www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
297
297
297
297
297
297
297
297
297
beynəlmiləlçilik, humanizm, borc, məsuliyyət, yoldaĢlıq, vicdan və s.
kimi əxlaqi hisslərin formalaĢmasına müsbət təsir göstərir. Adətən,
əxlaqi hisslərin, eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin
keyfiyyətləri tərbiyə etmək üçün onların Ģagirdlər tərəfindən fəaliyyət
prosesində mənimsənilməsi və keçirilməsi tələb olunur. Əgər Ģagird
heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi hərəkətdən razılıq hissi
keçirərsə, sonradan bir daha həmin hissi halı keçirməyə can atacaqdır.
Məhz buna görə də müsbət əxlaqi hissləri tərbiyə etmək üçün elə
situasiya yaratmaq lazımdır ki, Ģagird qüvvətli müsbət nümunə ilə
qarĢılaĢsın, həmin prosesdə iĢtirak etsin və müvafiq hisslər keçirə
bilsin. Bu zaman Ģagird öz inam və idealı mövqeyindən çıxıĢ edərək
özünü və bütün ətrafdakıları qiymətləndirməyə baĢlayır.
Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin
məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində formalaĢır.
Fəaliyyət prosesində cəmiyyətin nümunələri, idealları təĢəkkül tapır.
Yuxarıda qeyd etdiyimiz kimi, fəaliyyətin düzgün seçilməsi, müvafiq
yaĢ dövrünə uyğunluğu, düzgün təĢkili və tərbiyələndirici istiqaməti
həlledici əhəmiyyətə malikdir. Lakin burada bir cəhəti də unutmaq,
nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın qarĢılıqlı
münasibətlərinin xarakterindən ibarətdir.Burada tərbiyəçinin tərbiyə
olunana münasibəti güclü xarici təsir qüvvəsi kimi özünü göstərir.
ġagirdin xarici təsirlə daxili aləminin qarĢılıqlı əlaqəsini, ona göstərilən
xarici təsirə Ģəxsi münasibətinin xarakteri burada mühüm rol oynayır.
Ona görə də Ģagirdin Ģəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi
əxlaq normalarına zidd olarsa, Ģagird bu tələbləri formal olaraq
mənimsəyər, ona yalnız müvafiq Ģəraitdə – böyüklərin nəzarəti zamanı
əməl edər. Təcrübə göstərir ki, qarĢılıqlı təsir düzgün qurulmadıqda,
qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda bəzən uĢaqlar tərbiyəçinin
tələblərinə formal Ģəkildə də tabe olmur, özünü ona qarĢı qoyur, öz
Ģəxsi əqidəsində qalır. Belə olduqda, adətən, uĢaq kollektivdən ayrılır,
özünə məktəbdənkənar yoldaĢlıq mühiti – referent qrup seçir.
Normal Ģəraitdə belə Ģagirdlərin tərbiyəçinin tələblərini
mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi birdən-
birə baĢ vermir, bir sıra mərhələlər keçir. Ġlk dövrdə Ģagird həmin tələbi
xarici, məcburi tələb kimi qəbul etməli olur. Sonra Ģagird həmin tələbi
könüllü olaraq qəbul edir, öz vəzifəsini, borcunu dərk edir. Son
mərhələdə kənardan verilən əxlaqi tələb Ģagirdin özünün Ģəxsi, daxili
tələbinə çevrilir, özünə qarĢı həqiqi tələbkarlıq meydana gəlir.
Dostları ilə paylaş: |