www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
119
119
119
119
119
119
119
119
119
göstərmiĢdir ki, insanın öz hisslərinin obyektinə necə
yanaĢması, indiki anda ona necə münasibət bəsləməsi bu
hissin keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan
hisslərin özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu
keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə
aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas
keyfiyyətləri Ģəxsiyyətin obyektə emosional münasibətinin
zəruri və özünəməxsus əlamətidir.
Hər Ģeydən əvvəl, insanın gerçək aləmdəki cisim və
hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla
iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr
insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, baĢqa sözlə
stenik hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr
insanın tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baĢ verir.
Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaĢı
olaraq daha iki keyfiyyətini aĢkara çıxarmıĢdır. Beləki hissi
törədən obyektə Ģəxsiyyətin müsbət və mənfi münasibətindən
baĢqa ikili münasibət və qeyri-müəyyən bələdləşmə
münasibətinin də olduğu müəyyən edilmiĢdir. Ġkili və yaxud
ambivalent hissdə razılıq və narazılıq təkcə birləĢmir, onların
biri o birinə keçir, hər iki hiss yanaĢı yaĢanılır. Bu cür
ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar.
Beləki qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi
özünəməxsus Ģəkildə birləĢə bilir.
Ambivalent hissə baĢqa bir misalı da göstərmək olar.
Məsələn, isti günəĢ altında səhra yolunu keçən bir insan
susuzluqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su
gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq
içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi
keçirir. Bununla yanaĢı gölməçədə olan sudan bataqlıq tamı
gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də
narazılıq hissi yarada bilir.
Ġnsanın
öz
hisslərinin
obyektlərinə
emosional
münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir.