www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
12
Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir
elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv
gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr,
onların yaranma və inkişaf qanunları haqqında elmdir.
I. 1.2. Psixologiyanın elmlər sistemində
yeri və sahələri
Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə
psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi
diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və
fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya
nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə
bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin
səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin
nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya
baĢqa elmlərdən təcrid olunmuĢ Ģəkildə deyil, onlarla vəhdətdə
mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində
psixologiya elmi hansı yeri tutur, onun baĢqa elmlərlə qarĢılıqlı
əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu
sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmiĢdir. Onun
«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə
psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət
elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq
mövqe tutur (bax Ģəkil 2).