlaĢmalı, onların əldə etdikləri əxlaqi bilik və təsəvvürləri öz
davranıĢlarına tətbiq etmək meyli və adəti yaratmağa çalıĢmalıdır.
Bunu isə yalnız sözlə, verbal yolla həyata keçirmək mümkün deyildir.
Hər Ģeydən əvvəl uĢaqdakı əxlaqi bilik və anlayıĢlar onun inamına
çevrilməlidir.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, Ģagirdlərdə əxlaqi bilik və
anlayıĢların inama çevrilməsi üçün həmin bilik və anlayıĢların davranıĢ
motivləri
və
onlara
uyğun
əxlaqi
adətlər
sistemində
möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, hərəkət etməyi
dərk etməklə adət edilmiĢ davranıĢ arasında müəyyən ziddiyyət
mövcud olur. Bu ziddiyyəti aradan qaldırmaq yalnız Ģagirdlərin
müvafiq davranıĢ təcrübəsinə yiyələnməsi nəticəsində mümkün ola
bilər. Əxlaqi təcrübəni isə Ģagirdlər davranıĢdakı mümarisələr
sayəsində, baĢqa sözlə müəllim tərəfindən uĢaqların müxtəlif, lakin
mahiyyətcə oxĢar həyati situasiyalarda təĢkil olunmuĢ hərəkət və
davranıĢları zamanı əldə edirlər. Psixoloqlar uĢaqların bu cür davranıĢ
təcrübəsini, praktik fəaliyyətini onların emosiyaları ilə əlaqələndirməyi
vacib hesab edirlər. Bu zaman emosiyalar vətənpərvərlik və
|