Gənc nəslin tərbiyəsində ailənin rolu. UĢağın münasibətlərdə
olduğu ilk qrup ailədir. UĢaq ilk növbədə ailədə tərbiyə alır. Onun
sonrakı taleyi, həyatda tutacağı mövqe həmin tərbiyədən çox asılıdır.
Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan Ģəxsiyyətin
formalaĢmasında əsas vasitə olmuĢdur. Azərbaycanın görkəmli Ģairi və
mütəfəkkiri Nizami Gəncəvi ailəni uĢağın ilk tanıĢ olduğu ictimai
mühit adlandırmıĢdır. Nizamiyə görə uĢaqların həyatda düzgün mövqe
tutması üçün ailə tərbiyəsi əsas olmalıdır.
UĢaqlara ictimai borcu Ģüurlu mənimsətmək, ictimai mənafeyin
pozulmasına qarĢı mübariz, ədalətli, əməksevər ruhda həyata vermək
valideynin vətəndaĢlıq borcuna sadiq qalması ilə Ģərtlənir, onun özünün
cəmiyyətə münasibətini, cəmiyyətdə tutduğu mövqeyi müəyyənləĢdirir.
Məhz ailə uĢaq Ģəxsiyyətinin formalaĢmasının ilk məktəbi olur.
Böyüklərlə ünsiyyət prosesində uĢaq tam bir əxlaqi sərvət və ideallar
sistemini mənimsəyir. Bütün bunların formalaĢmasında böyüklərin
Ģəxsiyyətinin –xüsusiyyətləri, ailə üzvlərinin qarĢılıqlı münasibəti
əsaslı rol oynayır. BaĢqa sözlə, uĢağın tərbiyəsi, onun Ģəxsiyyətinin
inkiĢafı valideynlərinin Ģəxsiyyətinin necə formalaĢmasından çox
asılıdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, sən valideynlərin üçün nə
etmisənsə, övladlarından da onu gözləməlisən. Çünki onun
Ģəxsiyyətinin formalaĢmasında sənin münasibətlərin öz əksini tapır.
BaĢqa sözlə, uĢaq öz valideynini bir nümunə kimi qavrayır, onun bütün
münasibətlər sistemini mənimsəyir və öz davranıĢına daxil edir. Burada
görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini xatırlamaq yerinə
düĢərdi. L.S.Vıqotski göstərir ki, uĢağın gerçəkliyə münasibəti lap
əvvəldən sosial münasibət xarakteri daĢıyır. UĢaq artıq körpəlik
dövründən böyüklərdən özünün ətraf mühitlə əlaqəsi üçün vasitəçi
kimi istifadə etməyə baĢlayır. Bu prosesdə o, dilə yiyələnir. Ailənin
yaĢlı üzvləri əĢyaların simvolik iĢarələri barədə uĢağa biliklər verməklə
həmin əĢyalara və hadisələrə qarĢı öz münasibətlərini də çatdırırlar.
Beləliklə, tədricən uĢaqda bilik, münasibət və təəssürat sistemi yaranır
|