www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
309
309
309
309
309
309
309
309
309
fəaliyyəti Ģüurlu məqsədlərlə idarə olunsun. Həqiqi
mənimsəmə həmiĢə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı
olan fəal prosesdir. Belə mənimsəmə nəticəsində əldə edilən
biliklər müəyyən sistem təĢkil edir və təcrübəyə tətbiq oluna
bilir.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə
və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan
vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü
idrak fəaliyyətidir.
Təlim məqsədəyönəlmiĢ prosesdir. Burada insanın
öyrənməsi baĢ verir. Lakin hər cür öyrənməni təlim adlan-
dırmaq olmaz. Yalnız mütəĢəkkil, məqsədəuyğun və planlı
öyrənmə prosesini təlim adlandırmaq olar.
Adətən, təlimdən danıĢarkən müəllimin buradakı rolunu
nəzərə alırıq. Təlim prosesində öyrədən müəllim və öyrənən
Ģagird mövcud olur. Onların qarĢılıqlı təsiri Ģəraitində, həm
müəllim, həm də Ģagirdin fəallığının təsiri altında Ģagird bilik
və vərdiĢlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.
Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə
bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər, kim və necə
öyrədir, kimi öyrədirlər.
Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin
əldə edilməsi mənimsənilməli olan materialdan, onun
məzmunu və sistemindən asılıdır. Ona görə də təlimin məz-
mununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir.
Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə
olduqda, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi
səviyyədə açılmadıqda mənimsəmənin səmərəli gedəcəyinə
ümid bəsləmək olmaz. Ona görə də öyrənilən fənlərin siyahı-
sını və həcmini dəqiqləĢdirmək, dərs proqramlarının və
dərsliklərin həddən artıq yüklənməsini aradan qaldırmaq,
bunları lüzumsuz mürəkkəbləĢdirilmiĢ, ikinci dərəcəli
materialdan təmizləmək; tədris fənnləri haqqında əsas
anlayıĢları və ümdə ideyaları son dərəcə aydın ifadə etmək,
|