MahirəNərimanqızı


III.5.7.Hisslər, iradə, fəaliyyət



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə241/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   237   238   239   240   241   242   243   244   ...   884
III.5.7.Hisslər, iradə, fəaliyyət 

 Bu  bölməni  təsadüfi  olaraq  «hisslər,  iradə,  fəaliyyət» 

adlandırmamıĢıq.  Burada  iĢlədilən  sözlərin  Ģəxsiyyətin  fəallığında  rolu 

inkaredilməzdir.  Belə  ki,  insan  fəallığı  müvafiq  hissləri  doğuran 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

185 


emosional  təəssüratdan  baĢlayır.  Bu  zaman  Ģəxsiyyət  üçün  əhəmiyyətli 

obyektə  baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət 

meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb 

olur ki, bu da öz növbəsində konkret iĢin baĢa çatdırılmasına iradi cəhdi 

aktuallaĢdırır.  

 Emosional 

təəssüratın  özünün  yaranması  stereotiplərin, 

ustanovkanın  dəyiĢməsi  və  ya  pozulması,  baĢqa  sözlə  gerçəkliyin  əks 

olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn, 

milli  futbol  komandamızın  oyunu  qələbə  ilə  nəticələndikdə    yaranan 

emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı 

hissi  yaradır.  Yaxud,  iĢgüzar  partnyorumuzla  bağlı  yeni  əlaqənin 

yaranması  ilə  bağlı  emosional  təəssürat  razılıq  hissi  keçirməyimizə, 

tamas  alınmadıqda  isə  narazılıq  hissinin  yaranmasına  səbəb  olur. 

Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəliĢliyinə görə 

bir-birindən  fərqlənən  hisslər  doğurur.  Ġnsanın  keçirdiyi  bu  cür  fərqli 

hisslər onun iĢ və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik 

olur. 


Adətən,  neytral  hisslər  olmur  və  ya  belə  demək  mümkündürsə, 

emosional  neytrallıq  uzun  ömürlü  olmur.  Ġnsan  gah  bir,  gah  da  digər 

tərəfə  meyilli  olur  və  nəticədə  ya  müsbət,  ya  da  mənfi  hisslər  keçirir. 

Modallığından  asılı  olmayaraq  onların  təzahürü  həmiĢə  müəyyən 

obyektə  yönəlmiĢ  olur.  Bu  zaman  həmin  obyektin  harada  olması  əsas 

deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin 

neqativizmi  və  ya  pozitivizmi  subyektiv  və  ya  obyektiv  səbəblərlə 

Ģərtlənir.  Bu  cür  hissi  yönəliĢlik  və  yaxud  hissi  proyeksiya  olduqca 

vacibdir.  Məhz  bunun  sayəsində  proyeksiya  olunmuĢ  hissləri  Ģəxsi 

sərvət meyilləri ilə əlaqələndirmək olar.  

Bunu  müvafiq  misallar  əsasında  aydınlaĢdıraq.  Yerinə 

yetirdiyimiz  iĢin  keyfiyyəti  ilə  bağlı  tənqidi  fikirlər  çox  vaxt  bizdə 

narazılıq,  inciklik  və  ya  pərtlik  hissi  yaradır.  Öz  ünvanımıza  yönələn 

tənqidi  dinləməklə  biz  həmin  hissləri  keçirməyə  baĢlayırıq  və  onlar 

bizdə qalmır, Ģəxsi əhəmiyyət daĢıyan obyektlərin üzərinə keçir. Bu cür 

obyekt  tənqidin irəli sürüldüyü Ģərait, ola bilsin ki, tənqid edilən adam 

və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik 

hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.  

Bu  zaman  biz  ya  özümüzü  pis  iĢlədiyimizə  görə  danlayır,  ya 

rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi pisləyirik, 

lakin  tənqidin  məzmunu  haqqında  fikirləĢmirik.  Ġnsan  hissinin  bu 

fenomeni məiĢət psixologiyası səviyəsində hamıya yaxĢı məlumdur. 





Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin