www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
17
Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud
ədəbiyyatda aĢağıdakı üç prinsipdən də istifadə olunur:
1.
Konkret fəaliyyət sahələrinə görə;
2. ĠnkiĢafın psixoloji aspektlərinə görə;
3. Ġnsanın cəmiyyətə münasibətinə görə.
Həmin sahələrin hamısını əhatə etmək mümkün
olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı
olanların bəzilərini qısaca nəzərdən keçirək.
Psixologiya elminin ən fundamental sahəsini ümumi
psixologiya təĢkil edir.
Ümumi psixologiya fundamental
psixoloji bilikləri özündə cəmləĢdirir. Ümumi psixologiyanın
maraqlandığı və həll etməli olduğu qlobal məsələlər, cavab
verməli olduğu suallar aĢağıdakılardan ibarətdir: Psixika
nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika
filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara
malikdir? Psixikanın hansı inkiĢaf səviyyələri vardır və onları
hansı kriteriyalara əsasən müəyyənləĢdirmək olar? Psixika və
beyin arasında hansı əlaqə vardır? Psixi inkiĢafda anadangəlmə
və həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən
ibarətdir? Psixikanın normal və anomal inkiĢafını fərqləndirən
kriteriyalar hansılardır?
Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaĢı
ümumi psixologiya psixi proseslər, psixi hallar və xassələrlə
bağlı konkret məsələlərin öyrənilməsi ilə də məĢgul olur.
Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə
ümumi psixologiya birinci növbədə onun (insanın) Ģəxsiyyəti,
fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi
(hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin
araĢdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də
eksperimental planda öyrənir. Deyilənlərdən aydın olur ki,
ümumi psixologiya psixi hadisələr haqqında hamı üçün eyni
dərəcədə maraq doguran ümumiləĢmiĢ bilikləri özündə əks