www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
310
310
elm və təcrübənin yeni nailiyyətlərinin bunlara da lazımınca
əks olunmasını təmin etmək lazımdır.
Adətən, təlimin məzmunu düzgün seçilmədikdə,
Ģagirdlərə dolaĢıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik
xarakteri daĢımayan materiallar təqdim olunduqda onlarda
asanlıqla həmin materiallara qarĢı psixoloji doyumluluq
yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır.
İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə
edilməsi öyrədən adamın - müəllimin Ģəxsi keyfiyyətlərindən,
pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi
konkret tədris metodundan, Ģagirdlərin psixologiyasını də-
rindən bilməsindən və s. asılıdır. Müəllim öz Ģəxsi
keyfiyyətləri ilə Ģagirdlərə nümunə olmalıdır. Yüksək
pedaqoji bacarıq və qabiliyyətlərə malik olmayan müəllim öz
vəzifəsinin öhdəsindən lazımınca gələ bilməz. Onda yüksək
pedaqoji
mərifət,
pedaqoji
ünsiyyət
keyfiyyəti
formalaĢmalıdır. Müəllim təlim materialını didaktik yolla
iĢləyərək Ģagirdlərə zəruri məlumatı verməyi, onların
fəaliyyətini səfərbər edə bilməyi, Ģagirdlərin əqli inkiĢafına
təkan verməyi bacarmalıdır. Təlimin müasir metodlarından
yerli-yerində istifadə edə bilməyən müəllim öz vəzifəsinin
öhdəsindən lazımınca gələ bilməyəcəkdir.
Nəhayət, üçüncüsü, təlim prosesi öyrədilənin-Ģagirdin
xüsusiyyətlərindən, onun fərdi psixi inkiĢaf xüsusiyyət-
lərindən (əqli, emosional, iradi), onda təlimə qarĢı
münasibətin yaranmasından, onun meyl və maraqlarından,
tələbat və öyrənməyə qabillik imkanlarından da çox asılıdır.
BaĢqa sözlə, təlim prosesi Ģagirdlərin fərdi-psixoloji və yaĢ
xüsusiyyətləri ilə sıx bağlıdır. Bu cəhətlər nəzərə alınmadan
təlim fəaliyyətini təĢkil etmək və lazımi müvəffəqiyyətə nail
olmaq mümkün deyildir.
Dostları ilə paylaş: |