www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
118
118
tələblərdəndir.
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri
Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz
adamları
hansı
hisslər
keçirdiklərini
onların
sifət
cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya
bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və
kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını
və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində,
eləcə də səsində əks olunur.
Hər Ģeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun
tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici
ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir,
lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi
keçirdikdə isə tamamilə baĢqa cür nəfəs alır.
Ġnsanın hansı hissləri keçirməsi qan dövranında daha
aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda
üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
Ġnsanın nə kimi hisslər keçirməsi əsasən onun
mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaĢı, insanın keçirdiyi hissləri, onun
bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da
baĢa düĢmək mümkündür. Adətən, balet tamaĢaları zamanı
artist bir kəlmə söz iĢlətmədən bədəninin ifadəli hərəkətləri ilə
keçirdiyi müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz
ifadəsini tapa bilir. Ġnsan müəyyən hadisəyə münasibətini
nitqinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə?
sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə
mimika, pantomimika, jestlər, intonasiya, kinesika və
proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları
təzahür etdirir.
Dostları ilə paylaş: |